Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2279/2025 02.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 iştirakı ilə, DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında iş üzrə 14 iyun 2025-ci il tarixli EQ seriyalı 28570274 nömrəli elektron qərarından X2 şikayətinə baxaraq, MÜƏYYƏNETDİ: DİN BDYPİ-nin vəzifəli şəxsinin 14 iyun 2025-ci il tarixli EQ seriyalı 28570274 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə X4 36 (otuz altı) manat miqdarında cərimə edilmişdir. X4 həmin qərardan Suraxanı Rayon Məhkəməsinə şikayət vermişdir. Məhkəmə iclasında iştirak edən X4 ifadəsində bildirmişdir ki, 2005-ci ildə ** FV *** dövlət qeydiyyat nişanlı, “VAZ 2107” minik markalı nəqliyyat vasitəsi tərəfindən baş etibarnamə əsasında satılmışdır. O tarixdən bəri həmin nəqliyyat vasitəsini nə görmüş, nə də idarə etmişdir. Nəqliyyat vasitəsini ondan satın alan şəxs sonradan onu X1. Daha sonra həmin etibarnamə qüvvədən düşmüş, aradan uzun illər keçdikdən sonra nəqliyyat vasitəsi ilə törədilən inzibati xətalara dair cərimələr onun adına yazılmağa başlanmışdır. Halbu ki hələ xx.xx.2022-ci il tarixdə rəsmi olaraq Baş DYPİ-ə ərizə göndərmiş, cərimələrin əsassız olaraq onun adına yazılması, nəqliyyat vasitəsini idarə edən şəxsi tapa bilməməyi və nəqliyyat vasitəsinin axtarışa verilərək idarə edən şəxsi tapa bilməməsi və nəqliyyat vasitəsinin axtarışa verilərək idarə edən şəxsin tapılması-tapılmasının zəruri olması barədə məlumatlar verilmişdir. Ardınca BDYPİ tərəfindən ona 3 cavab məktubu göndərilmiş, bu məktublarla nəqliyyat vasitəsinin saxlanılaraq duracağa yerləşdirilməsi üzrə qərar qəbul olunduğu və bu istiqamətdə axtarış aparıldığı bildirilmişdir. Hazırda nəqliyyat vasitəsini idarə edən şəxs kobud qayda pozuntularına yol verməyə davam etməkdədir. Açıq-aşkar görünür ki, sözügedən xəta onun tərəfindən törədilməmişdir. Bu qərarda qeyd olunan faktlar nəqliyyat vasitəsini onun idarə etməyi gerçəyi əks etdirmədiyinə, beləliklə, tərəfindən, ümumiyyətlə, hansısa əməl törədilmədiyinə görə inzibati xəta üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş DİN BDYPİ nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə DİN BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.2-ci maddəsinə əsasən «İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır». Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir». Eyni Məcəllənin 124.4-cü maddəsinə əsasən «İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir». Bir daha qeyd olunur ki, şikayətə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış DİN BDYPİ nümayəndəsini göndərməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəməyə bildirdiklərindən görünür ki, o, inzibati xətanın mövcudluğu ilə razılaşmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, inzibati xətanın baş verməsi halının sübut etmək vəzifəsi müvafiq vəzifəli şəxsin üzərinə düşür. Buna baxmayaraq, DİN BDYPİ nümayəndəsini məhkəməyə göndərməmiş, sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu hallar Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə nəticələnən mühüm prosessual pozuntu kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən «bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 – 137-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət qismən təmin olunsun. DİN BDYPİ-nin vəzifəli şəxsinin X2 36 manat miqdarında cərimə edilməsinə dair 14 iyun 2025-ci il tarixli EQ seriyalı 28570274 nömrəli elektron qərarı ləğv edilsin və hazırkı qərar müvafiq inzibati xəta haqqında işə yenidən baxılması üçün DİN BDYPİ-nə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-2279/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2279/2025
02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver