Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-236/2024 16.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlu, Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.1, 327.3, 332.1 və 334.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 29 dekabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən məhkəməyə göndərilmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, sənədlər məhkəməyə daxil olduğu vaxt öyrənilmiş və məlum olmuşdur ki, Azərbaycan Respublikasının İXM-nin pozulması iddia edilən 334.1-ci maddəsinin sanksiyasında inzibati həbs tənbeh tədbiri nəzərdə tutulmasına baxmayaraq bu növ işlərdə iştirakı məcburi hesab edilən barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış şəxsin iştirakı təmin olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin məcəllənin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Azərbaycan Respublikasının İXM-nin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, sanksiyasında inzibati həbs nəzərdə tutulmuş işlərə dərhal baxılmalı və eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin fikri öyrənilməlidir. Lakin məhkəmə iclasında iş üzrə iştirakı məcburi olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə iştirakı təmin edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikasının İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İXM-nin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Lakin iş materiallarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.1, 327.3, 332.1 və 334.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 29 dekabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə inzibati xətalar qanunvericiliyinin tələbləri pozulmaqla dərhal deyil, tərtib edildiyi vaxtdan 18 gün sonra, yəni 16 yanvar 2024-cü il tarixdə təqdim edilmişdir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.1-106.0.3-cü maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aiddirmi, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi kimi məsələləri həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-ci maddəsi ilə müəyyən edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işə baxan hakim, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda hakim inzibati xəta haqqında protokolu onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Beləliklə, məhkəmə hesab edir ki, sanksiyasında inzibati həbs növü nəzərdə tutulan inzibati xəta haqqında hazırkı işə inzibati xətanı törətməkdə təqsirləndirilən şəxsin iştirakı ilə protokol tərtib olunduqdan dərhal sonra və protokol daxil olan gün baxılmalı olduğundan, inzibati xəta haqqında protokolu tərtib edən orqan tərəfindən barəsində icraat başlanmış şəxsin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, mövcud natamamlığı işə baxılarkən tamamlamaq mümkün olmadığından Şəxs barəsində tərtib olunmuş 29 dekabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109, 110, 111 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində tərtib edilmiş 29 dekabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-236/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-236/2024
16.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver