Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2285/2024 29.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X3 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx xxxxx 1978-ci il tarixdə Bolnisi rayonunda doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və protokola əlavə olunmuş digər sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində idarə etdiyi “Opel Vectra” markalı, 10HX151 dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə zərər çəkmiş şəxslərin sağlamlığına yüngül bədən xəsarəti yetirdiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Zərərçəkmiş şəxs2 ona dəymiş ziyanın ödənildiyini, Şəxs ilə barışdığını bildirərək sonuncunun barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək qeyd etmişdir ki, zərərçəkmiş şəxslərin ona qarşı şikayəti yoxdur. Göstərilənlərə əsasən məhkəmədən barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs1 və səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən Zərərçəkmiş şəxs1 və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müvafiq inzibati xətanın baş verməsi faktı «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərar, həmin materialda olan zərərçəkmiş şəxslərin izahatı, ekspert rəyləri və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X4 canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli, 176 nömrəli ekspert rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: baş beyin silkələnməsi ilə müşayiət olunan başın təpə-gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X4 canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli, 175 nömrəli ekspert rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ baldırın hematoması, sol baldırın qançırı. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X4 canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli, 205 nömrəli ekspert rəyinin surətindən görünür ki, Şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: travmatik hemopnevmotoraksla müşayiət olunan qabırğaların çoxsaylı sınıqları, sol körpücük sümüyünün sınığı, sol körpücük nahiyəsinin şişkinlik və qançırı. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-8/812 saylı rəyin surətindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Opel Vectra markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 «Dayanmadan keçmək qadağandır» üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən göstərilən şəraitdə Hyundai Grandeur markalı, ** GO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair xx.xx.2024-cü il tarixli protokolun surətindən görünür ki, Zərərçəkmiş şəxs2 ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur; Şəxs tərəfindən verilən izahatın surətindən görünür ki, o özünə məxsus “Opel Vectra” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx.xx.2024-cü il tarixdə saat təxminən 12 radələrində idarə etdiyi avtomobil ilə köməkçi yoldan baş yola Suraxanı rayonu, Bahar qəsəbəsi istiqamətindən Suraxanı rayonu, Suraxanı qəsəbəsi istiqamətinə saatda təxminən 20-30 km sürətlə hərəkət etdiyi zaman anidən baş yoldan hərəkət etmiş “Hundai” markalı avtomobil ilə toqquşmuşdur. Toqquşma nəticəsində o, xəsarət almışdır. Sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım gəlmişdir. O, xəsarət aldığı üçün X2, sonra ET Travmatologiya və Ortopediya İnstitutuna, sonra Yeni klinikaya müraciət etmişdir. Hal-hazırda burada müalicə alır. Avtomobili idarə etmək üçün bütün sənədlər qaydasındadır. Avtomobil texniki cəhətdən saz və yüksüz olmuşdur. Yol asfalt örtüklü olmuşdur və hava aydın olmuşdur. Hadisə baş verdiyi zaman ayıq vəziyyətdə olmuşdur; Zərərçəkmiş şəxs2 tərəfindən verilən izahatın surətindən görünür ki, onun BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. “Hyundaı Grandeur” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobil iş yoldaşı, yəni Suraxanı RPİ-in 30-cu PŞ-nin baş təhqiqatçısı Zərərçəkmiş şəxs1 məxsusdur. xx.xx.2024-cü il tarixdə onlar idarədə verilmiş həyəcan siqnalı ilə bağlı Polis İdarəsinin inzibati binasına Zərərçəkmiş şəxs1 məxsus avtomobillə gəlmişlər. Saat 11.00-da geri qayıdan zaman Zərərçəkmiş şəxs1 yuxulu olduğu üçün avtomobilin onun tərəfindən idarə olunmasını xahiş etmişdir. O, avtomobili idarə etməyə başlamış və Zərərçəkmiş şəxs1 ön sağ oturacaqda əyləşmişdir. Onlar birlikdə Suraxanı RPİ-dən çıxıb işlədikləri 30-cu PŞ-nə Suraxanı Hövsan şossesi ilə Bahar qəsəbəsi istiqamətində 55-60 km/saat sürətlə sağ hərəkət zolağı ilə hərəkətdə olan zaman hərəkət hissəsinə sağdan birləşən köməkçi yoldan əsas yola çıxan qırmızı rəngli “OPEL VECTRA” markalı avtomobil onun idarə etdiyi avtomobilə hərəkət etdiyi zolaqda çırpılmış və avtomobillər sürürşərək yolun sağ hissəsində olan torpaq yola düşmüşlər. Qəzadan az sonra hadisə yerinə Polis və X5 əməkdaşları gəlmişlər. TTY stansiyasının əməkdaşları onu və iş yoldaşı Zərərçəkmiş şəxs1 vəziyyətinin ağır olduğunu görüb dərhal onları KTM-nə aparmışlar. KTM-də onları Rentgen Kate ve MRT müayinəsi edib stasionar müalicə üçün DİN-nin Hospitalına aparmışlar. Hadisə baş verən zaman hava açıq, yol asfalt örtüklü olmuşdur. Avtomobili idarə etdiyi zaman ayıq vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs1 tərəfindən verilən izahatın surətindən görünür ki, o, Zərərçəkmiş şəxs2 qeyd etdiyi xüsusatları təsdiq etmişdir; İş materiallarına baş vermiş yol nəqliyyat hadisəsinə dair, həmçinin “Opel Vectra” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “HYUNDAİ GRANDEUR” markalı, **-GO- *** dövlət qeydiyyat nişanlı avtomobilin fotoşəkillərinin surəti əlavə edilmişdir; Suraxanı Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Elvin Nurəliyevin xx.xx.2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından məlum olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd olunması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Suraxanı RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Suraxanı RPİ-nin DYPŞ-nə göndərilməli olduğu qərara alınmışdır; Bakı şəhəri Suraxanı DYPŞ-nin xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan aydın olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsini (İXM 32.1.7), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(010)-2285/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2285/2024
29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver