Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-2298/2025 25.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi ilə, X1 Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri DYPİ-nin xx.xx.2025ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri DYP-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarından X1 şikayəti 23 iyun 2025-ci il tarixdə Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 106.0.3, 106.0.4, 106.0.5 və 106.0.6-cı maddələrinin tələblərinə görə hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən halların mövcud olubolmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını və işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmadığını araşdırmalıdır. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş qərardan görünür ki, şikayət olunan qərar 13 aprel 2025-ci il tarixdə tərtib edilmiş, hadisə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 31 ünvanında baş vermiş, hadisənin baş verdiyi yer Suraxanı rayonu inzibati ərazisinə aid deyildir. İş materiallarından müəyyən olunur ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X3, Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Bakı şəhəri DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarından xx.xx.2025-ci il tarixdə Suraxanı rayon Məhkəməsinə şikayət etmiş, şikayət məhkəmənin dəftərxanasında həmin tarixdə qeydiyyata alınmışdır. Şikayətində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri DYP-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarı ilə 100 manat məbləğində inzibati tənbeh tətbiq olunmuşdur. Qərarla razı deyil, yoldan çıxaraq sərnişin götürmüş və yenidən öz zolağı ilə hərəkət etmək istəmiş, lakin YPX inspektorunun göstərişi ilə avtobus zolağı ilə hərəkət etmək məcburiyyətində qalmışdır. Ona görə də qərarın ləğv edilməsini və icraatın dayandırılmasını xahiş etmişdir. X3, barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərardan qanunla müəyyən edilmiş şikayət vermə müddəti bitdikdən sonra məhkəməyə müraciət etmişdir. X3 şikayətində mübahisələndirilən qərarın surətinin rəsmi olaraq ona nə vaxt təqdim edilməsinə, bununla da qanunvericilikdə müəyyən edilmiş 20 gün ərzində şikayət verdiyinə dair hər hansı bir mötəbər sübut əlavə etməmişdir. Bununla da X3 Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri DYP-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərardan qanunla müəyyən edilmiş şikayət vermə müddətini ötürmüşdür. Barəsində inzibati qərar çıxarılmış şəxs X3 tərəfindən verilmiş şikayətə şikayətin buraxılma müddətinin üzürlü hesab edilərək bərpa edilməsinə dair vəsatət əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarından qanunla müəyyən edilmiş şikayət vermə müddətini ötürdüyünə görə və müddətin üzürlü səbəbdən buraxılması ilə bağlı vəsatət və zəruri sübutlar təqdim etmədiyindən onun şikayətinə baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və protest verilir. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Hazırki şikayət üzrə inzibati xətanın törədildiyi yer Suraxanı rayonunun inzibati ərazisi deyil, bundan başqa ərizəçi tərəfindən yaşayış yeri üzrə baxılması ilə bağlı vəsatət məhkəməyə təqdim edilməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, X1 şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixil Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 109, 118, 122, 126, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri DYP-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti X2 geri qaytarılsın. Qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-2298/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-2298/2025
25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver