Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-2293/2025 02.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, barəsində protokol tərtib edilmiş şəxs Şəxs, zərərçəkmiş Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 20 iyun 2025-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 08 may 2025-ci il tarixli, ******* saylı protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında barəsində protokol tərtib edilmiş şəxs Şəxs izahat verərək bildirdi ki, o, əlindən gəl hər bir köməkliyi etmiş, həkimə aparmış, dərmanlarını alıb vermişdir. Həkim nə rəy veribsə, deməli əsas odur. 3 dəfə həkimə getmişlər, Zərərçəkmiş şəxs da atası onunla getmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X2 izahatında göstərmişdir ki, ekspertiza rəy vermişdir ki, Nurlanın ayağında sınıq yoxdur, yalnız damar dartılması var. O, oğlunu Nəsimi rayonunda xəstəxanaya aparmış və orada uşağın ayağında sınıq aşkar edilmişdir, buna dair arayışı təqdim etmişdir. Ekspertiza düzgün rəy vermədiyi üçün protokol tərtib edildikdən sonra o özü oğlunu başqa xəstəxanaya apararaq müalicə elətdirmişdir. Hadisə aprel ayında baş verib, həmin vaxtdan sonra artıq 3 ay vaxt keçir, ancaq oğlu hələ də əziyyət çəkir. Rəydə oğlunun sağ ayağından danışılır, həkim nə müalicə deyibsə, onu edib, sonradan həkim gips qoyulmamasını demişdir. Ancaq yenə oğlunun ayağında şiş var, ağrıları davam edir. O, ekspertin tam rəy vermədiyini, rəyin düzgün olmadığını, rəylə razılaşmadığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin dediklərini təsdiq etdi. Məhkəmə iş üzrə təqdim edilmiş materialları araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və pataloji Anatomiya Birliyi” X4 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 27 saylı rəydə qeyd edilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sağ aşıq baldır oynağının bağların gərilməsi və hematoması küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənəddə qeyd olunan xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, ümumilikdə və ayrı-ayrılıqda dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin özü-özünə yetirilməsi, eləcədə öz boyu hündürlüyündə yıxılması nəticəsində alınması inandırıcı deyildir. Elmi-tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rapordan görünür ki, Zərərçəkmiş şəxs topuq nahiyəsinin rentgenoqrafiyasından (sağ, iki proyeksiyalı) keçmiş və ona “sağ topuğun iki PR. R.Qrammasında incik sümüyünün yerdəyişməsiz sınığı” diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş rəy və məhkəmə iclası gedişatında təqdim edilmiş arayışdan, zərərçəkmiş şəxsin izahatında “ekspert rəyində qeyd edilmişdir ki, Nurlanın ayağında sınıq yoxdur, yalnız damar dartılması var” ifadəsindən məhkəmə bu nəticəyə gəlir ki, zərərçəkmiş şəxs barəsində verilmiş ekspert rəyi natamamdır və inzibati xəta haqqında protokol natamam rəy əsasında tərtib edilmişdir. Məlumatın da qeyri-dəqiq olması artıq protokolun və onda göstərilən məlumatların natamam olması ilə nəticələnir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikası İXM-nin 103.1 -ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətində hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən sonra dərhal baxılması üçün hakimə göndərilir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikası İXM-in tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100 və 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında qəbul etdiyi 08 may 2025-ci il tarixli, ******* saylı protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-2293/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-2293/2025
02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver