Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2257/2025 11.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinin sahə inspektoru, polis kapitanı X1 iştirakları ilə, Şəxs – xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Eyyubov X4 Nazirliyinin Respublika Narkoloji Mərkəzindən müayinədən keçirilərkən Mərkəzin 3393 saylı ekspert rəyinə əsasən narkotik vasitə istifadəçisi olduğu müəyyən olunmuşdur. Bununla da o, İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinin sahə inspektoru, polis kapitanı X5 məhkəmədə protokola uyğun izahat verərək, xx.xx.2025-ci il tarixdə gecə saat 00:15 radələrində vətəndaş 102 xidmətinə zəng edərək Qaraçuxur qəsəbəsində yaşadığı evin qarşısında 2 nəfər şəxsin münaqişə edərək səs-küy yaratdığını bildirmişdir. Bundan sonra vətəndaş özü həmiş şəxslərə yaxınlaşmış və özlərini adekvat apardıqlarını görmüşdür. Bu zaman 102 xidmətinə zəng vurmuşdur. Bölmənin əməkdaşları həmin şəxslərə yaxınlaşmış və onları bölməyə dəvət etmişlər. Bölmədə vətəndaş Şəxs narkotik vasitə istifadə etdiyini boynuna almışdır. Bu fakt narkoloji dispanserdə müayinə olduğu vaxtda öz təsdiqini tapmışdır. Şəxsin izahatı alınmış, barəsində İXM-nin 206-cı maddəsi əsasında inzibati xəta haqqında protokol tərtib edilmiş və Suraxanı Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmədə inzibati tənbeh tətbiq edilən şəxs Şəxs izahatında bildirdi ki, həbsdən yeni çıxıb, narkotik vasitədən də təzə istifadə edirmiş. Rəydə çox növdə narkotik vasitə çıxıb, ancaq o onların hamısından istifadə etmir. 1 ay olar ki, narkotikdən istifadə edir, ancaq mütəmadi istifadə etmir. O, anasının vəfat etdiyini, onun 40 mərasiminin 19-20 iyun tarixlərinə təsadüf etdiyini və yas mərasimində iştirak etmək istədiyini bildirdi. İnzibati tənbeh tətbiq edilən şəxs Şəxs əməli tərtib olunmuş inzibati xəta haqqında protokolla, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan 10 iyun 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, Şəxs və X2 Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi, həmçinin Narkomaniyadan məcburi müalicəyə olunması məsələsini həlli üçün qərarın surəti Suraxanı RPİ-nin 32-ci PB-nin aidiyyatı əməkdaşına verilməsi, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi, qərarın surəti maraqlı tərəfə göndərilməsi və qərarla razı olmadığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna. yuxarı prokurora və ya məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi, material saxlanılması üçün Suraxanı RPİ-nin 32-ci PB-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 X7 - X3 xx.xx.2025-ci il tarixli 3393 nömrəli ekspert rəyinə əsasən vətəndaş Şəxsdə opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Şəxs xx.xx.2023-cü il tarixdən Bakı şəhər NMdə (F11x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Bundan əlavə İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. İXM-nin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. İXM-nin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1 (bir) ay müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il, saat 00:30-dan tarixdən hesablansın. İnzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 (on) gün müddətində qərardadın Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-2257/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2257/2025
11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver