Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2405/2024 03.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Suraxanı rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında İXP ******* saylı, 13 may 2024-cü il tarixli protokola əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 08:00-da idarə etdiyi “MİTSUBİSKİ PAJERO-İO” minik markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Suraxanı RPİ-nin TŞ-nin baş təhqiqatçısı Suad Həmzəyev tərəfindən 28 mart 2024-cü il tarixli qərarla “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin ünvanına bildiriş göndərilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş zərərçəkmiş şəxs X2 izahatında qəza törədən şəxs Şəxs onun xalaoğlusu olduğunu və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan 28 mart 2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs izahatında göstərmişdir ki, 03 mart 2024-cü il tarixdə təxminən saat 08 radələrində idarə etdiyi "Misubishi Pajero İO” markalı, Oİ-CC-192 dövlət qeydiyyat nişanlı avtomobil ilə Suraxanı rayonu Ramanı qəsəbəsi istiqamətindən Suraxanı rayonu. Əmircan qəsəbəsi istiqamətinə saatda təxminən 40 km sürətlə hərəkət etdiyi zaman piydaları vurmamaq məqsədi ilə avtomobili sağa istiqamətləndirmiş və idarə etdiyi avtomobil beton maneəyə çırpılmış, toqquşma nəticəsində X2 və Şəxs yüngül dərəcəli bədən xəsarəti almışdır. Sonda, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd olunması, qərarın təsviri hissəsində göstərilənlərə əsasbn, material üzrə qəbul edilmiş qərarın surəti Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Suraxanı RPİnin DYPŞ-nə göndərilməsi, qərarın sürəti iş üzrə maraqlı tərəflərə göndərilməsi, qərarın sürəti prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokurorluğuna göndərilməsi və toplanmış material qanunla nəzərdə tutulan müddətdə saxlanılması üçün Suraxanı RPİ-nin arxivinə verilməsi qərara alınmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 28 mart 2024-cü il tarixli 173 saylı rəyində göstərilmişdir ki, Şəxs bədən səthində aşağıdakı xəsarət aşkar edildi: sol diz oynağı nahiyəsinin sıyrıqları. oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan sol iç topuq nahiyəsinin şişkinliyi və sıyrıqları, sağ diz oynağı nahiyəsinin və sağ saidin əzilmiş-cırılmış yaraları, sağ budun sıyrığları. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 28 mart 2024-cü il tarixli 174 saylı rəyində göstərilmişdir ki, X1 bədən səthində aşağıdakı xəsarət aşkar edildi: sağ diz oynağı nahiyəsinin əzilmiş yarası və sıyrığı. sol baldırın sıyrığı, ənsə nahiyəsinin əzilmiş yarası. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan zərərçəkmiş şəxs X2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, qəza törədən şəxs Şəxs onun xalaoğlusu olduğunu və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs izahatında göstərmişdir ki, 03 mart 2024-cü il tarixdə təxminən saat 08 radələrində idarə etdiyi "Misubishi Pajero İO” markalı, Oİ-CC- 192 dövlət qeydiyyat nişanlı avtomobil ilə Suraxanı rayonu Ramanı qəsəbəsi istiqamətindən Suraxanı rayonu. Əmircan qəsəbəsi istiqamətinə saatda təxminən 40 km sürətlə hərəkət etdiyi zaman piydaları vurmamaq məqsədi ilə avtomobili sağa istiqamətləndirmiş və idarə etdiyi avtomobil beton maneəyə çırpılmış, toqquşma nəticəsində X2 və Şəxs yüngül dərəcəli bədən xəsarəti almışdır. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o AR İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin dispozisiyasına görə, svetaforun qadağanedici siqnalının tələbinə əməl etmədən nəqliyyat vasitəsi ilə hərəkətdə olma, digər avtomobillə toqquşaraq zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin, ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-2405/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2405/2024
03.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver