Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2369/2022 14.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, Şikayətçi "xxxx" MMC-nin qanuni təmsilçisi X1 vəkili və nümayəndəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, "xxxx" MMC-nin inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan "xxxx" MMC-nin qanuni təmsilçisi X1 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi "xxxx" MMC-nin qanuni təmsilçisi X2 məhkəməyə müraciət edərək, “Sizin Yurd" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 5000 manat məbləğində cərimə edilməyi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 may 2022-ci il tarixli MN ******* nömrəli qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində şikayət etdiyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 may 2022-ci il tarixli MN ******* nömrəli qərarına əsasən "xxxx" MMC-nin qanuni təmsilçisi kimi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə 5000 manat məbləğində cərimə tətbiq edilmişdir. Aşağıda sadalanan hallara görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 may 2022-ci il tarixli MN ******* nömrəli qərarı qanunsuz və əsassiz olduğundan ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, "xxxx" MMC, yəni onun təmsilçisi olaraq o və işçiləri tərəfindən qərarda qeyd edilən mübahisə predmeti olan ağac çıxarılmamışdır. Qərarda qeyd edilən ağacın yerləşmiş olduğu ərazi "xxxx" MMC-nin maraq dairəsində deyildir. Eyni zamanda bildirir ki, Sizin Yurd MMC qərarda göstərilən qazma işlərinin icraçısı deyildir. Həmin işlərin görülməsi "xxxx" MMC ilə Körpü Bina Tikinti MMC arasında bağlanmış 30 mart 2022-ci il tarixli podrat müqaviləsinə əsasən Körpü Bina Tikinti MMC tərəfindən icra edilir və sonuncu tərəfindən də qərarda göstərilən ərazidən ağac çıxarılmamışdır. Odur ki, “Sizin Yurd" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 5000 manat məbləğində cərimə edilməyi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 may 2022-ci il tarixli MN ******* nömrəli qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin qanuni təmsilçisi X1 vəkili və nümayəndəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Vəkil şikayətə uyğun izahat verərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 may 2022-ci il tarixli MN ******* nömrəli qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 30 mart 2022-ci il tarixli podrat müqaviləsindən görünür ki,podratçı "xxxx" MMC sifarişçi "xxxx" MMC-nin sifarişi üzrə Bakı şəhəri, Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində çoxmərtəbəli yaşayış binasının tikintisi obyektində torpağın qazılıb kənara daşınması işlərini müqavilənin ayrılmaz hissəsi sayılan Əlavə№1də qeyd olunan işlərin vahid smeta cədvəli əsasında razılaşdırılmış şərtlər üzrə görməyi öhdəsinə götürür, sifarişçi isə müqavilə ilə razılaşdırılmış qaydada görülən işlərin dəyərini podratçının hesabına ödəyir. 25 may 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, oğlu xx.xx.2021-ci ildə Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi ilə Nəsibbəy Yusifbəyli küçəsinin kəsişməsində yerləşən 0.24 ha torpaq sahəsində yaşıllıq sahədə abadlaşdırma işi aparan zaman 1 ədəd ağacı kəsərək məhv etdiyinə görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 25 may 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən aparılmış inzibati xəta haqqında iş üzrə icraat zamanı X1 müvafiq sübutların təqdim edilməsi və araşdırmanın obyektiv aparılması məqsədi ilə şəxsin icraatda iştirak etməsi, habelə müvafiq sübutu varsa təqdim etməsi üçün şərait yaradılmadan, eləcə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinə cavab verməyən inzibati xəta haqqında protokol tərtib edib barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Çünki həmin işin nəticəsi üzrə tərtib edilmiş inzibati xəta haqqında protokoldan müəyyən edilmişdir ki, tərtib edilmiş inzibati xəta haqqında protokolda X1 ehtimal edilən inzibati xətanı törətməsi vaxtı göstərilməmiş, hüquq və vəzifələrinin izah edilib-edilməməsi haqqında hər hansı qeydiyyat aparılmamış, həmçinin protokolun surətinin hansı qaydada verilməsinə dair heç bir qeyd aparılmamışdır. Bundan başqa, qeyd edilməlidir ki, baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış və iş üzrə X1 təqsirli bilindiyi inzibati xəta haqqında kifayət qədər sübutlar toplanmadan sonuncunun inzibati qaydada məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilmişdir. Çünki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinin mənasına görə şəxs şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə, götürülməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Lakin aparılmış araşdırma üzrə aşkar edilmiş və toplanmış sübutlarda həmin ərazinin yaşıllıq sahəsinə aid olub-olmamasının müəyyən edilməsi mümkün deyildir. Belə olan halda isə X1 əməlində qeyd olunan inzibati xəta tərkibinin olması şübhə doğurur. Belə ki, qərarda qeyd edilən ağacın yerləşmiş olduğu ərazi "xxxx" MMC-nin maraq dairəsində deyildir. Eyni zamanda "xxxx" MMC qərarda göstərilən qazma işlərinin icraçısı deyildir. Həmin işlərin görülməsi "xxxx" MMC ilə Körpü Bina Tikinti MMC arasında bağlanmış 30 mart 2022-ci il tarixli podrat müqaviləsinə əsasən Körpü Bina Tikinti MMC tərəfindən icra edilir Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla inzibati qaydada tənbeh olunmasına dair qərar qəbul etmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X2 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayətçi X1 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X2 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 25 may 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 25 may 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-2369/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2369/2022
14.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver