Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-2292/2025 21.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlu, Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: 20 iyun 2025-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. İş materiallarını araşdıraraq hesab edirəm ki, material geri qaytarılmalıdır. Şəxs 29 yanvar 2025-ci il tarixdə saat 13 radələrində idarə etdiyi 50 saylı marşrut xətti üzrə "Daevvo" markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobus ilə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "Şir" heykəlin yaxınlığında saatda təxminən 40 km/sat sürətlə hərəkət etdiyi zaman avtobusda əyləc sistemində nasazlıq yarandığından idarəetməni itirmiş və idarə etdiyi avtobus dayanmış vəziyyətdə olan "Hyundai Elantra” markalı avtomobil ilə toqquşmuş və avtobus sağa istiqamətlənərək sağ istiqamətdə səkinin yaxınlığında dayanmış vəziyyətdə olan "Toyota Corolİa" "X1" və "Mazda CX-7" markalı avtomobillər ilə toqquşmuş və hərəkətə davam etmiş, hərəkətdə olduğu zaman anidən avtobusda sərnişin qismində olan bir qadın özünü yerə atmış və digər avtomobillər ilətoqquşmamaq məqsədi ilə avtobusu sağ hərəkət istiqamətində yerləşən torpaq sahəsinə istiqamətləndirmiş və idarə etdiyi avtobus səkiyə dəyərək dayanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Belə ki, məhkəməyə daxil olmuş həmin protokol üzrə Şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində inzibati qaydada cərimə olunmuş, qərar tərəflərin ünvanına poçt vasitəsi ilə göndərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 106.0-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. İXM-nin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, şəxsin barəsində protokol təkrar məhkəməyə daxil olmuş, eyni inzibati xəta üzrə bir şəxsə iki dəfə inzibati tənbeh tətbiq etmək mümkün deyildir. Ona görə də, qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs barəsində İXM-in 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılması məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9, 40, 43, 53, 100, 106, 109, 110, 114 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 02 may 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-2292/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-2292/2025
21.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver