Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2283/2025 02.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, Şəxs etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Mərkəzi Bankdan daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 20000.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti "xxxx" ASC-də olan hesabından 03 may 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara avans olaraq köçürmüş, ödənişin aparıldığı vaxtdan 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 13801,80 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsini və ya xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti isə xaricdən geri qaytarılmamışdır. Bununla bağlı 12 iyun 2025-ci il tarixli EP seriyalı ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Mərkəzi Banka məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mərkəzi Bankın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs etibarnamə üzrə nümayəndəsi X3 protokola etiraz edərək bildirmişdir ki, onlara bəyannamə təqdim etmişlər, bəyannamədə şərt qoyulub. Belə ki, “100” yazılanda tam ödəniş edilir, malın pulu qabaqcadan tam şəkildə ödənilib, “110” yazılanda qismən ödənilib, qalan məbləğ ödənilməyib, “120” yazılanda isə heç ödəniş olunmayıb. Onlara bəyannəmə təqdim etmiş, orada təxminən 16600 və ya 16800 yazılmış, onlar 6000 nə qədərsə məbləği çıxmış, qalan məbləği isə yazmışlar. Yəni, onların texniki səhvinə görə məsələ məhkəməyə gəlib çıxıb. Onlar ilk olaraq 20000 ödəniş etmişlər, Mərkəzi Bank 6000 nə qədərsə çıxdıqdan sonra 13000 saxlayıblar. Halbuki, təqdim edilmiş bəyannamədə 16000 qalıb, onlar da 16000 silmək əvəzinə 6000 silmişlər. Məbləğ xx.xx.2025-ci il tarixdə çıxmış, xx.xx.2025-ci il tarixdə isə geri qayıtmışdır. Fərqli tarixlərdə eyni kontrakt əsasında fərqli məbləğlər göndərilir, bu səbəbdən təqdim edilmiş bəyannamədə məbləğ göstərilməmişdir. Qeyd etdiklərinə əsasən protokol əsassız olduğundan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, Şəxs tərəfindən 03 may 2023-cü il tarixində “Prior Bank” vasitəsilə 20000.00 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş. İş materiallarına əlavə edilmiş **********7911 saylı gömrük bəyannaməsindən görünür ki, Şəxs tərəfindən 03 may 2023-cü il tarixində köçürülmüş 20000.00 ABŞ dolları məbləğində pul vəsaiti hesabına alınmış mallar xx.xx.2023-cü il tarixdə ölkəyə idxal olunmuşdur. Bəyannamə Şəxs MMC tərəfindən təsdiq edilmişdir. « İnzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X2 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalan”nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs 20000.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən “”Prior Bank”da olan hesabından 03 may 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş və həmin vəsait hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannamələri 02 il tamam olmadan təqdim edilmişdir. Buna görə də hüquqi şəxs Şəxs əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.1.2, 105.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İnzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-2283/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2283/2025
02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver