Məhkəmə qərarları › İş №3(010)-2324/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-2324/2025

01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-2324/2025 01.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Kərimov Namiq Həsrət oğlu X3 şikayət ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər BPİ DYP tərəfindən çıxarılmış 22 avqust 2024-cü il tarixli qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini, 64 manat ödənilmiş cərimənin geri qaytarılmasını, eyni zamanda polis baş leytenantı X4 ona dəymiş mənəvi ziyana görə ondan üzr istəməsini xahiş etmişdir. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, X6 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən İXP seriyalı ******* nömrəli, 22 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında TP seriyalı ******* nömrəli, 11 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında qərar qəbul olunmuşdur. X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi üzrə qəbul olunmuş 11 sentyabr 2024-cü il tarixli qərarı nə vaxt alması barədə iş materiallarına heç bir sübut əlavə etməmişdir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər». Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin məsələyə baxaraq belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında qərardan verilmiş şikayət geri qaytarılmalı, X5 inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatət vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİM: X6 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılsın. X1 inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatət vermək hüququ izah edilsin. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar