Məhkəmə qərarları › İş №3(010)-238/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-238/2022

04.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-238/2022 04.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X1 iştirakı ilə, Şəxs, xx xxxx 1985-ci il tarixdə Gürcüstan Respublikası, Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 03.02.2022-ci il tarixdə, 16:30 radələrində, Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlulzadə küçəsində bir nəfər şəxs üzündə tibbi maskası olmadan mağazadan çıxdığını görərək ona yaxınlaşan və özünü təqdim edən polis əməkdaşının qanuni tələblərinə tabe olmamış və polis əməkdaşlarına qarşı kobudçuluq etmişdir. Buna görə də 04 fevral 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-cu Polis Bölməsinin sahə inspektoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X2 məhkəmədə göstərdi ki, 03.02.2022ci il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlulzadə küçəsində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə tərəfindən 03.02.2022-ci il tarixdə raport tərtib olunmuşdur. Həmin raportda göstərmişdir ki, 03.02.2022-ci il tarixdə saat 16:30 radələrində Suraxanı rayonu S.Bəhlulzadə küçəsində bir nəfər şəxs üzündə tibbi maskası olmadan mağazadan çıxdığını görərək ona yaxınlaşmış, özünü təqdim edərək inzibati hüquqpozma törətməsini bildirib şəxsiyyətini müəyyən etmək üçün adını və soyadını deməsini xahiş etmişdir. Lakin həmin şəxs ona kobud surətdə cavab verərək özünü təqdim etməyəcəyini bildirərək uzaqlaşmağa cəhd etdi. Tabesizlik göstərən həmin şəxsi PPX-nin avtopatrulu köməyi ilə Suraxanı RPİ-nə gətirmişdirlər. İdarədə məlum omuşdur ki, həmin şəxs 29.07. 1985-ci il təvəllüdlü Şəxsdur. Buna görə də Şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirilərək izahatı alınmışdır. İzahatında polisin qanuni tələbinə tabe olmadığını və əməlindən peşman olduğunu bildirmişdir. Buna görə də o, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq etməyərək, 01 fevral 2022-ci il tarixdə onu tutduqlarını, lakin sübuta edə bilmədikləri üçün Sabunçu rayon Məhkəməsində işə xitam verildi. Yatdığı yerdə evdə tutub polis idarəsinə gətirdiklərini, polislər tərəfindən döyüldüyünü, lakin hazırkı protokol tərtib etmiş şəxs tərəfindən deyil, bundan əvvəl tutulduğu zaman döyüldüyünü, polisə heç bir müqavimət və hörmətsizlik etmədiyini, hansısa cinayətlə bağlı ondan şübhələndikləri üçün tutduqlarını bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu: İş materiallarında olan Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin sahə inspektoru polis baş leytenantı Azər İsmayılov tərəfindən 03.02.2022-ci il tarixdə tərtib olunmuş raporta əsasən, 03.02.2022-ci il tarixdə saat 16:30 radələrində Suraxanı rayonu S.Bəhlulzadə küçəsində bir nəfər şəxs üzündə tibbi maskası olmadan mağazadan çıxdığını görərək ona yaxınlaşmış, özünü təqdim edərək inzibati hüquqpozma törətməsini bildirib şəxsiyyətini müəyyən etmək üçün adını və soyadını deməsini xahiş etmişdir. Lakin həmin şəxs ona kobud surətdə cavab verərək özünü təqdim etməyəcəyini bildirərək uzaqlaşmağa cəhd etdi. Tabesizlik göstərən həmin şəxsi PPX-nin avtopatrulu köməyi ilə Suraxanı RPİ-nə gətirmişdirlər. İdarədə məlum omuşdur ki, həmin şəxs 29.07. 1985-ci il təvəllüdlü Şəxsdur. İş materiallarında olan Şəxs tərəfindən Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə 03.02.2022-ci il tarixdə verilən izahata əsasən, 03.02.2022-ci il tarixdə evə gedərkən Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən univermağa maskasız daxil olmuşdur. Oranı tərk etdikdə polis əməkdaşları ona yaxınlaşaraq ona tibbi maskadan istifadə etmədiyi üçün ona irad bildirib, onun ad və soyadını soruşduqda polislərə tabesizlik edib, ad və soyadını bildirmək istəməmişdir. O, polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik edib kobudluğa yol vermiş və həmin əməldən peşiman olduğunu bildirmişdir. İş materiallarında olan Suraxanı RPİ-nin 31-ci Polis Bölməsi tərəfindən tərtib olunan 03.02.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. İnzibati qaydada tutularkən zahiri baxış zamanı sağ göz xəsarəti və sağ çiyin xəsarəti aşkar edilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, İnzibati xəta haqqında inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. X3 xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması məhkəmə iclasında araşdırılan digər sübutlarla tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxsləriki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdəbir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs oğlunun hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 03.02.2022-ci il tarixdə saat 16:30 radələrində Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsində polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmçinin bunun onun Suraxanı Rayon Polis İdarəsində 03.02.2022-ci il tarixdə şəxsən yazdığı və öz imzası ilə Azərbaycan Respulikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinin etirafı və törətdiyi əməlində peşman olması barədə izahatı da təsdiq edir. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi xəta üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Beləliklə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinməli, cərimə növündə inzibati tənbeh kifayət etmədiyindən, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 03 fevral 2022-ci il tarixdə, saat 18:05-də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X2 tərəfindən inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, H.Q.Həbibovun inzibati həbs müddətinin başlanğıcı, onun inzibati qaydada tutulduğu – 03 fevral 2022-ci il tarixdən, saat 18:05-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrinir əhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilsinsin və onun barəsində 30 (otuz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı 03 fevral 2022-ci il tarixdən, saat 18:05dən hesablansın. İnzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 (on) gün müddətində qərardadn Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar