Məhkəmə qərarları › İş №3(010)-2408/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2408/2022

30.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2408/2022 30.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X2, tələbkar Zərərçəkmiş şəxs Şahhüseyn oğlunun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil iştirakı ilə xx xxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən tərtib olunmuş 14 iyun 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış materialdan görünür ki, Bakı Apelyasiya Məhkəməsi tərəfindən 01 avqust 2013-cü ildə verilmiş 05 mart 2013-cü il tarixli 2(103)-39/2013 nömrəli icra vərəqəsinə əsasən ünvan 2 ünvanında yerləşən, qanunsuz fəaliyyət göstərən ticarət obyekti Şəxs hesabına sökülməlidir. Borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material 14 iyun 2022-ci ildə Suraxanı Rayon Məhkəməsinə daxil olmuş, həmin şəxsin əməlində inzibati xəta tərkibi olmadığı əsas götürülərək onun barəsində Azərbaycan Respublikası XİM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına Suraxanı Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli qərarına əsasən xitam verilmişdir. Suraxanı rayon İcra şöbəsinin icra məmuru X7 və tələbkar Zərərçəkmiş şəxs Şahhüseyn oğlu həmin qərardan şikayətlər vermişlər. Bakı Apelyasiya Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs Şahhüseyn oğlu tərəfindən verilmiş şikayət təmin edilmiş, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X7 tərəfindən verilmiş şikayət təmin edilməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işin icraatına əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilməsi barədə Suraxanı Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda və ona edilmiş əlavədə qeyd olunur ki, «İcra sənədi 12 avqust 2013-cü il tarixdə şöbəyə daxil olmuş, həmin tarixdə icraata başlanılaraq bu barədə tərəflərə məlumat, borclu tərəfə isə həmçinin könüllü icra barədə bildiriş göndərilmişdir. Tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət bitdiyindən icra tədbirləri 13 sentyabr 2013-cü il tarixə təyin edilmiş, ünvan 3 ünvanında olarkən müəyyən olunmuşdur ki, həmin ünvanda yerləşən qanunsuz ticarət obyekti, yəni inşaat materiallarının satışını təşkil edən Şəxs bütün ticarət obyekti Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən sökülmüş və inşaat materialları ərazidən çıxarılaraq ərazi tam asfaltlanmışdır. Həmin ərazidə 50 kv.m olan bir mərtəbəli iki otaqdan ibarət X4 məxsus qeyri yaşayış sahəsinin olduğu və bu tikilinin 2001-ci ildə Qubadlı rayon, Qaralar kənd orta məktəbi tikilərkən inşa olunduğu müəyyən edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 05 mart 2013-cü il tarixli, 2(103)-39/2013 saylı icra vərəqəsində borclu kimi göstərilmiş vətəndaş Şəxs 13 sentyabr 2013-cü il tarixdə şöbəyə gələrək verdiyi izahatında ünvan 3 ünvanında yerləşən obyektin Suraxanı Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə söküldüyünü və ona aid olan bütün tikinti materiallarının oradan çıxarıldığını bildirmişdir. Bakı şəhəri, Yeni Suraxanı qəsəbə nümayəndəliyinin 17 dekabr 2013-cü il tarixli arayışından Şəxs Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsi, Bakı Aeroport yolunun sol tərəf yaşayış massivində tikinti materiallarının satışı, yəni qanunsuz küçə ticarəti ilə məşğul olması səbəbindən 05 avqust 2013-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının qanunsuz küçə ticarəti ilə mübarizə komissiyasının reydi zamanı sonuncuya küçə ticarətini ləğv etməsi üçün xəbərdarlıq edildiyi və hazırda həmin yerdə tikinti materiallarının satışı ilə məşğul olmadığı, həmçinin ona aid heç bir tikilinin olmadığı bildirilmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 16 dekabr 2013-cü il tarixli məktubda sözügedən ünvanda ticarət obyektinin fəaliyyət göstərməsinə dair Rayon İcra Hakimiyyəti tərəfindən Şəxs heç bir sənədin verilmədiyi və qanunsuz fəaliyyət göstərən ticarət obyektinin Rayon İcra Hakimiyyəti yanında “Qanunsuz tikililərə qarşı mübarizə və torpaq mübahisələrinin həlli üzrə komissiya”-nın üzvləri tərəfindən söküldüyü və tikinti materiallarının vətəndaş Şəxs tərəfindən ərazidən yığışdırıldığı bildirilmişdir. 18 fevral 2014-cü il tarixdə icra sənədinin icrası ilə bağlı icra tədbirləri təyin edilərək sənəddə göstərilən ünvana baxış keçirilmiş, Şəxs aid olan ticarət obyektinin söküldüyü müəyyən edilmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 mart 2014-cü il tarixli qərardadı ilə icra sənədinin icraatına xitam verilmişdir. Tələbkar Zərərçəkmiş şəxs Şahhüseyn oğlunun şikayəti nəticəsində icraata xitam verilmə barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 mart 2014-cü il tarixli qərardadı ləğv edilmiş, icra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün 19 dekabr 2014-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsinə göndərilmişdir (icra məmuru Elxan Məmmədovun icraatına verilmişdir). İcra tədbirləri nəticəsində əldə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçəsi, 4B ünvanda mövcud olan 50 kvadrat metr torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 39,6 kvadrat metr olan bir mərtəbədən ibarət qeyri yaşayış binası 05 aprel 2014-cü il tarixdə X3 adına qeydiyyata alındığı müəyyən edilmişdir. Qeyd olunan faktları nəzərə alaraq mütəxəssisin dəvət edilməsinə zərurət yarandığından müvafiq qərarla AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilmiş, 27 avqust 2015-ci il tarixdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinin Bakı şəhəri Suraxanı rayon Şöbəsinin mühəndisi X1 tərəfindən qeyd olunan ünvanda müvafiq mühəndis-araşdırma işləri aparılmış, nəticə olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinin təqdim etdiyi 05 sentyabr 2015-ci il tarixli məktubuna əsasən yoxlama ölçü işləri zamanı ölçü götürülən mübahisəli obyektin Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışında qeyd olunan X3 adına qeydiyyata alınmış qeyri-yaşayış binası ilə bir birinə uyğun gəldiyi, lakin ünvanın icra vərəqəsində göstərilən ünvan olmadığı müəyyən edilmişdir. X8 07 oktyabr 2015-ci il tarixdə izahat verərək ümumi sahəsi 39.6 kvadrat metr olan bir mərtəbədən və 02 otaqdan ibarət tikilini 2001-ci il tarixdə Qubadlı rayon Qaralar kənd orta məktəbinin yanında məktəb işçilərinə, şagirdlərə bufet qismində və ümumi qaydada xidmət göstərilməsi üçün inşa etdiyini, ünvan 6 ünvanda yerləşən bu tikiliyə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən öz adına çıxarışın olduğunu bildirmişdir. İcra sənədi üzrə borclu Şəxs ilə qohumluq və ya digər münasibətinin olmadığını, ona məxsus qeyri yaşayış binası yaxınlığında Şəxs tikinti materialları obyekti olduğunu, lakin sonralar həmin obyektin söküldüyünü qeyd etmişdir. Qeyd olunanları nəzərə alaraq icra sənədində sökülməli olan obyektin harada yerləşməsini müəyyən etmək məqsədi ilə mütəxəssisin dəvət edilməsi haqqında qəbul edilmiş qərar 20 fevral 2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə göndərilmiş, qərarın icrası ilə əlaqədar mütəxəssis tərəfindən əraziyə baxış keçirilən zaman tələbkar Zərərçəkmiş şəxs mübahisəli tikilinin məhz Qubadlı rayon Qaralar kənd orta məktəbinin hasarına bitişik tikilinin olduğunu bildirilmiş, bu səbəbdən həmin tikili üzərində müvafiq mühəndis-ölçü işləri aparılmış, nəticədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinin 26 aprel 2017-ci il tarixli cavab məktubuna əsasən, sözü gedən qeyri yaşayış binasının **********20-06301 reyestr nömrəsi ilə X3 adına dövlət reyestrində qeydiyyata alınmaqla texniki pasportun verildiyi müəyyən edilmişdir. Bundan sonra 18 avqust 2017-ci il tarixdə icra sənədinin icrası ilə əlaqədar tələbkar Zərərçəkmiş şəxs Şahhüseyn oğlunun, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə ərazi dairəsi üzrə nümayəndəsinin, Yeni Suraxanı bələdiyyəsinin məsul şəxsinin, müstəqil ekspert "xxxx" MMC-nin memarı X9 iştirakı ilə sözügedən ünvana baxış keçirilən zaman icra sənədinə əsasən sökülməli olan ticarət obyektinin Qubadlı rayon Qaralar kənd orta məktəbinin hasarına bitişik onun öz obyektindən 15-20 metr məsafədə yerləşən tikilinin olduğunu bildirilmiş, nəticədə sözügedən qeyri yaşayış binasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən X3 adında qeydiyyatda olduğu müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq, icra sənədinə izah verilməsi barədə Bakı Apelyasiya Məhkəməsinə 05 oktyabr 2017-ci il tarixdə ərizə ilə müraciət edilmiş, lakin məhkəmənin qərarı ilə ərizə təmin edilməmişdir. 06 noyabr 2017-ci il tarixdə borclu Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin həmin tarixli qərarı inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bundan sonra 15 yanvar 2018-ci il tarixdə borclu barəsində verilmiş protokola Suraxanı Rayon Məhkəməsində baxılmış, borclu Şəxs 500 manat inzibati cərimə edilmişdir. Həmin qərardan borclu Şəxs apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin 27 fevral 2018-ci il tarixli qərarı ilə sözügedən qərar ləğv edilmiş, iş yenidən baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. 20 iyul 2018-ci il tarixdə Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə yenidən baxılmış, iş üzrə icraata xitam verilmişdir. Bundan sonra Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli qərarı ilə borclu Babayev X10 Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. Məlumat üçün bildiririk ki, tələbkar Zərərçəkmiş şəxs Şahhüseyn oğlunun Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsinə qarşı qaldırdığı maddi və mənəvi zərərin ödənilməsinə dair iddiası ilə əlaqədar işə Bakı Apelyasiya Məhkəməsində baxılmış 08 oktyabr 2019-cu il tarixdə yekun qərar qəbul edilərək iddia mümkün sayılmamışdır. İcra sənədinin icrası ilə bağlı icra tədbirləri 05 noyabr 2019-cu il tarixə təyin olunmuş, tələbkar Zərərçəkmiş şəxs Şahhüseyn oğlunun, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə ərazi dairəsi üzrə nümayəndəsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvana baxış keçirilən zaman Zərərçəkmiş şəxs icra sənədinə əsasən sökülməli olan ticarət obyektinin Qubadlı rayon Qaralar kənd orta məktəbinin hasarına bitişik öz obyektindən 15-20 metr məsafədə yerləşən tikilinin olduğunu bildirilmiş, həmin tikilinin üzərində mütəxəssis tərəfindən müvafiq ölçü işləri aparılmış, nəticədə sözügedən qeyri yaşayış binasının X4 məxsus olduğu və ona AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən RX seriyalı ******* nömrəli çıxarışın verildiyi müəyyən edilmişdir. Qeyd olunan faktları nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsinin 05 mart 2013-cü il tarixli, 2(103)-39/2013 saylı icra vərəqəsi icrası mümkün olmadığından “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4cü maddəsinə əsasən müvafiq qərar qəbul edilməklə 29 noyabr 2019-cu il tarixdə məhkəməyə qaytarılmışdır. 18 aprel 2022-ci il tarixdə icra sənədi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərardadı ilə icra məmurunun qərarı ləğv olunduğu üçün yenidən icraya yönəlmişdir. 18 aprel 2022-ci il tarixdə icraatına başlanılaraq bu barədə tərəflərə məlumat, borclu tərəfə isə həmçinin könüllü icra barədə bildiriş göndərilmişdir. 27 may 2022-ci il tarixdə borclu Şəxs şöbəyə dəvət olunaraq icra sənədinin icrası ilə bağlı izahatı alınmışdır». Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, Bakı Apelyasiya Məhkəməsi tərəfindən 01 avqust 2013cü ildə verilmiş 05 mart 2013-cü il tarixli 2(103)-39/2013 nömrəli icra vərəqəsində göstərilən, ünvan 2 ünvanında yerləşən ticarət obyekti artıq sökülüb. Tələbkarın iddia etdiyi və yaxın ərazidə yerləşən digər tikilinin isə ona (borcluya) ümumiyyətlə heç bir aidiyyəti olmayıb və hazırda da yoxdur. Tələbkarın iddia etdiyi həmin obyekt onunla (borclu ilə) heç bir əlaqəsi olmayan digər şəxsə, yəni X8 adlı şəxsə məxsusdur və sonuncunun adına həmin əmlak üzərində xüsusi mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış var. Beləliklə, onun (borclunun) özünə aid olmuş və Bakı Apelyasiya Məhkəməsi tərəfindən verilmiş icra sənədində göstərilən ticarət obyekti uzun müddətdir ki, sökülüb, ona (borcluya) aid olan bütün əşyalar ərazidən çıxarılıb. Müvafiq ərazidə hazırda ona (borcluya) aid olan heç nə yoxdur. Tələbkarın sökülməsini tələb etdiyi digər obyektə isə onun aidiyyəti yoxdur. Təbiidir ki, o, özgəsinə mülkiyyət hüququ ilə məxsus olan obyekti sökə bilməz. Göstərilənlərə əsasən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu əsassız və qanunsuz hesab edir və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs Şahhüseyn oğlu işin məhkəmə baxışı zamanı bildirmişdir ki, həqiqətən də borclu Şəxs aid olan ticarət obyekti artıq xeyli müddətdir ki, sökülmüş və ona aid bütün əşyalar ərazidən çıxarılmışlar. Onun sökülməsini tələb etdiyi digər obyekt X8 adlı şəxsin adınadır. Buna baxmayaraq Şəxs təqsirkar hesab edir. Belə ki, sonuncu iddia üzrə məhkəmə icraatı dövründə ərazidə yerləşən obyektlərin özünə aid olduğunu bildirərək, hazırda sökülməsi tələb olunan obyektin sahibinin müəyyən olunmasına maneçilik törətmişdir. Göstərilənlərə əsasən Şəxs qanunla müəyyən edilmiş tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Suraxanı Rayon İcra Hakimiyyətinin 13 fevral 2014-cü il tarixli 1/1797 nömrəli məktubunda qeyd olunur ki, Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsi, Aeroport yolu, Mərkəzi küçədə (Qubadlı rayon Qaralar kənd orta məktəbinin yanı) ticarət obyektinin fəaliyyət göstərməsinə dair rayon icra hakimiyyəti tərəfindən Şəxs heç bir sənəd verilməmişdir. Qanunsuz fəaliyyət göstərən ticarət obyekti rayon icra hakimiyyəti yanında “Qanunsuz tikililərə qarşı mübarizə və torpaq mübahisələrinin həlli üzrə komissiya”nın üzvləri tərəfindən sökülmüş və tikinti materialları Şəxs tərəfindən ərazidən yığışdırılmışdır. İş materiallarına əlavə edilmiş 18 avqust 2017-ci il tarixli aktdan həmçinin görünür ki, icra sənədinin icrası ilə əlaqədar tələbkar Zərərçəkmiş şəxs Şahhüseyn oğlunun, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə ərazi dairəsi üzrə nümayəndəsinin, Yeni Suraxanı bələdiyyəsinin məsul şəxsinin, müstəqil ekspert "xxxx" MMC-nin memarı X9 iştirakı ilə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-39/2013 nömrəli icra vərəqəsində qeyd olunan ünvana baxış keçirilən zaman tələbkar Zərərçəkmiş şəxs Şahhüseyn oğlu icra sənədinə əsasən sökülməli olan ticarət obyektinin Qubadlı rayon Qaralar kənd orta məktəbinin hasarına bitişik öz obyektindən 15 – 20 metr məsafədə yerləşən tikili olduğunu bildirilmiş, həmin tikilinin üzərində mütəxəssis tərəfindən müvafiq ölçü işləri aparılmış, nəticədə sözügedən qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X4 məxsus olduğu müəyyən edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçəsi, 4B ünvanında mövcud olan, 0,04805 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 39,6 kv.m təşkil edən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ ilə X3 adına qeydiyyata alınmış, bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində 27 noyabr 2017-ci ildə qeydiyyat aparılmışdır. Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru Elxan Məmmədovun 29 noyabr 2019-cu il tarixli «İcrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması haqqında» qərarı ilə Bakı Apelyasiya Məhkəməsi tərəfindən 01 avqust 2013-cü ildə verilmiş 05 mart 2013-cü il tarixli 2(103)-39/2013 nömrəli icra vərəqəsi məhkəməyə qaytarılmışdır. Həmin qərarla bağlı Zərərçəkmiş şəxs Şahhüseyn oğlu tərəfindən verilmiş şikayətə Suraxanı Rayon Məhkəməsində baxılmış və məhkəmənin 8(010)-384/2020 nömrəli iş üzrə 11 dekabr 2020-ci il tarixli qərardadı ilə icra məmurunun yuxarıda göstərilən qərarı ləğv edilmişdir. Suraxanı Rayon Məhkəməsi həmin qərardadı qəbul edərkən qeyd etmişdir ki, Bakı Apelyasiya Məhkəməsi tərəfindən 01 avqust 2013-cü ildə verilmiş 05 mart 2013-cü il tarixli 2(103)-39/2013 nömrəli icra vərəqəsində borclu Şəxs hesabına sökülməsi tələb olunan ticarət obyektinin ünvanı kimi «ünvan 10 X3 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış daşınmaz əmlakın ünvanı isə ünvan 11ə həmçinin qeyd etmişdir ki, yuxarıda göstərilən hal «icra qurumu tərəfindən nəzərə alınmamış, ünvanların eyni ünvan və ya başqa ünvanlar olması məsələsi araşdırılmamış, iş üzrə mütəxəssis rəyinə istinad olunaraq «İcrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması haqqında»» qərar qəbul edilmişdir. İcra məmurunu, tələbkarı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və onun müdafiəçisini dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına aşağıda göstərilənlərə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin inzibati məsuliyyətin əsaslarını müəyyən edən 3cü maddəsinə əsasən «Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxs yalnız inzibati xətanın törədilməsində təqsirli olduqda inzibati məsuliyyətə cəlb oluna bilər. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası məsələlərini tənzimləyən 8-ci maddəsinə əsasən: «8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Məhkəmə inzibati xətalar qanunvericiliyinin yuxarıda göstərilən müddəalarını rəhbər tutaraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibinin olması və onun həmin maddə ilə təqsirli olması halı icra məmuru tərəfindən sübuta yetirilməlidir. İcra məmurunun, tələbkarın və borclunun bildirdikləri və iş materiallarına əlavə edilmiş sənədlərlə, o cümlədən Suraxanı Rayon İcra Hakimiyyətinin 13 fevral 2014-cü il tarixli 1/1797 nömrəli məktubu ilə müəyyən olunur ki, Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsi, Aeroport yolu, Mərkəzi küçədə (Qubadlı rayon Qaralar kənd orta məktəbinin yanı) ticarət obyektinin fəaliyyət göstərməsinə dair rayon icra hakimiyyəti tərəfindən Şəxs heç bir sənəd verilməmiş, qanunsuz fəaliyyət göstərən ticarət obyekti rayon icra hakimiyyəti yanında “Qanunsuz tikililərə qarşı mübarizə və torpaq mübahisələrinin həlli üzrə komissiya”nın üzvləri tərəfindən sökülmüş, tikinti materialları Şəxs tərəfindən ərazidən yığışdırılmışdır. Borclu Şəxs bildirir ki, tələbkar tərəfindən iddia olunan ərazidə ona (borcluya) məxsus heç bir digər əmlak yoxdur. Borclunun bildirdiyi bu halı istər icra məmuru, istərsə də tələbkarın özü inkar etmirlər. Sökülməsi Zərərçəkmiş şəxs Şahhüseyn oğlu tərəfindən tələb olunan digər obyektlə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarından, həmçinin Suraxanı Rayon Məhkəməsinin 8(010)-384/2020 nömrəli iş üzrə 11 dekabr 2020-ci il tarixli qərardadından görünür ki, Bakı Apelyasiya Məhkəməsi tərəfindən 01 avqust 2013-cü ildə verilmiş 05 mart 2013-cü il tarixli 2(103)- 39/2013 nömrəli icra vərəqəsində borclu Şəxs hesabına sökülməli olan ticarət obyektinin ünvanı kimi «ünvan 12i halda, X3 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış daşınmaz əmlakın ünvanı ünvan 13 Rayon Məhkəməsinin 8(010)-384/2020 nömrəli iş üzrə 11 dekabr 2020-ci il tarixli qərardadının məzmununu, həmin qərardadın hazırda qüvvədə olduğunu nəzərə alaraq hesab edirəm ki, icra məmuru yuxarıda göstərilən ünvanların eyni və ya fərqli yerlərdə yerləşdiyini müəyyən etmək üçün zəruri olan tədbirləri həyata keçirməli idi. İcra işindən isə görünür ki, icra məmuru 2020-ci ilin dekabr ayından sonrakı dövr ərzində Suraxanı Rayon Məhkəməsinin yuxarıda göstərilən qərardadından irəli gələn məsələlər üzrə ümumiyyətlə araşdırma aparmamış müvafiq ünvanların eyni və ya fərqli yerlərə aid olduğunu mötəbər sübutlarla müəyyən etməmişdir. Bunlarla yanaşı, icra işindən və proses iştirakçılarının bildirdiklərindən görünür ki, tələbkar Zərərçəkmiş şəxs Şahhüseyn oğlu tərəfindən sökülməsi tələb olunan digər obyekt xüsusi mülkiyyət hüququ ilə X8 adlı şəxsə məxsus olan və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçəsi, 4B ünvanında yerləşən daşınmaz əmlakdır. Borclu bildirir ki, ərazidə yerləşmiş və vaxtilə ona məxsus olmuş ticarət obyekti artıq sökülərək ona aid bütün əmlak oradan çıxarılmış və tələbkarın bildirdiyi ərazidə hazırda ona (borcluya) aid olan heç bir əmlak yoxdur. Tələbkarın sökülməsini tələb etdiyi digər əmlak isə başqa şəxsin (X3) mülkiyyətində olmaqla ona (borcluya) heç bir aidiyyəti yoxdur və olmayıb. Özgəsinə məxsus olan daşınmaz əmlakı sökmək isə onun (borclunun) ixtiyarı xaricindədir. Qeyd edilməlidir ki, borclu Şəxs vaxtilə aid olmuş əmlakın (ticarət obyektinin) artıq sökülərək müvafiq əşyaların borclu tərəfindən ərazidən çıxarılması faktı istər tələbkarın özü, istərsə də icra məmuru tərəfindən mübahisələndirilmir. Ərazidə yerləşən və tələbkar tərəfindən sökülməsi tələb olunan digər obyektin isə icra sənədində göstərilən «ticarət obyekti» ilə eyni olması halı heç bir mötəbər sübutla təsdiqlənmir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli olması, yəni onun icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməməsi halları inzibati xəta haqqında materialla təsdiqlənmir. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyasını nəzərə alaraq hesab edir ki, mövcud vəziyyətdə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli olması halı sübuta yetirilmiş sayıla bilməz. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar