Məhkəmə qərarları › İş №3(010)-2290/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2290/2024

20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2290/2024 20.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs "xxxx" ASC-nin Hüquq departamentinin Suraxanı rayon Sukanal İdarəsinin hüquq məsləhətçisi X5 və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X3 iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Xocavənd rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Xocavənd rayonu, Qaradağlı ərazi dairəsi, Qaradağlı kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi ev 50-də yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsindən daxil olmuş 17 may 2024cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə səhər saatlarında X2 Suraxanı rayon Sukanal İdarəsinin baş mühəndisi vəzifəsində çalışdığı Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsində yerləşən 36 saylı su nasosxanasına pəncərənin dəmir barmaqlığını yerindən qopararaq plastik pəncərini açmaqla nasosxanaya daxil olaraq nasosxananın mühərikkini elektrik cərəyanına bağlayan təxminən 10 metrə yaxın elektrik naqilini oğurlamışdır. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X6 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə səhər saatlarında X2 işlədiyi Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsində yerləşən 36 saylı su nasosxanasına pəncərənin dəmir barmaqlığını yerindən qopararaq plastik pəncərini açmaqla nasosxanaya daxil olaraq nasosxananın mühərikkini elektrik cərəyanına bağlayan təxminən 10 metrə yaxın elektrik naqilini oğurlamışdır. Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün toplanmış rədd materialı qəbul edilmiş qərarın surəti ilə birlikdə ona həvalə edilmişdir. Buna görə də Şəxs barəsində 17 may 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında izahatı alınmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ara-bir narkotik vasitə istifadə etdiyi üçün ona olan təlabatını ödəmək üçün xırda oğurluqlar edir. Təxminən 2023-cü ilin dekabr ayında yaşadığı yerə yaxın ərazidə yerləşən su nasosxanasının dəmir barmaqlıqlarını sındıraraq orada olan 10 metrə yaxın elektrik naqillərini oğurlayaraq avtomobillə hərəkət edərək metal yığan tanımadığı şəxsə 30 manata satmışdır. İnzibati xətanı törətməkdə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Qeyd edir ki, zərərçəkmiş şəxslə barışıb və sonuncuya vurduğu ziyanı tam ödəyib. Bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında izahatı alınmış zərərçəkmiş şəxs "xxxx" ASC-nin Hüquq departamentinin Suraxanı rayon Sukanal İdarəsinin hüquq məsləhətçisi X1 Ruslan Nemət oğlu xx.xx.2023-cü il tarixdə səhər saatlarında X2 işlədiyi Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsində yerləşən 36 saylı su nasosxanasına pəncərənin dəmir barmaqlığını yerindən qopararaq plastik pəncərini açmaqla nasosxanaya daxil olaraq nasosxananın mühərikkini elektrik cərəyanına bağlayan təxminən 10 metrə yaxın elektrik naqilini oğurlamışdır. Bununla bağlı müraciəti ilk olaraq X4 etmişdir. İnzibati xətanı törətmiş şəxs ziyanı tam şəkildə "xxxx" ASC-yə ödəmiş, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Sonda zərərçəkmiş şəxs "xxxx" ASC-nin Hüquq departamentinin Suraxanı rayon Sukanal İdarəsinin hüquq məsləhətçisi X8 məhkəməyə ərizə təqdim edərək göstərilənləri nəzərə alıb inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş ********** əməliyyat nömrəli eManat terminalında edilmiş ödəniş qəbzindən görünür ki, 100 manat pul Azərsu ASC-nin balansına Şəxs tərəfindən ödənilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun etirafedici izahatı, zərərçəkmiş şəxsin ərizəsi, həmçinin inzibati xəta haqqında protokol və iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Beləliklə, toplanmış sübutlarla müəyyən olunur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsini, zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizəni, həmçinin digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 6-cı fəslində inzibati məsuliyyətdən azad etmə hissəsində 39.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar