Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2315/2025 30.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, X6 qızının katibliyi ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Suraxanı Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Prokurorluğundan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 01 iyul 2025-ci il tarixli qərar məhkəməyə daxil olmuşdur. Həmin qərardan görünür ki, Şəxs rəhbəri olduğu ünvan 1 ünvanında yerləşən inşaat materialları mağazasında əmək müqaviləsi əsasında sürücü kimi işə götürdüyü X3 əməyin təhlükəsizliyinə dair təlimatlandırmadan, təlim kursu keçmədən və biliyi yoxlanılmadan, eləcə də işin təhlükəsiz aparılması üçün zəruri tədbirlər görmədən xx.xx.2025-ci il tarixdə saat 23 radələrində ünvan 2 ünvanında “Şükür” inşaat materialları mağazasında “Mercedes Actross” markalı avtomobilin yük hissəsindən avtomobilin kranı vasitəsilə yüklərin boşaldılması işinə cəlb edərək ehtiyatsızlıqdan X1 az ağır zərər vurmaya aid xəsarət almasına səbəb olmuşdur. Aparılan araşdırma nəticəsində xx.xx.1989-cu il tarixdə Lerik rayonu, Andurma kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, Lerik rayonu, Andurma kəndində qeydiyyatda olmaqla, ünvan 3 ünvanda yaşayan fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan məhkəmə-tibbi ekspertinin 15 aprel 2025-ci il tarixli, 260 nömrəli rəyi ilə vətəndaş M.B.Şamıyevin almış olduğu xəsarətlər - sağ mil sümüyünün, sağ əlin İ-İİ daraq sümüyünün və sağ əl İ barmağın qapalı sınıqları bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənəddə qeyd olunan xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni sağ əlinin üzərinə yük düşməsi nəticəsində əmələ gələ bilərdilər, ümumilikdə və ayrı-ayrıhqda dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. İş materiallarında olan əmək təhlükəsizliyinin tədqiq ekspertizasının 12 iyun 2025-ci il tarixli, 10/3902 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, baş vermiş hadisə ilə əlaqədar «Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları»nın 9.5.12 bəndinin və «Yükləmə-boşaltma işləri, təhlükəsizliyin ümumi tələbləri 12.3.009-76 DÜST»-ün 2.5, 5.4 bəndlərinin tələbləri pozulmuşdur. Əməyin təhlükəsizliyinə dair təlimatlandırılmamış, təlim kursu keçməmiş və biliyi yoxlanılmamış X4 yükləmə-boşaltma işlərinə cəlb olunduğuna, həmin işin təhlükəsiz aparılması üçün zəruri tədbirlər (yükün düzgün ilməklənməsi, yükün düşmə zonasında adamların olmaması) görülmədiyinə görə, «Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları»nın 9.5.12 bəndinin və «Yükləmə-boşaltma işləri. Təhlükəsizliyin ümumi tələbləri 12.3.009-76 DÜST»-ün 2.5, 5.4 bəndlərinin tələbləri mövcud qanunvericiliyin tələblərinə əsasən işçilərin əmək şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlərin görülməsini təmin etməli olan işəgötürən Şəxs tərəfindən pozulmuşdur. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 18 iyun 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X2 xəsarət alması faktına dair rayon prokurorluğunda araşdırılan 102-C-25 saylı material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilməsi, Şəxs barəsində İXM-in 198.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraat başlanmasından ötrü ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroru qarşısında vəsatət qaldırılması, qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna təqdim edilməsi və qərarın surətinin maraqlı şəxslərə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 01 iyul 2025-ci il tarixli qərar və inzibati materialda olan digər sənədlərlə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xəta üzrə inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-2315/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2315/2025
30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver