Məhkəmə qərarları › İş №3(010)-2312/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2312/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2312/2025 30.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxsin, İnzibati xəta haqqında protokolu tərtib etmiş Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru, baş leytenant X1, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, rəsmi işləməyən (qeyri-rəsmi fəhləliklə məşğul olan), ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi”- də narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş və 3833 nömrəli rəyin nəticəsinə əsasən narkotik vasitə istifadə etdiyi müəyyən olunduğuna görə barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə xx.xx.2025-ci il tarixdə protokollaşdırılıb, baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru, baş leytenant X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində bölmənin Cinayət Axtarış Şöbəsinin müvəkkilləri X6 Cəfərovla birlikdə ərazidə olmuş oğurluq hadisəsi ilə bağlı Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Vüqar Quliyev küçəsində olan zaman həmin ərazidə özünü şübhəli şəxs kimi aparan şəxsi görmüşlər və bölməyə dəvət etmişlər. Bölmədə müəyyən edilmişdir ki, həmin şəxs Şəxsdur. O, 1 gün bölmədə saxlanıldıqdan sonra ekspertiza təyin edilmiş, müayinə edilmiş və qanında “kannabis” və “morfin” çıxmışdır. Şəxs 3 ay əvvəl reabilitasiya mərkəzində olmuş və müalicədən azad olunmuşdur, oradan çıxdıqdan 1 ay sonra da “kannabis” növündə narkotik vasitədən istifadə etmişdir. Dediyinə görə 2 ay əvvəl istifadə etdiyidir, başqa istifadə etməyib. Şəxsin reabilitasiya mərkəzində yerləşməsində bizim əməkdaşların da köməkliyi dəymişdir. Onlar nə qədər nəzarət eləsələr də, nəzarətdən kənarda 1-2 ay əvvəl dediyinə görə istifadə edib. Məhkəmədə inzibati tənbeh tətbiq edilən şəxs Şəxs izahatında bildirdi ki, morfin tərkibli ağrıkəsici “paraferin” dərman qəbul edib və qanında da həmin maddə çıxıb. Ona ekspertizada yalnız morfin çıxdığı deyilmişdir, marixuana da çəkmişdir. O, 1 dəfə səhv etmiş, bunu da etiraf edir. O, övladının autizm xəstəsi olduğunu, onun səhhəti ilə məşğul olduğunu bildirdi. O, əvvəllər 3-4 il əvvəl metamfetamindən 1 dəfə istifadə etmiş, bundan da peşmandır. Ötən ilin aprel ayında reabilitasiya mərkəzinə yerləşdirilmiş, 6 ay orada qalmış, sonra 1 ay da könüllü olaraq gedib gəlmişdir. O, özü reabilitasiyaya yerləşmək, narkotiklə əlaqəsinə son qoymaq istəmişdir. O, peşman olduğunu, yalnız 1 dəfə istifadə etdiyini bildirdi. İnzibati tənbeh tətbiq edilən şəxs Şəxsin əməli tərtib olunmuş inzibati xəta haqqında protokolla, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarındakı 28 iyun 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən inzibati tədbir görülməsi, narkoloji dispanserində qeydiyyata alınması üçün Suraxanı RPİ-nin 32-ci PB-nin aidiyyatı əməkdaşına verilməsi, qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi, qərar barədə maraqlı tərəfə məlumat verilməsi və material saxlanılması üçün Suraxanı RPlnin 32-ci PŞ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 3833 saylı 28 iyun 2025-ci il rəyində göstərilmişdir ki, Şəxs müayinə zamanı popioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəli) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. İş materiallarında olan AZA seriyalı 001244 saylı, 27 iyun 2025-ci il tarixli inzibati qaydada tutma protokoluna əsasən, Şəxs 27 iyun 2025-ci il tarixində, saat 19:00-da tutulmuşdur. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə inzibati tənbeh tətbiq edilən şəxs Şəxs himayəsində xx.xx.2025-ci il tarixli azyaşlı qızı X2 olması məsuliyyətini yüngülləşdirən haldır və ağırlaşdıran hal müəyyən olunmadı. Bunlara əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh tətbiq edilən şəxs Şəxsin həmin inzibati xəta əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinərək, maddənin sanksiyası həddində inzibati qaydada cərimə edilməklə cəzalandırılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə Şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Qeyd olunanlara əsasən Аzərbaycan Рespublikası İXM-nin 40, 43, 49-51, 114- 115, 117 və 206-cı maddələrini rəhbər tutub, QƏRARA A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinsin və o, 400 (dörd yüz) manat inzibati qaydada cərimə edilsin. Şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmaqla ona narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar