Məhkəmə qərarları › İş №3(010)-2419/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2419/2023

21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2419/2023 21.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Şəxs MMC-nin (VÖEN: **********, hüquqi ünvanı: ünvan 2XM-nin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən təqdim edilmiş 07 iyun 2023-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, xx.xx.2023-cü il tarixdə hüquqi şəxs ’’MQST-BAKU” MMC-nin ünvanına göndərilən mallar xx.xx.2023-cü il tarixli **********8886 saylı gömrük bəyannaməsi üzrə Baş İdarədə rəsmiləşdirilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin VAİS (X1 Sistemi) sistemində sərhədkeçmə məlumatlarının əks etdirildiyi “Malın Çatdırılması və Boşaldılması”na dair məlumatlardan və həmin bəyannamənin 40-cı qrafasına əsasən müəyyən olunmuşur ki, sözügedən bəyannamə üzrə gətirilən mallara dair mallar Azərbaycan Respublikasının gömrük sərhədinə çatmazdan əvvəl gömrük orqanına elektron formada verilməli olan qısa idxal bəyannaməsi təqdim edilməmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Şəxs MMC və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi nümayəndələrini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə Şəxs MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin əməliyyat və təhqiqat şöbəsinin təhqiqat bölməsinin böyük təhqiqatçısı, gömrük xidmət kapitanı X3 tərəfindən tərtib edilmiş 07 iyun 2023-cü il tarixli “barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında” protokola əsasən Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 ona İXM-in 61-ci maddəsində gösərilən hüququ və vəzifələri izah olunaraq sorğu-sual edilmişdir. MQST-BAKU» MMC-nin nümayəndəsi X2 ona ünvanlanmış-“xx.xx.2023-cü il tarixli **********8886 saylı gömrük bəyannaməsi üzrə gətirilən mallara dair, həmin mallar Azərbaycan Respublikasının sərhədini keçmədən öncə elektron formada təqdim edilməli olan qısa idxal bəyannaməsi nəyə görə təqdim edilməmişdir?”-sualına cavab olaraq bildirmişdir ki, qeyd edilən bəyannamə üzrə gətirilən mallara dair elektron formada xx.xx.2023-cü il tarixdə saat 10:29-da **********6224 sorğu nömrəli qısa idxal bəyannaməsi təqdim edilmiş, lakin idxal edilmiş malların yükləndiyi nəqliyyat vasitəsinin özü də dəniz yolu ilə “Bəxtiyar” gəmisində daşınaraq ölkə ərazisinə gətirilmişdir. Gəmi nəqliyyat vasitəsi isə faktiki olaraq gömrük sərhədini xx.xx.2023-cü il tarixdə, təxminən saat 10:25 radələrində keçmişdir. Bu səbəbdən qısa idxal bəyannaməsi gömrük orqanı tərəfindən arxivləşdirilməmişdir. Beləliklə, iş materialları ilə Şəxs MMC-nin yuxarıda təsvir olunmuş inzibati xətanı törətməsi halı təsdiq olunur. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Həmin Məcəllənin 114.1 və 114.3-cü maddələrinə müvafiq olaraq qısa idxal bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sənəd formasında təqdim edilir. Qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi üçün gömrük orqanına təqdim edən şəxs tərəfindən verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən «Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114 – 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinərək 1.500 (min beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar