Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2406/2024 08.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs, Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru, polis baş serjantı X3 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 333.1-ci və 327.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində 13 may 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs “Hyundai Elantra” minik markalı, **- UX-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdə saat 07:41-də idarə edərkən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmişdir. Protokoldan aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən saxlanılmış və məlum olmuşdur ki, Şəxs nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da, Şəxs İXM-İn 333.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs izahatında təqsirini etiraf etməyərək göstərdi ki, Azərbaycan Rrespublikası DİN Bakı şəhər DYPİ Yol Patrul Xidməti İnspektoru Polis baş serjantı X5 tərəfindən barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol əsasən, Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ Polis mayoru X2 tərəfindən barəmdə GP 23066195 saylı, xx.xx.2024-cü il tarixli Qərardad tərtib etməklə baxılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Həmin 3(010)- 2406/2024 saylı işə Sizin sədrliyinizlə baxılması xx.xx.2024-cü il tarixinə təyin edilmişdir. Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ Yol Patrul Xidməti İnspektoru Polis baş serjantı X5 tərəfindən barəsində tərtib olunmuş İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolla razılaşmır, protokolu qanunsuz hesab edir. Belə ki, xx.xx.2024-cü il tarixdə, saat 10:40 iradələrində “HYUNDAİ” markalı “99UX347” qeydiyyat nişanlı nəqliyyat vasitəsilə ailə üzvləri ilə birlikdə hərəkətdə olarkən yol patrul xidmətinin əməkdaşı onu saxladaraq yol hərəkəti qaydasını pozduğunu və əlavə olaraq da bildirmişdir ki, o, qeyd olunan pozuntu ilə razı deyilsə onun barəsində qərarsız protokol tərtib olunacaq və bu işə baxılarkən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Bundan sonra polis əməkdaşı ona yol nişanın tələbini pozduğunu bildirmiş və o da öz növbəsində etdiyi qayda pozuntusu ilə razılaşmışdır. Əlavə olaraq da alkotesterlə sərxoşluq vəziyyətini yoxlayaraq, ona sərxoş olduğunu bildirdi. O, sərxoş olmadığını bildirsə də, ona bu problemin idarədə araşdırılaraq həll olacağını demiş və tərtib etdiyi protokola imza atmağını bildirmişdir. Həmin zaman protokolu imza etmiş, imza edərkən protokolun tərtib edilmə vaxtına və qeyd olunan maddələrə fikir vermədən imza etmişdir. Nişanın tələbini pozduğu üçün tərtib olunmuş protokol olduğunu fikirləşmişdir. Onun savadsızlıqından istifadə edərək bütün protokollara imza çəkdirmişdir. Sərxoşluqla bağlı izahatı özü şəxsən yazmışdır. Polis ona “hər şey yaxşı olacaq, sənin üçün dərs kimi olsun, yaz bu izahatı” deyərək onu aldatmışdır. Sərxoşluq vəziyyətini dəqiqləşdirmək üçün isə həkim tibb müayinəsindən keçirəcəklərini düşünmüşdür. Amma protokolu imza edendən sonra polis əməkdaşları nəqliyyat vasitəmin duracaqa yerləşdirləcəyini, özünün isə sərxoş olduğunu bildirdilər. Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə AKT-dan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 10:53-də nəqliyyat vasitəsi yol polisi tərəfindən duracaqa yerləşdirilmişdir. Qeyd olanalarla razı olmayıb, Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən (protokolunu № 2125687) keçərək Bakı şəhər DYPİ-nə getmişdir. Müayinənin nəticəsindən məlum oldu ki, qanında alkaqolun faiz dərəcəso 0.00% faiz (protokol № 2125687) təşkil edir. İş Bakı şəhər DYPİ Polis mayoru X1 icraatında olduğundan ona yaxınlaşaraq tibbi müayinəni (protokolunu № 2125687) təqdim edərək sərxoş olmadığını, protokolu yanlışlıqla imzaladığını və polis əməkdaşı tərəfindən tərtib edilən protokolun qanunsuz olmasını bildirmişdir. Bakı şəhər DYPİ Polis mayoru X2 təqdim etdiyi tibbi müayinə protokolunun əsasız sənəd olduğunu ona deyərək, “gəl ərizə yazaraq qeyd etki, imza ederkən hansısa təsir edici vasitənin təsiri altında olmuşan və onun üçün protokola imza etmişəm”. O, burada Polis mayoru X2 onun vəziyyətini çətin vəziyyətə salmaq niyyətini görüb iş materiallarını məhkəməyə göndərilməsini xahiş edərək oradan uzaqlaşmışdır. Əlavə olaraq qeyd edir ki, protokolun tərtib edildiyi vaxt (saat 07:41), yol patrul əməkdaşının onu saxladığı vaxt (saat 10:41) üst-üstə düşmür. Sərxoşluq haqda protokolda tərtib edlərkən heç bir hal şahidinin iştrakı olmayıbdır. Protokola adları qeyd olunan hal şahidləri sonradan ora qeyd olunublar. Bu da prosessual məcəllənin tələblərinin kobud pozuntusudur. Odur ki, Bakı şəhər DYPİ Yol Patrul Xidməti İnspektoru Polis baş serjantı X3 və Bakı şəhər DYPİ Polis mayoru X2 əməlində Dövlət sənədlərini saxtalaşdırılması halı olduğundan barələrində tədbir görülməsini, onun barəsində Azərbaycan "Rrespublikası DİN Bakı şəhər DYPİ Yol Patrul Xidməti İnspektoru Polis baş serjantı X5 tərəfindən barəsində tərtib olunmuş İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol AR İXM-nin 331.1-ci maddəsinə əsasən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.1-ci, 53.1.2-ci və 53.2-ci maddələrinin tələblərinə müvafiq qaydada (inzibati xəta hadisəsinin, inzibati xəta tərkibi olmaması, inzibati xəta törədilməsinə aidiyyəti olmaması və təqsirliliyi sübuta yetirilməməsi əsasları ilə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru, polis baş serjantı X5 protokola uyğun izahat vermiş, barəsində inzibati xəta törətmiş şəxsin protokola vermiş olduğu etiraz tam olaraq əsassız olduğunu, sürücüyə yaxınlaşan zaman da həmin halı özü səmimi şəkildə etiraf edərək bu barədə izahat vermiş olduğunu, sürücünün etiraf etməsi ilə bağlı video-görüntülərin də mövcud olduğunu, sürücünün içkili olduğunu bildikdən sonra avtomobili duracağa təmin etmiş olduğunu, həmçinin hal şahidlərinin də şahidliyi ilə həmin protokolu tərtib etdiyini bildirmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-İn 333.1-ci və 327.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddələrlə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 13 may 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhər DYPİ Yol patrul xidmətinin əməkdaşı tərəfindən xx.xx.2024-cü il tarixdə saxlanılmış və məlum olmuşdur ki, Şəxs alkoqoldan istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmişdir; xx.xx.2024-cü il tarixli alkotesterdən çıxarışa əsasən, Şəxs 0,504 % sərxoşluq dərəcəsi müəyyən edilmişdir. “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” ******* saylı protokoldan görünür ki, Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Həmçinin, Şəxs bu halı etiraf etmiş və bu barədə protokola qeyd yazmışdır. Məhkəmə araşdırılması zamanı Şəxs həmin ifadəsinin şəxsən yazılmasını təsdiq edir. İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halı müəyyən edilməmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs barəsində tərtib edilmiş protokola aid etiraz etmiş, sonuncunun barəsində tərtib edilmiş protokolun əsassız olaraq və yol patrul xidməti əməkdaşının onun savadsızlığından istifadə edərək aldatmasını, sonuncunun yalnız yol hərəkəti qaydaları olan İXM-nin 327.1-ci maddəsinin tələbini pozmuş olduğunu, İXM-nin 333.1-ci maddəsi olan nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə tərtib edilmiş protokolun tam əsasssız olduğunu və o, inzibati protokol tərtib edilən gündən 48 saat əvvəl spirtli içki qəbul etdiyini bildirdiyini, yol patrul xidməti əməkdaşları tərəfindən sənədlərin saxtalaşdırılmasını bildirsə də, məhkəmə Şəxs həmin protokola etirazına əsasən hesab edir ki, Şəxs məhkəmə iclasında protokola etiraz etməsi müdafiə xarakteri daşıyır və hər-hansı mötəbər sübuta əsaslanmamışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs istinad olunan İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta ilə bağlı aşağıdakıları qeyd edir: İXM-in: 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 57‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 602-3, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2 və 2.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından İXM-in 329.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən Məcəllənin 124.3-cü maddəsinə uyğun olaraq bilavasitə aşkar edildikdə) - Baş X7 İdarəsinin rəisi, onun müavinləri, Baş X7 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X7 İdarəsinin rəisi, ərazi polis orqanlarının X7 idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının X7 bölmələrinin rəisləri, ərazi polis orqanlarının X7 qruplarının rəhbərləri baxırlar. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İXM-in 327.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinə deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Belə olan halda, məhkəmə tərəfindən Şəxs İXM-in 327.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, habelə məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, məsuliyyətini ağırlaşdıran halların olmaması, yaşı, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsiri nəzərə alınmaqla Şəxs 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və Şəxs İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhəri X8 İdarəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 400 manat cərimə edilsin. Şəxs İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhəri X8 İdarəsinə göndərilain. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-2406/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2406/2024
08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver