Məhkəmə qərarları › İş №3(010)-2406/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-2406/2025

16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-2406/2025 16.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, X5 qızının katibliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair RİNN AYNA-nın Bakı Regional İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: RİNN AYNA-nın Bakı Regional İdarəsindən daxil olmuş 13 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 06:45-də Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, məscidin yanında King Long markalı **-JU-*** qeydiyyat nişanlı "xxxx" QSC-yə məxsus avtobusların buraxılış vərəqəsi olmadan qeyrimüntəzəm sərnişin daşımasına görə barəsində xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərmişdir. Qarşı tərəf etiraz ərizəsi ünvanlayaraq buraxılış vərəqələrini elektron sistemə əlavə edib. Bu səbəbdən yenidən araşdırma aparılması üçün materialların orqana geri qaytarılmasını xahiş etdi. Məhkəməyə təqdim edilmiş 11 oktyabr 2023-cü il tarixli, SDV seriyalı, 10203 nömrəli “avtomobil nəqliyyatı ilə ölkədaxili sifarişli daşımalara Buraxılış Vəsiqəsi”ndən görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinə 7 il müddətinə, yəni xx.xx.2030-cu ilədək və 05 oktyabr 2023-cü il tarixli, SDV seriyalı, 10020 nömrəli “avtomobil nəqliyyatı ilə ölkədaxili sifarişli daşımalara Buraxılış Vəsiqəsi”ndən görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinə 7 il müddətinə, yəni xx.xx.2030-cu ilədək icazə verilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsi ilə tərtib edilmiş 13 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material geri qaytarılmalıdır. Belə ki, səlahiyyətli orqan tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsası ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilsə də, protokol natamam şəkildə tərtib edilmiş, belə ki, "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” tərəfindən tərtib edilmiş 13 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol Texniki Yanlışlıq səbəbilə səhv protokol tərtib edilmişdir. Belə ki, 13 iyun 2025-ci il tarixli, MN ******* nömrəli protokola və Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında aktdan da göründüyü kimi, xx.xx.2025-ci il tarixdə saat 07:15-də Suraxanı rayonu, Zığ qəsəbəsində King Long **-JU-*** dövlət qeydiyyatı nömrəli avtobus sürücüsü X2, saat 06:45-də Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində, King Long **-JU-*** dövlət qeydiyyatı nömrəli avtobus sürücüsü X1 BURAXİLİŞ VƏSİQƏ KARTİ olmadan qeyrimüntəzəm sərnişin daşıması aşkar edildiyi qeyd edilmiş və sürücülər tərəfindən də buraxılış vəsiqə kartı olmadığı bildirilmişdir. Lakin texniki yanlışlıq olduğu üçün İXM-nın 324.3-cü maddəsinə əsasən protkol tərtib edilmişdir, belə ki buraxılış vəsiqə kartı olmamasına görə İXM-nin 324.4-cü maddəsinə əsasən Buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə əlli manat məbləğində cərimə edilməli olduğu halda İXM-nin 324.3-cü maddəsinə əsasən protokol tərtib edilmiş, maddələr qarışdırılmış və yanlış maddə qeyd edilərək Məhkəməyə müraciət edilmişdir. Təqdim olunmuş sənədlərdən də aydın olur ki, SDV10020 seriyalı, xx.xx.2023-cü il tarixli və SDV 10203 seriyalı, xx.xx.2023-cü il tarixli buraxılış vəsiqələrinə əsasən, hər iki vəsiqə üzrə avtomobil nəqliyyatı ilə ölkədaxili sifarişli daşımalar üzrə (qeyri-müntəzəm sərnişin daşımaları, yük daşımaları, yaxud hər ikisi) həyata keçirən "X3 A" Qapalı Səhmdar Cəmiyyətinə müvafiq olaraq, xx.xx.2030-cu il və xx.xx.2030-cu il tarixinədək 7 il müddətinədək buraxılış vəsiqələri təqdim edilmişdir və bu vəsiqələr etibarlı vəsiqələrdir. Göründüyü kimi inzibati xəta tərkibi olmamaqdadır və SDV10020 seriyalı, xx.xx.2023-cü il tarixli və SDV 10203 seriyalı, xx.xx.2023-cü il tarixli buraxılış vəsiqələrinin olmasına baxmayaraq AYNA tərəfindən əsassız olaraq İXM-nin 324.3-cü maddəsinə əsasən QSC barəsində protokol tərtib edilərək məhkəməyə müraciət edilmişdir. Bununla da, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.3cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud tərtib edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyul 2017-ci il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati xəta haqqında protokol, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad) blankların aidiyyəti orqanların sifarişi əsasında hazırlanması, saxlanılması, uçotu və təqdim edilməsi Qaydaları” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.5 və 114.4-cü maddələrində nəzərdə tutulan protokol, qərar (qərardad) blanklarının aidiyyəti orqanların sifarişi əsasında hazırlanması, saxlanılması, uçotu və təqdim edilməsi qaydalarını müəyyən edir. Qaydaların 1.2-ci bəndinə əsasən protokol, qərar (qərardad) blanklarının hazırlanmasına sifarişin verilməsi, onların bölgüsü, protokol, qərar (qərardad) blanklarının istifadəsinin uçotunun və hesabatının aparılması Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Məhkəməyə təqdim edilən sənədlərdən göründüyü kimi 13 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol yuxarıda qeyd olunan qaydalara riayət edilməməklə tərtib olunmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin düzgün maddəsi göstərilməmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.5,109.1, 109.1.6 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılsın. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar