Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2317/2025 16.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 iştirakı ilə, 11 iyun 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 33N8VS3, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, X2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş 28 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28894528 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 28 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28894528 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş 28 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28894528 nömrəli inzibati tənbeh vermə haqqında qərarla X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş-əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə inzibati xətasının törədilməsində təqsirli bilinərək, 40 manat məbləğində inzibati cərimə olunmuşdur. 01 iyul 2025-ci il tarixdə X2 Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş 28 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28894528 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X4 izahatında bildirdi ki, barəsində inzibati tənbeh vermə haqqında EQ28894528 nömrəli, xx.xx.2025 tarixli qərar tərtib edilmişdir. Bildirmişdir ki, bu qərar əsassız və qanunsuzdur. Belə ki, 2005-ci ildə ** FV *** dövlət qeydiyyat nişanlı, VAZ 2107 markalı nəqliyyat vasitəsi tərəfindən baş etibarnamə əsasında satılmışdır. O tarixdən bəri həmin nəqliyyat vasitəsini nə görmüş, nə də idarə etmişdir. Nəqliyyat vasitəsini ondan satın alan şəxs sonradan onu X1. Daha sonra həmin etibarnamə qüvvədən düşmüşdür, aradan uzun illər keçdikdən sonra nəqliyyat vasitəsi ilə törədilən inzibati xətalara dair cərimələr onun adına yazılmağa başlanmışdır. Halbuki hələ xx.xx.2022 tarixdə rəsmi olaraq Baş DYPİ-nə ərizə göndərmiş, cərimələrin əsassız olaraq onun adına yazılması, nəqliyyat vasitəsini idarə edən şəxsi tapa bilməməyi və nəqliyyat vasitəsinin axtarışa verilərək idarə edən şəxsin tapılmasının zəruri olması barədə məlumatlar verilmişdir. Ardınca BDYPİ tərəfindən ona 3 cavab məktubu göndərilmiş, bu məktublarla nəqliyyat vasitəsinin saxlanılaraq duracağa yerləşdirilməsi üzrə qərar qəbul olunduğu və bu istiqamətdə axtarış aparıldığı bildirilmişdir. Hazırda nəqliyyat vasitəsini idarə edən şəxs kobud qayda pozuntularına yol verməyə davam etməkdədir. Açıq-aşkar görünür ki, sözügedən xəta onun tərəfindən törədilməmişdir. Nəqliyyat vasitəsini onun idarə etməyi gerçəyi əks etdirmədiyinə, tərəfindən ümumiyyətlə hansısa əməl törədilmədiyinə, həmin nəqliyyat vasitəsi ilə heç bir bağlılığı olmadığına görə inzibati xəta üzrə icraata xitam verilməlidir. Məhkəmədən 28 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28894528 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Məhkəmə, Baş X8 İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraat zamanı səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasına görə Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş 28 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28894528 nömrəli qərar ləğv edilməli və iş yenidən araşdırılması üçün səlahiyyətli orqana göndərilməlidir. İş materiallarından görünür ki, X4 Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş 28 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28894528 nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsi tərəfindən Elxan Məmmədova xx.xx.2021-ci il tarixdə məktub göndərilmişdir. Məktubda göstərilmişdir ki, mülkiyyətçisi olduğu «VAZ 2107» markalı **-FV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini bir neçə il əvvəl etibarnamə əsasında satmağı, etibarnamənin qüvvədə olduğu müddətin bitməsinə baxmayaraq həmin şəxs tərəfindən qanunsuz olaraq idarə edilməsi və onun tərəfindən törədilən inzibati xətalara görə əsassız olaraq barəsində inzibati tənbeh vermə haqqında elektron qərarların çıxarılması ilə bağlı Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə ünvanladığı müraciətlərə baxılmışdır. Bildirmişlər ki, qeyd edilən nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin nəqliyyat vasitəsi saxlanılmaqla qaldırdığı məsələnin müsbət həlli istiqamətində müvafiq tədbirlər görüləcək və nəticəsi barədə ona əlavə məlumat veriləcəkdir. Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsi tərəfindən Elxan Məmmədova xx.xx.2021-ci il tarixdə məktub göndərilmişdir. Məktubda göstərilmişdir ki, «VAZ 2107» markalı **-FV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında satmağı, etibarnamənin qüvvədə olduğu müddətdə həmin şəxs tərəfindən avtomobilə sahiblik hüququ əldə edilməməsi və hazırda avtomobili idarə etmədiyi halda yol hərəkəti qayda pozuntularına yol verilməsinə görə barəsində inzibati tənbeh vermə haqqında elektron qərarların çıxarılması ilə bağlı Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə ünvanladığı müraciətə baxılmışdır. Bildirmişlər ki, ilkin müraciətinin araşdırılmasının nəticəsi olaraq həmin nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsinə dair qəbul olunmuş və qərar xx.xx.2021-ci il tarixli 016-99835M-4221 nömrəli məktubla ona rəsmi cavab verilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsi tərəfindən Elxan Məmmədova xx.xx.2022-ci il tarixdə məktub göndərilmişdir. Məktubda göstərilmişdir ki, «VAZ 2107» markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında satdıqdan sonra idarə etmədiyi halda yol hərəkəti qayda pozuntuları törədilməsinə görə barəsində inzibati tənbeh vermə haqqında elektron qərarların çıxarılması ilə bağlı Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə ünvanladığı müraciətə baxılmışdır. Bildirmişlər ki, ilkin müraciətinin araşdırılmasının nəticəsi olaraq həmin nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilməsinə dair qəbul olunmuş qərar barədə xx.xx.2021ci il tarixli, 016-99835/5M-4221 nömrəli məktubla ona rəsmi cavab verilmişdir. Bir daha bildirmişlər ki, həmin nəqliyyat vasitəsi saxlanılmaqla qaldırdığı məsələnin müsbət həlli istiqamətində müvafiq tədbirlər görüləcək və nəticəsi barədə ona əlavə məlumat veriləcəkdir. X4 email vasitəsi ilə xx.xx.2025-ci ildə Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsinə müraciət edərək bildirmişdir ki, 4 il bundan əvvəl “VAZ 2107 minik” markalı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobilin cəriməsi ilə bağlı hansıki ona məxsus deyil müraciət etmiş, müraciətə cavab olaraq məsələni həll etməyə söz vermişlər. Buna baxmayaraq onu məhkəməyə vermişlər və o, məcbur olub kiminsə cərimələrini ödemişdir. xx.xx.2025-ci ildə yenidən bu avtomobilin cəriməsi ona gəlmişdir. Bu avtomobil taksi fəaliyyəti göstərir. Bu məsələnin həll olunmasını xahiş etmişdir. X4 email vasitəsi ilə xx.xx.2025-ci ildə Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsinə müraciət edərək bildirmişdir ki, onun tərəfindən dəfələrlə Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsinə sikayet ərizəsi yazılmış ** FV *** nömreli avtomobilin axtarışa verilməsinə baxmayaraq 2022-ci ildən bəri cərimələr onun adına gəlir. Bununla bağlı tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan etibarnamədən görünür ki, X4 tərəfindən X3 xx.xx.2017-ci il tarixədək 1 il müddətinə etibarnamə verilmişdir. Hazırda etibarnamə qüvvədən düşmüşdür. Məhkəmə, Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş 28 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28894528 nömrəli qərarını və iş materiallarını nəzərdən keçirib sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, X4 tərəfindən yol hərəkəti qaydalarının pozulması və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə hazırkı vəziyyətdə öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Hazırkı iş üzrə X2 məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, X4 2005-ci ildə ** FV *** dövlət qeydiyyat nişanlı, VAZ 2107 markalı nəqliyyat vasitəsini baş etibarnamə əsasında satmışdır. O tarixdən bəri həmin nəqliyyat vasitəsini nə görmüş, nə də idarə etmişdir. Daha sonra həmin etibarnamə qüvvədən düşmüşdür, aradan uzun illər keçdikdən sonra nəqliyyat vasitəsi ilə törədilən inzibati xətalara dair cərimələr onun adına yazılmağa başlanmışdır. Bu hal isə işə baxan vəzifəli şəxs tərəfindən düzgün araşdırılmamışdır. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalı və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi mötəbər sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sübutlarla kifayət qədər öz təsdiqini tapmalıdır. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh İXM-nə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bununla da həmin qərarda İXM-nin 76.1-ci maddəsində sadalanmış konkret hər hansı bir sübuta, həmçinin İXM-nin 77 – 83-cü maddələrində müəyyən edilmiş hər hansı bir sübut növünə istinad edilməmişdir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu cür sübutlar əldə edilmədən şəxs inzibati xətanın törədilməsində təqsirli bilinə bilməz və tənbeh edilə bilməz. Belə sübutlar qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən toplanılmalıdır. Beləliklə, iş üzrə müəyyən olunur ki, barəsində protokol tərtib edilmiş şəxs təqsirlilik məsələsini mübahisələndirir və özünü təqsirli bilmir. Belə bir vəziyyətdə iş üzrə törədilmiş inzibati xətaya dair əhəmiyyət kəsb edən sübutlar toplanılmamış, mövcud sübutlar isə iş üzrə ziddiyyətli halların yaranmasına səbəb olmuşdur. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində qərar qəbul olunmuş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq çıxarılan qərarlardan biri də 134.1.2-ci maddədə qeyd olunmuş bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərardır. İXM-nin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. İXM-nin 137.3-cü maddəsinə əsasən bu Məcəllənin 134.1.4 və 134.1.5-ci maddələrinə əsasən qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edildikdə, inzibati xəta haqqında işə bu Məcəllə ilə müəyyən edilmiş müddətlərdə yenidən baxılır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, inzibati xəta haqqında iş üzrə 28 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28894528 nömrəli inzibati tənbeh vermə qərar kifayət qədər mötəbər sübutlar toplanmadan qəbul edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından, 28 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28894528 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin olunaraq qərar ləğv olunmalı və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından, 28 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28894528 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqan olan qərar qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-2317/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2317/2025
16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver