Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2371/2022 13.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X8 və icra sənədi üzrə tələbkar X3 iştirakı ilə, Şəxs, 05 avqust 1982-ci ildə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, subay, iki yetkinlik yaşına çatmayan uşağı olan, heç yerdə işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq massivi, 7-ci Döngə, 5/1 nömrəli evdə qeydiyyatda olmaqla yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı rayonu Məhkəməsinin 26 avqust 2019-cu il tarixli, 2(010)- 4429/2019 saylı icra sənədinə əsasən isə 15 iyul 2010-cu il təvəllüdlü X4 və 22 sentyabr 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Şəxs hər ay hər uşağa görə 160 manat, ümumilikdə 320 manat məbləğində aliment X3 xeyrinə tutulmalıdır. Həmin icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzürsüz səbəbdən icra sənədini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, uzun müddət idi ki, işsiz olmuşdur. 15-20 gün olar ki, icarə əsasında bərbərxana götürmüşdür. Əvvəl işlədiyi vaxtlarda normal ödənişlər etmiş, lakin işsiz qaldığı üçün aliment ödənişlərini tam və vaxtında ödəyə bilməmişdir. 2022-ci ilə qədər mütəmadi olaraq ödənişlər etmişdir. 2022-ci ilin mart ayında ödəniş etməmiş, lakin, digər aylarda isə müəyyən miqdarda ödənişlər etmişdir. Sonda Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola xitam verməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X9 məhkəmədə bildirdi ki, Bakı şəhəri Suraxanı rayonu Məhkəməsinin 26 avqust 2019-cu il tarixli, 2(010)-4429/2019 saylı icra sənədinə əsasən isə 15 iyul 2010-cu il təvəllüdlü X4 və 22 sentyabr 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Şəxs hər ay hər uşağa görə 160 manat, ümumilikdə 320 manat məbləğində aliment X3 xeyrinə tutulmalıdır İcra sənədi icra şöbəsinə daxil olmuş və icraata başlanılaraq borclunun ünvanına tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində həmin icra sənədinin icrasını təmin etməmişdir. Borclu borcunu ödəmədiyindən şöbəyə dəvət olunmuş və izahatı alınmışdır. Eyni zamanda məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Borclunun hal-hazırda icra sənədi üzrə aliment borcu 13.041 manat təşkil edir. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini tam icra etməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qərarı bu günə kimi tam icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İcra sənədi üzrə tələbkar X7 məhkəmədə göstərdi ki, borclu əvvəllər də ödəniş etməkdən eyni qaydada yayınmışdır. Son aylarda isə ödənişləri tam etməmişdir. Uşaqlar 01 ildən çoxdur ki, atalarının evinə getmir. Sonda X1 Eşqin Qurban oğlunun barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu Məhkəməsinin 26 avqust 2019-cu il tarixli, 2(010)-4429/2019 saylı icra vərəqəsindən görünür ki, 15 iyul 2010-cu il təvəllüdlü X4 və 22 sentyabr 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Şəxs hər ay hər uşağa görə 160 manat, ümumilikdə 320 manat məbləğində aliment X3 xeyrinə tutulmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında 11 oktyabr 2019-cu il tarixli qərardan, tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən görünür ki, Bakı şəhəri Suraxanı rayonu Məhkəməsinin 26 avqust 2019-cu il tarixli, 2(010)-4429/2019 saylı icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı dərhal könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İş materiallarında olan 13 iyun 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Suraxanı rayonu Məhkəməsinin 26 avqust 2019-cu il tarixli, 2(010)-4429/2019 saylı icra sənədi üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcu 13.041 manat təşkil edir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs himayəsində iki azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət etmir və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş hədd çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı 13 iyun 2022-ci il tarixdən, saat 15:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-2371/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2371/2022
13.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver