Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-24/2021 04.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Musayeva Növrəstə Qubad qızının və inzibati xəta haqqında iş üzrə qərarından şikayət verilmiş şəxs Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru X1 iştirakı ilə, Musayeva Növrəstə Qubad qızının, xx xxxxx 1985-ci ildə Cəbrayıl rayonunun Horovlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 10DJTSM, evli, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi, 38 nömrəli evin 18 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru X1 qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxxx 2021-ci il tarixdə Musayeva Növrəstə Qubad qızı şikayət ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru X1 qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Qərarı, habelə Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli məlumatı nəzərə alınaraq şikayətə mahiyyəti üzrə baxılması xx xxxxxx 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Musayeva Növrəstə Qubad qızı ərizə ilə müraciət edərək, şikayətinin və ona əlavə edilmiş sənədlərin baxılmadan ona qaytarılmasını xahiş etdi. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərarından şikayət verilmiş şəxs Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru X2, Musayeva Növrəstə Qubad qızının şikayətinin geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi və inzibati xəta haqqında iş üzrə qərarından şikayət verilmiş şəxsi dinləyərək, şikayəti və ona əlavə edilmiş materialı tədqiq edərək, məhkəmə hesab edir ki, Musayeva Növrəstə Qubad qızının şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə görə vəsatət yazılı formada verilir və o, dərhal baxılmalıdır. Məhkəmə hesab edir ki, şikayət vermiş şəxs N.Q.Musayeva inzibati xəta haqqında iş üzrə şikayətinə baxılmasını istəmədiyinə və həmin şikayətin qaytarılmasını xahiş etdiyinə görə şikayətə baxılmasına əsaslar yoxdur və şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Musayeva Növrəstə Qubad qızının xahişi təmin edilsin. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru X1 qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət Musayeva Növrəstə Qubad qızına qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-24/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-24/2021
04.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver