Məhkəmə qərarları › İş №3(010)-2294/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2294/2025

02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2294/2025 02.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1965-ci ildə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta texniki təhsilli, Göyçay rayonu, Ləkçıplaq kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış sahəsi, nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş 01 may 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və iş üzrə toplanmış sənədlərdən görünür ki, 19 sentyabr 2024-cü il tarixdə saat 07:10-da Şəxs “Kia Ceed” minik markalı ** ER *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində (bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi) nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə tərəfindən hansı inzibati tənbeh növündə cəza verilməsinin onun üçün fərq etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs qarşı heç bir maddi tələbi yoxdur. Sadəcə ona yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş xəsarətin yüngül olması ilə bağlı ekspertiza rəyindən narazıdır. Belə ki, o, 7 aydır müalicə alır, 30 faiz iş qabiliyyətini itirib, 15-20 gündən bir işdən icazə alaraq evdə qalır və ayağının müalicəsini davam etdirir. Əgər ekspertiza tərəfindən verilmiş rəy dəyişilsə az ağır cinayətə düşür və Şəxs cinayət işi açıla bilər. Şəxs cinayət işinin açılmasını istəyir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Suraxanı rayon Polis İdarəsinin nümayəndəsi gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Suraxanı rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirərək məhkəmə belə qənaətə gəlir ki, Şəxs hadisə vaxtı «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozması, müvafiq yol-nəqliyyat qəzasının da məhz bu pozuntu nəticəsində baş verməsi halları şübhə doğurmur. Bununla yanaşı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” publik hüquqi şəxsin 01 oktyabr 2024-cü il tarixli 807 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1999-cu il təvəllüdlü vət.Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına, adına tərtib olunmuş tibbi sənədə əsasən, qərarda göstərilən məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: vət.Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarət aşkar edilmişdir: oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz oynağı nahiyəsinin şişkinlik halında əzilməsi. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 19 sentyabr 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir». Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi faktı tam sübuta yetirilmiş sayılmalı, o, həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar