Məhkəmə qərarları › İş №3(010)-2370/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2370/2022

13.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2370/2022 13.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məsləhətçi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru X2 iştirakı ilə, Şəxs, xx xxxx 1988-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, ünvan 2 yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 12 iyun 2022-ci il tarixdə, saat 22:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qartal heykəlinin yanında ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 13 iyun 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək göstərdi ki, svetaforun yaşıl işığında hərəkətdə olan zaman Yol Patrul Xidmətinin inspektoru xidməti avtomobildə olan səs gecləndirici vasitəsilə ona avtomobili saxlamağı bildirdi. O, avtomobili saxlayaraq Yol Patrul Xidmətinin inspektoruna yaxınlaşaraq, avtomobili saxla tələbinin səbəbin soruşmuşdur. O, Yol Patrul Xidmətinin inspektorunun ona bildirdiyi səbəb ilə razılaşmamışdır. Yol Patrul Xidmətinin inspektoru ondan sənədlərini istəmişdir. Həmin an ona zəng gəlmişdir. O, inspektora zəngə cavab verdikdən sonra sənədləri təqdim edəcəyini bildirmişdir. Belə ki, anası xəstə olduğu üçün ona dərman alınmalı idi və ona gələn zəng də bunun ilə bağlı idi. O, öz şəxsi avtomobilinə əyləşərək qapıları bağlamış və telefon zənginə cavab verdikdən sonra maşından düşərək sənədləri inspektora təqdim etmişdir. Lakin bu müddət ərzindı qədər artıq Yol Patrul Xidmətinin inspektoru X5 əməkdaşlarını hadisə yerinə dəvət etmişdilər. X5 əməkdaşları hadisə yerinə gələrək onun qolunu buraraq, nalayiq ifadələrdən istifadə edərək onu polis bölməsinə aparıblar. Sonda Şəxs məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru X3 məhkəmədə göstərdi ki, Şəxs 12 iyun 2022-ci il tarixdə, saat 22:30 radələrində, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qartal heykəlinin yanında ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən də, Yol Patrul Xidmətinin inspektoru Daxili İşlər Nazirliyinin X5 əməkdaşlarını əraziyə çağıraraq Şəxs polis bölməsinə gətirmişlər. Polis Bölməsində Şəxs izahatı alınmış və sonra barəsində inzibati protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əlahiddə X5 7-ci bölüyünün əməkdaşları tərəfindən tərtib edilmiş 13 iyun 2022-ci il tarixli raportdan görünür ki, 12 iyun 2022-ci il tarixdə, saat 22:30 radələrində, saat 14:30 radələrində xidmət apararkən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində 2479 çağırışlı avtopatrulla hərəkətdə olarkən, Yol Patrul Xidmətinin 289 çağırışlı xidməti maşınının çağırışına əsasən Qartal heykəlinin yanına yaxınlaşıblar. Hadisə yerinə çatan zaman **-PG-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin sürücüsünün Yol Patrul Xidmətinin əməkdaşlarının qanuni tələblərini pozduğunu və tabesizlik etdiyini görüb, həmin nəqliyyat vasitəsinə yaxınlaşıblar. Lakin, nəqliyyat vasitəsinin sürücüsü nəqliyyat vasitəsinin ön yan şüşələrini qaldıraraq, onlara tabesizlik göstərmişdir. Dəfələrlə həmin vətəndaşı intizama dəvət etmələrinə baxmayaraq, həmin vətəndaş onların qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra Polis əməkdaşları həmin vətəndaşı 2479-çağırışlı avtopatrulun köməkliyi ilə 32-ci Polis Bölməsinə gətiriblər. Bölmədə məlum olmuşdur ki, həmin vətəndaş Şəxsdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar