Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-23/2023 19.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Niazovi İlgarın iştirakı ilə, Niazovi İlgarın, xx xxxxxxxx 1985-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, döngə 15 ünvanında yaşayan, barəsində Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Niazovi İlgar, 22 noyabr 2022-ci il tarixdə, saat 01:30-da “BMW 7281 minik” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsində idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin yol patrul xidməti inspektoru tərəfindən saxlanılmış, həmin vaxt spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən sərxoşluq vəziyyəti alkotesterlə yoxlanıldıqda qanında alkoqolun konsentrasiyasının 1.823 promilli olduğu, bununla da Niazovi İlgarın nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi müəyyən edilmişdir. Buna görə də Bakı şəhər X7 İdarəsinin Yol patrul xidməti inspektoru polis baş serjantı X1 tərəfindən Niazovi İlgarın barəsində Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında 22 noyabr 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Niazovi İlgar inzibati xətaların törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq etməyərək və inzibati xətaların törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, o, 22 noyabr 2022-ci il tarixdə saat 01:30 radələrində sərxoş olduğu üçün ayıq sürücü dəvət etmişdir. O, ayıq sürücü vasitəsilə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsinə getmişdir. Ayıq sürücü onun avtomobilini yaşadığı evin qarşısında saxlamışdır. Həmin vaxt o, avtomobilin ön hissəsində sərnişin qismində əyləşmişdir. Bu zaman yol patrul xidməti inspektoru ona yaxınlaşaraq alkotesterlə onun sərxoşluq vəziyyəti yoxlanılmasına zərurət yarandığını bildirmişdir. O, yol patrul xidməti inspektoruna alkoqol sərxoşluğu vəziyyətində olduğunu, lakin avtomobilin sürücü oturacağında əyləşmədiyini və avtomobili ayıq sürücünün idarə etdiyini bildirsə də, yol patrul xidməti inspektoru onun sözlərinə əhəmiyyət verməyərək, onu yol patrul xidmətinin avtomobilinə əyləşdirmiş, onun “BMW 7281 minik” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilini isə cərimə meydançasına yerləşdirmişdir. O, sərxoş vəziyyətdə avtomobil idarə etməmişdir. X4 qeyd edilənləri nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş inzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş Bakı şəhər X7 İdarəsinin Yol patrul xidməti inspektoru polis baş serjantı X1 bildirdi ki, 22 noyabr 2022-ci il tarixdə saat 01:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsində xidmət aparan zaman həmin qəsəbədə yaşayış evinin qarşısında adını sonradan bildiyi Niazovi İlgar adlı vətəndaşın “BMW 7281 minik” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağında əyləşərək avtomobilin işıqlarını yandırıb söndürdüyünü və avtomobili işə saldığını görmüşdür. Həmin vaxt avtomobilin yanında digər şəxslər də olmuşdur. O, “BMW 7281 minik” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə yaxınlamış, həmin vaxt Niazovi İlgarın içkili olduğu aşkar şəkildə biruzə verdiyindən onun sərxoşluq vəziyyətinin alkotesterlə yoxlanılmsı zərurəti yaranmış, lakin sonuncu buna etiraz etdiyindən Niazovi İlgar tibbi müayinədən keçirilməsi üçün Respublika Narkoloji Mərkəzinə aparılmışdır. Müayinə zamanı Niazovi İlgarın həqiqətən də nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. Bundan sonra, Niazovi İlgar onunla mübahisə edərək, avtomobili idarə etmədiyini bildirmişdir. Lakin, həmin vaxt “BMW 7281 minik” markalı, **- EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağında Niazovi İlgar əyləşmişdir və avtomobil işlək vəziyyətdə olmuşdur. Buna görə də o, Niazovi İlgarın Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında protokol tərtib etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X2 bildirdi ki, o, ayıq sürücü kimi fəaliyyət göstərir. 22 noyabr 2022-ci il tarixdə saat 01:30 radələrində Niazovi İlgar adlı şəxs tərəfindən ayıq sürücü kimi dəvət edilmişdir. O, Niazovi İlgara məxsus “BMW 7281 minik” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağına əyləşərək, həmin avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsinə gətirmişdir. Həmin vaxt avtomobilin sahibi Niazovi İlgar avtomobilin ön oturacağında sərnişin qismində əyləşmişdir. O, ünvana çataraq avtomobili saxlamış, özü və Niazovi İlgar avtomobildən düşmüşdür. Bundan sonra, Niazovi İlgar onun ödənişini etmək üçün avtomobilin sürücü oturacağına əyləşmiş, lakin avtomobili işə salmamışdır. Bu zaman yol patrul xidməti inspektoru onlara yaxınlaşaraq avtomobilin kimə məxsus olmasını soruşmuşdur. Niazovi İlgar avtomobilin özünə məxsus olduğunu, özü alkoqol sərxoşluğu vəziyyətində olduğundan avtomobili idarə etmək üçün ayıq sürücü kimi onu dəvət etdiyini bildirsə də, yol patrul xidməti inspektoru təkidlə Niazovi İlgarın “BMW 7281 minik” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyini, bu səbəbdən də həmin avtomobili cərimə meydançasına aparılacağını, Niazovi İlgarın isə sərxoşluq vəziyyətinin yoxlanılmsı üçün tibbi müayinədən keçiriləcəyini bildirmişdir. O, “BMW 7281 minik” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun tərəfindən idarə edildiyini yol patrul xidməti inspektoruna bildirsə də, sonuncu onun sözlərinə əhəmiyyət verməmişdir. Bir daha qeyd edir ki, Niazovi İlgar avtomobili idarə etməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsini və şahidi dinləyərək, məhkəmə hesab edir ki, məhkəmənin Azərbaycan Respublikası İXM-in 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olmadığından hazırki iş üzrə Niazovi İlgar tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə münasibətdə qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206– 208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli, 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin” siyahısının 2 və 2.4-cü bəndlərinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211, 322.0.2, 322.0.4 (taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə), 322.0.8, 323, 326-1, 327.1 – 327.5, 329 – 331, 332.1 – 332.3, 338.1 – 338.6, 339.1 (fiziki şəxslər barədə), 342.1.1 – 342.1.8, 342.1.11, 342.2, 342.5 – 342.7, 344, 356.1, 469.1 (ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə) və 469.3-cü (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi növünə münasibətdə) maddələrində (foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar istisna olmaqla), habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 322.0.1, 322.0.7, 322.0.9, 322.0.10-cu, 346-cı və 346-1.2 – 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – X6nin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş X6 İdarəsinin, X6 idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının X6 şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Göründüyü kimi hazırki iş üzrə törədilmiş inzibati xətalardan biri, yəni Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işə baxmaq rayon (şəhər) məhkəmələrinin, digəri isə yəni Azərbaycan Respublikası İXM-in 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işə baxmaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X6nin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş X6 İdarəsinin, X6 idarələrinin, ərazi polis orqanlarının X6 şöbələrinin, bölmələrinin, qruplarının səlahiyyətinə aiddir. İş materiallarında olan 22 noyabr 2022-ci il tarixli, 1/6632 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, 22 noyabr 2022-ci il tarixdə, saat 01:30da, müayinə nəticəsində Niazovi İlgarın spirtli içki qəbul etdiyi, qanında alkoqolun konsentrasiyasının 1.823 promilli olduğu müəyyən olunmuşdur. Beləliklə işdə olan sübutlarla təsdiq olunur ki, 22 noyabr 2022-ci il tarixdə, saat 01:30-da, “BMW 7281 minik” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsində idarə edərkən Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin yol patrul xidməti inspektoru tərəfindən saxlanılmış, həmin vaxt spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən sərxoşluq vəziyyəti alkotesterlə yoxlanıldıqda qanında Niazovi İlgarın nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Göründüyü kimi, Niyazovi İlgar 22 noyabr 2022-ci il tarixdə yol patrul xidməti inspektoru tərəfindən saxlanılarkən sərxoşluq vəziyyətinin xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etmiş, bu səbəbdən də tibbi müayinədən keçirilmiş və müayinə nəticəsində Niazovi İlgarın spirtli içki qəbul etdiyi, qanında alkoqolun konsentrasiyasının 1.823 promilli olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsinin Qeydinin 1-ci bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraata aprılan şəxs Niazovi İlgarın məhkəmə iclasında 22 noyabr 2022-ci il tarixdə, saat 01:30 radələrində sərxoş olduğunu etiraf etmiş, lakin avtomobili onun idarə etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Niazovi İlgarın özünü təqsirli bilməməsi iş üzrə icraata xitam verilməsinə əsas hesab edilə bilməz. Çünki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Niazovi İlgar barəsində ona istinad edilən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair məhkəməni qane edə bilən məlumatlar mövcuddur. Bununla da məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Niazovi İlgarın Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri tam sübuta yetirilir. Belə olan halda Niazovi İlgar Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Niazovi İlgarın şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Niazovi İlgarın məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını və Niazovi İlgarın şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, Niazovi İlgara cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə isə Niazovi İlgarın əməlinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında material Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Niazovi İlgar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə Niazovi İlgarın əməlinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında material Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-23/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-23/2023
19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver