Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2438/2023 13.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş vəzifəli şəxs X1 müdafiəçisi Vəkil və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X17 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 iştirakı ilə, X1, 03 avqust 1985-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, MYİ 0615338, ünvan 1 ünvanında yaşayan, Azərbaycan Respublikası İXM-nin 275.1.1 və 541-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X17 və Təbii Sərvətlər İdarəsinin rəisi X20 tərəfindən qəbul edilmiş 30 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 15 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X17 və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi X15 tərəfindən X1 Azərbaycan Respublikası İXM-nin 275.1.1 və 541-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X17 və Təbii Sərvətlər İdarəsinin rəisi X16 inzibati tənbeh vermə haqqında 30 may 2023-cü il tarixli, MN seriyalı, ******* saylı qərarı ilə X3 vəzifəli şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1 və 541-ci maddələri ilə nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası İXMnin 541-ci maddəsi ilə 3.000 manat məbləğində inzibati cərimə edilmişdir. 12 iyun 2023-cü il tarixdə X1 müdafiəçisi Vəkil Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X17 və Təbii Sərvətlər İdarəsinin rəisi X20 tərəfindən X3 barəində qəbul edilmiş 30 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilərək X19 iş üzrə icraata xitam verilməsi barədə şikayəti məhkəməyə daxil olmuşdur. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş vəzifəli şəxs X1 müdafiəçisi Vəkil şikayətində göstərmişdir ki, “X10 Limited’' Şirkəti Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” 2006-ci il 14 sentyabr tarixli, 1670 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X5 Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında bağlanmış “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxili olduğu blokun bərpası, işlənməsi, işlənməsi və hasilatın pay bölgüsü haqqında” 3 noyabr 2006-cı il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində bağlanmış Sazişin 8-ci maddəsinə uyğun təsis edilmiş Podratçı adından gündəlik neft-qaz əməliyyatlarını həyata keçirən əməliyyat şirkətidir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı RETSİ-nin rəisi Qafar Ağayev tərəfindən 30 may 2023-cü il tarixdə X1 barəsində qəbul edilmiş MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarın qanunsuz olmasını 3 prizmadan yanaşaraq bildirir ki, 04 may 2023-cü il tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X18 Monitorinq İdarəsi tərəfdaşları olan SOCAR-la öz aralarında razılaşdırılmış cədvələ əsasən “X10 Limited” Şirkətinin Azərbaycan Respublikasında olan Filialının Suraxanı rayonunda yerləşən qeyd edilən mədən ərazilərində Ekoloji Təhlükəsizlik Xidmətinin baş məsləhətçisi B.Seyidov, 11 saylı RETSİ-nin məsləhətçi müfəttişi S.Əhmədov, SOCAR-ın baş ofisinin ekologiya şöbəsinin böyük mühəndisi R.Tahirov, SOCAR Upstream baş mütəxəssisi İ. İbrahimova, Əməliyyat şirkətinin ekologiya üzrə meneceri Anar Bədəlovun iştirakı ilə monitorinq keçirilmişdir və nəticədə müvafiq qeydlər aparılaraq 000584 nömrəli AKT tərtib olunmuşdur və bu AKT-da qeyd edilən xüsusatdan biri odur ki, Zığ gölünün Sahil zolağında yerləşən 261 saylı quyu X13 Agentliyi tərəfindən verilmiş koordinantda deyil, gölün mühafizə zonasında başqa koordinantda qazılmışdır. Bu aktla əlaqədar Əməliyyat Şirkəti tərəfindən etiraz olaraq Arayış tərtib olunaraq həmin akta əlavə olunmuşdur. Şirkət olaraq Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanaraq X18 Monitorinq İdarəsini nə də SOCAR Upstream-in X19 Protokol tərtib etmək səlahiyyətinə malik olmadığını, monitorinqin sadəcə görüş xarakterli olduğunu, qeyri rəsmi olduğunu hesab etmişdir. Çünki, bu monitorinq rəsmi xarakter daşımalı olsa idi onda qarşı tərəf “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparmalı idi. Vahid məlumat reyestrində (Ədliyyə Nazirliyinin) qeydə alındıqdan sonra aparılmalı idi. Bundan əlavə İqtisadiyyat Nazirliyinin nümayəndəsi iştirak etməli idi. Qanunun tələblərinə əsasən Vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X17 və Təbii Sərvətlər İdarəsi tərəfindən qanunsuz olaraq keçirilən bu monitorinqlə əlaqədar inzibati araşdırma başlanılmış, xx.xx.2023-cü il tarixdə G-BM/26/23-372 nömrəli məktubla “X10 Limited” Şirkətinin Filialınma Mukhametzyanov Ruslanın adına məktub ünvanlanmış sonuncu və ya onun nümayəndələri xx.xx.2023-cü il tarixdə saat 10:00-da qeyd edilən İdarəyə inzibati araşdırmaya dəvət olunmuşdur. Şirkət adından həmin əsassız hesab etdiyi inzibati araşdırmada Şirkətin hüquq şöbəsinin rəis müavini Kənan Bayramov və Ekologiya üzrə meneceri A.Bədəlov iştirak etmişdirlər və onlar da həmçinin bu monitorinqin qanunsuz keçirildiyini nəzərlərinə çatdırmışdırlar. Bildirmək istəyir ki, qeyd olunan əməkdaşlar həmin İdarədə olarkən hər hansı X19 Protokol tərtib olunmamışdır. İnzbati Xətalar Məcəlləsinin 48-ci maddəsində qeyd edilir ki, İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, X19 hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan ibarətdir. Belə ki, 30 may 2023-cü il tarixdə X3 yaşadığı ünvana Azərpoçt vasitəsi ilə zərf daxil olmuşdur və zərfin içində 22 may 2023-cü il tarixli G-BM/2623-406 nömrəli məktub və ******* nömrəli X19 Protokol olmuşdur. Daxil olmuş məktubda qeyd edilmişdir ki, Mukhametzyanov Ruslan barəsində MN ******* nömrəli X19 Protokol əsasında 11 X17 və Təbii Sərvətlər İdarəsində aparılacaq inzibati araşdırma ilə bağlı xx.xx.2023-cü il tarixdə saat 10:00-da həmin İdarəyə gəlməsi və ya səlahiyyətli nümayəndəsini göndərməyini xahiş etməsi göstərilmişdir.Eyni zamanda qeyd edilmişdir ki, göstərilən müddət ərzində gəlməyəcəyi təqdirdə Mukhametzyanov Ruslanın iştirakı olmadan barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq cərimə qərarı qəbul olunacaqdır. Bildirmək istəyir ki, 22 may 2023-cü il tarixli G-BM/2623- 406 nömrəli məktuba diqqət yetirsək məlum olur ki, 11 X17 və Təbii Sərvətlər İdarəsi İnzbati Xətalar Məcəlləsinin tələblərini kobud surətdə pozmuşdur. Cünki, İnzibati Xətalar Məcəlləsinin 102.5-də qeyd edilir ki, İnzibati araşdırma X19 iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır, 102.6-da isə qeyd edilir ki, İnzibati araşdırma başa çatdıqda, X19 protokol tərtib edilir və ya X19 işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir. Belə ki, Mukhametzyanov Ruslan barəsində artıq 15 may 2023cü il tarixdə X19 Protokol tərtib olunmuşdur və bu halda bundan sonra daha hansı inzibati araşdırma aparılmalı idi? Və bu məktubda qeyd olunmayıb ki, Mukhametzyanov Ruslan X19 işə baxılması ilə əlaqədar dəvət olunur. Bundan başqa başqa digər qərəzli münasibəti nəzərə çatdırmaq istəyir. İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsində qeyd edilir ki, X19 işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə X19 protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İXM-nin 61.3-də qeyd edilir ki, X19 işə barəsində X19 iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Belə ki, Ruslan Mukhametzyanov barəsində 15 may 2023-cü il tarixdə protokol tərtib olunub və hansı səbəbdən məhz işə baxılmanın bitmə günündə yəni 30 may 2023-cü il tarixdə İdarəyə dəvət olunmuşdur? və dəvət məktubu ("xxxx" MMC tərəfindən vurulan möhürdən (təqvim ştempeli) aydın şəkildə görünür ki, 30 may 2023-cü il tarixdə) daxil olmuşdur. Bununla da Ruslan Mukhametzyanovun müdafiə hüququ kobud formada pozulmuşdur və onun iştirakı olmadan qərar qəbul olunmuşdur.Belə ki, həmin İdarədən 05 iyun 2023-cü il tarixdə daha bir zərf daxil olmuşdur və zərfdə olan xx.xx.2023-cü il tarixli G-BM/2623-442 nömrəli məktubda qeyd olunmuşdur ki, Ruslan Mukhametzyanov barəsində 30 may 2023cü il tarixdə ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərar qəbul olunmuşdur və ona İXM-nin 541-ci maddəsinə (ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə) əsasən 3000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Halbuki qərarda müəyyən etdi hissəsində İXM-nin 275.1.1-ci maddəsinin dispozisiyası qeyd edilmişdir. xx.xx.2023-cü il tarixdə məsləhətçi-müfəttiş X15 tərəfindən X3 barəsində MN ******* nömrəli X19 Protokol tərtib olunmuşdur və Protokolda “X10 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının X13 Agentliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ER-22/283 nömrəli ekoloji ekspertiza rəyinin tələblərinin yerinə yetirmədiyi, X13sının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən halların həyata keçirildiyi (261 saylı quyu) müəyyən edildiyindən İXM-nin 541 və 275.1.1-ci maddələrində göstərilən inzibati xətanmın törətməsi qeyd olunmuşdur. Bundan başqa həqiqətə uyğun olmayan məzmunda qeyd edilmişdir ki, Ruslan Mukhametzyanov “izahat verməkdən imtina olundu”. Qeyd olunan inizbati xətaların müddəti belə göstərilməmişdir, belə ki, məlum deyildir bunlar eyni vaxtda törədilib yoxsa müxtəlif vaxtlarda. Bildirmək istəyir ki, Ruslan Mukhametzyanov xx.xx.2022-ci il tarixdə Şirkətin rəhbəri təyin olunmuşdur və X13 Agentliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ER-22/283 nömrəli ekoloji ekspertiza rəyinin tələblərinin yerinə yetirməməsi halı ilə əlaqədar xüsusat Ruslan Mukhametzyanovun vəzifəyə təyin olunmamışdan qabaq müddətə aiddir. Bu məsələ ilə əlaqədar əvəllki rəhbərin vaxtında dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq əməkdaşları ilə müzakirə aparılmışdır. Belə hesab edir ki, Ruslan Mukhametzyanov hər hansı inzbati xəta törətməmişdir və xx.xx.2023-cü il tarixdə tərtib olunmuş aktda da İXM-nin 541-ci (ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə) və ya 275.1.1-ci maddəsində ( X13sının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə X13sının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə) qeyd edilən maddələrdə göstərilən inzibati xətanın tərkib əlamətləri yoxdur. Ən vacib bir məqamı da nəzərə çatdırmaq istəyir ki, qeyd edilən koordinantla əlaqədar 23 may 2022-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X6 Xidmətinə məktub ünvanlanmışdır. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbərinin dəvəti ilə 3 iyun 2022-ci il tarixdə “Konrtakt sahəsində yerləşən Zığ gölü və onun müdafiəsi zonası” məsələsi ilə əlaqədar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə iclas keçirilmişdir və həmin iclasda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X13 Agentliyinə “X22 Qiymətləndirilməsi” layihəsində dəyişiklərin olunması, quyuların Zığ gölünün şimal-şərq hissəində deyil, cənub hissəsində qazılmasına, yəni koordinantların dəyişilməsinə dair normativ sənədlərin təqdim olunması tapşırılmışdır. Bu iclasdan sonra “X10 Limited” şirkətinin Filialı tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X13 Agentliyinə 14 iyun 2022-ci il tarixli 0217/1 nömrəli məktub ünvanlamış və məktubda qarşı tərəfdən layihəyə müvafiq dəyişiklərin daxil edilməsi üçün dəyişiklərin zəruriliyini əks etdirən normativ sənədləri konkret istinadlarla göndərilməsini xahiş etmiş, lakin, həmin tarixdən bugunkü tarixədək bu məktuba heç bir cavab verilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Qanunun 3.2-ci maddəsində qeyd edilir ki, “... yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz”. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 25 oktyabr 2015-ci il tarixli 660 nömrəli Fərmanında qeyd edilir ki, müstəsna yoxlamaların aparılmasına dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin razılıq alınmalıdır. Buna görə də Vəkil, 30 may 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək X19 iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş vəzifəli şəxs X1 müdafiəçisi Vəkil göstərdi ki, qarşı tərəfin nümayəndəsi sıravi monitorinq olaraq gəlib və protokol tərtib ediblər. Şirkətin və X1 həmin protokol və qərardan məlumatı olmamşdır. Belə ki, 30 may 2023-cü il tarixdə X3 yaşadığı ünvana Azərpoçt vasitəsi ilə zərf daxil olmuşdur və zərfin içində 15 may 2023-cü il tarixli X19 protokol olmuşdur. Bundan sonra 05 iyun 2023-cü il tarixdə X3 barəsində qəbul edilmiş 30 may 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar sonuncunun yaşadığı ünvana poçt vasitəsi ilə daxil olmuşdur. Bununla da, inzibati əta haqqında 15 may 2023-cü il tarixli protokol və 30 may 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar X1 hüquqları pozulmaqla tərtib olunmuşdur. Bundan başqa, araşdırılma aparılması belə qanunsuz olub. “X10 Limited” şirkəti tərəfindən quyunu niyə görə həmin hissədə qazmağı barədə aidiyyatı şəxs və qurumlara məktub yazılmışdır. Aktda planlaşdırılmış yoxlama aparılması barədə heç nə yazılmamışdır. Belə olan halda. X1 barəsində tərtib edilmiş protokol və qərar tam olaraq əsassızdır. Odur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X17 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 30 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənebh vermə haqqında qərarla X1 hüquqları kobud şəkildə pozulmuşdur. Sonda Vəkil Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X17 və Təbii Sərvətlər İdarəsinin rəisi X20 tərəfindən qəbul edilmiş 30 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək X19 iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X17 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X15 məhkəmədə göstərdi ki, iş üzrə ekspert rəyi var və həmin rəydə tələblər qoyulmuşdur. Qazıntı yeri harda müəyyən edilibsə, orada da qazıntı işləri aparılmalı idi. Hal-hazırki planlaşdırılmış yoxlama olub və bu barədə həm qarşı tərəfə, həm də aidiyyatı qurumlara öncədən məlumat verilmişdir. 04 may 2023-cü il tarixdə “X10 Limited” Şirkətinin Azərbaycan Respublikasında olan Filialının Suraxanı rayonunda yerləşən qeyd edilən mədən ərazilərində monitorinq keçirilmişdir və nəticədə müvafiq qeydlər aparılaraq akt tərtib olunmuşdur. Həmin akt əsasında da X1 barəsində 15 may 2023-cü il tarixli, ******* nömrəli inzibati protokol tərtib edilmişdir. Sonradan isə həmin protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X17 və Təbii Sərvətlər İdarəsinin rəisi X16 X19 30 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 3.000 manat məbləğində inzibati cərimə olunmuşdur. X4 şikayət əsassız olduğuna görə rədd edilməsini məhkəmədən xahiş etdi. X19 işin materiallarını tədqiq edərək, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş vəifəli şəxsin müdafiəçisini və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X17 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, X1 əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X17 və Təbii Sərvətlər İdarəsinin rəisi X20 tərəfindən qəbul edilmiş 30 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək X19 iş üzrə icraata xitam verilməlidir. Belə ki, şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X17 və Təbii Sərvətlər İdarəsi tərəfindən X2 ünvanlanmış 22 may 2023-cü il tarixli məktubdan görünür ki, X3 barəsində xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli X19 protokol əsasında 11 X17 və Təbii Sərvətlər İdarəsində aparılacaq inzibai araşdırma ilə bağlı xx.xx.2023-cü il tarixdə saat 10:00-da 11 X17 və Təbii Sərvətlər İdarəsinə X1 gəlməyii və ya səlahiyyətli nümayəndəsini (şəxsiyyəti təsdiq edən sənəd və etibarnamə ilə birlikdə) göndərməyi xahiş edilmişdir. Göstərilən müddət ərzində X3 İdarəyə gəlməsə, barəsində sonuncunun iştirakı olmadan İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq cərimə qərarı qəbul olunacağı bildirilmişdir. Şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X13 Agentliyinin 30 iyul 2020-ci il tarixli ekoloji ekspertiza rəyindən görünür ki, “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin əhatə etdiyi sahə Bakı şəhəri Suraxanı rayonu inzibati ərazisində yerləşir, ümumi sahəsi 64,81 km2-dır. Təqdim edilən layihə üzrə 2020-2023-cü illər ərzində 10 quyunun qazılması planlaşdırılır. Qazılacaq quyuları yerləşmə yerinə görə 3 qrupa bölmək olar: Zığ yatağında qazılacaq 3 quyu (quyulararası məsafə təqribən 30-35 m) Zığ gölünün şimal şərqində, sahildən 190- 230 m məsafədə yerləşir. Hövsan yatağında qazılacaq 5 quyu (quyulararası məsafə təqribən 20-250 m) Bahar qəsəbəsinin cənubunda, dəniz sahilindən təqribən 1400 m şimalda yerləşir, şimaldan və şərqdən yaşayış məntəqələri (120-170 m məsafədə) ilə əhatələnib. Hövsan yatağında qazılacaq digər 2 quyu (quyulararası məsafə təqribən 50 m) Hövsan qəsəbəsinin cənubunda, dəniz sahilindən təqribən 130-180 m şimalda yerləşir. Layihə ərazisi güclü antropogen təsirə məruz qalmışdır. Zığ gölünün və Hovsan qəsəbəsinin ətrafındakı torpaq örtüyü ərazinin intensiv mənimsənilməsi səbəbindən deq adasiyaya uğramışdır, neft və neft məhsulları ilə müxtəlif dərəcədə çirklənmişdir. Ərazidə neft məhsulları, məişət suları və bərk tullantılarla çirklənmiş çoxsaylı xırda göllər mövcuddur. Təqdim edilmiş ƏMTQ sənədində layihə ərazisinin relyefi, iqlimi, hidroloji şəraiti, torpaq və bitki örtüyü, heyvanlar aləmi barədə ətraflı məlumat öz əksini tapmışdır. Layihə "Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 14 sentyabr tarixli 1670 saylı sərəncamına uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), ARDNŞ-in Ortaq Neft Şirkəti və “Apsheron İnvestments Limited” şirkəti arasında bağlanmış hasilatın pay bölgüsü haqqında Sazişə əsasən həyata keçirilir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən Saziş sahəsinin operatoru "X11 Limited” şirkətidir. Zığ yatağında qazılacaq 3 quyunun (260, 261,262 nömrəli) dərinliyinin 2800 m, Bahar qəsəbəsinin cənubunda qazılacaq 5 quyunun (1722, 1723, 1724, 1725, 1726 nömrəli) dərinliyinin 3800 m, Hövsan qəsəbəsinin cənubunda yerləşən digər 2 quyunun (1873 və 1874 nömrəli) dərinliyinin 4200 m olması planlaşdırılır. Şaquli qazma üsulundan istifadə ediləcəkdir. Ərazidə qazma meydançası və qazma heyəti üçün düşərgə təşkil ediləcək. Qazma meydançasında ZJ70LDB tipli qazma qurğusu, qazma boruları anbarı, çöl laboratoriyası, yaşayış bloku, reagentlər anbarı, şlam quyusu, dizel mühərrikləri yerləşdiriləcəkdir. Elektrik təchizatını təmin edilməsi üçün modul tipli elektrik generatorundan istifadə ediləcək. Yanacaq və sürtkü materialları anbarı yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə qazma və yaşayış blokundan tələb edilən məsafədə yerləşdiriləcəkdir. Qazma zamanı su əsaslı qazma məhlulu istifadə olunacaqdır. Qazma məhlulunun maksimal təkrar istifadəsinə imkan verən dövriyyə sistemi qurulacaqdır. Məhlulun dövriyyə sistemində deqazator, vibroələk, qum və lilayıranlardan istifadə edilməsi, bununla da qazma məhlulundakı kiçik hissəciklərin məhluldan ayrılması, şlamın maksimum susuzlaşdırılaraq, həcminin azaldılması nəzərdə tutulur. Məhlul itkisinin azaldılması məqsədilə kəsilişin yumşaq süxurlardan keçən hissəsində şirin su əsaslı məhlula zəhərli olmayan polimer əlavə ediləcək. Məhlulun sıxlığı gil tozu əlavə edilməklə tənzimlənəcək. Ağırlaşdırıcı olaraq barium-sulfatdan (barit) istifadə ediləcəkdir. Aparılmış hesablamalara görə hər bir quyuya təqribən 80 m3 içməli su, 3000 m3 texniki su istifadə ediləcəkdir. 1 quyudan çıxarılan qazma şlamının tərkibinin təqribən 59%-i çıxarılan qrunt, 26.2%-i barit, 10%-i KaCİ, 1.1 %-i PAC LV (polimer-polianionik sellüoza), 1,09 %-i Glydrill, 0.35%-i CaCCh, 0.26%-i kaustik soda, 0.24 %-i PAC R (polimer), 0.2%-i soda, 0.22%-i FXLC-M və digər komponentlər təşkil edəcəkdir. Qazılacaq 10 ədəd quyu üzrə cəmi təqribən 10755 t qazma şlamı formalaşacaqdır. Qazma prosesi yekunlaşdıqdan sonra quyuların məhsuldarlığının, lay təzyiqi və temperaturunun ölçülməsi üçün sınaqlar aparılacaq, sınaq zamanı yığılmış neft çənlər parkına aparılacaq. Quyuların istismarına başlanıldıqda, quyuların ağzında mövcud çirklənmənin təmizlənməsi, qazma ilə əlaqəli avadanlıqların ərazidən götürülməsi, qazma şlamı anbarı yerləşən ərazinin bərpa edilməsi, quyu ağzının çınqıl fundamentlə əhatələnməsi nəzərdə tutulmuşdur. Layihə üzrə ətraf mühitin mühafizəsinə aşağıdakı tələblər qoyulmuşdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X13 Agentliyi yuxarıda qeyd olunanları nəzərə alaraq, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin tələblərinə əsasən, “Zığ və Hövsan neft yataqlarının yerləşdiyi Saziş sahəsində istismar quyularının qazılması” layihəsi üzrə təqdim olunan ƏMTQ sənədini aşağıda qeyd olunan ekoloji tələblərə ciddi riayət olunması şərtilə razılaşdırır: - Layihənin icrası müdddətində və quyuların qazılma yerləri seçilərkən “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi hallarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli Qərarının tələblərinin gözlənilməsi; - Layihənin icrası müddətində X12 Planında nəzərdə tutulmuş bütün yumşaldılma tədbirlərinə ciddi riayət edilməsi; - Ətraf mühiti çirkləndirə biləcək proses və avadanlıqlar üzərində daimi nəzarətin təmin edilməsi, ətraf mühitə atılan çirkləndiricilərin yol verilən həddi keçməsinin qarşısının alınması; -Qazma prosesində formalaşacaq təqribən 10755 t həcmində qazma şlamının (tərkibində təqribən 6318.4 t çıxarılan qrunt, 2817.0 t barit, 1179.0 t KaCİ, 118.8 t PAC LV (polimer-polianionik sellüoza), 116.4 t Glydrill, 37.8 t CaC03, 29.0 t kaustik soda, 26.02 t PAC R (polimer), 21.0 t soda, 23.2 t FXLC-M, 18.7 t G-seal, 17.02 t CON DET və digər komponentlər olan) polietilen döşənmiş xəndəyə yığılması, qazma tamamlandıqdan sonra çıxarılaraq, bağlanmış müqavilə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi; - Qazma prosesində qazma məhlulunun maksimum təkrar istifadəyə cəlb edilməsi, qazma yekunlaşdıqdan sonra artıq qalan qazma məhlulunun (nəzəri olaraq hesablanmış həcmi - 350 m3) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilməsi; - Qazma şlamın müvəqqəti yığılması nəzərdə tutulmuş xəndəyin həcmi saxlanılmaqla, Yer səthində proyeksiyasının minimuma endirilməsi, üst münbit qatın ayrıca yığılıb saxlanılması, xəndəkdən çıxarılan qruntun saxlanılması, qazma prosesi yekunlaşdıqdan sonra landşaftın yerinə tamamilə bərpa edilməsi; - İstismar işləri yekunlaşdıqdan və ya qazma işlərinin nəticələri mənfi olduğu, istismar quyusu kimi istifadəyə verilmədiyi təqdirdə, quyunun texniki təhlükəsizlik qaydalarına ciddi riayət edilərək ləğv edilməsi, ərazidə təbii torpaq və bitki örtüyünün bərpası; - Qəza və fövqəladə hallara cavab tədbirlərinin hazırlanması, kimyəvi maddələrin, neft və yanacaq-sürtkü materiallarının işçi sahədə minimum həcmdə saxlanılmasının, neft sızmalarına qarşı tədbirlər planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin təmin edilməsi, neftlə çirklənmiş materiallar və sorbent məhsulların açıq halda saxlanılmasına və yandırılmasına yol verilməməsi; - Layihənin icrası müddətində ətraf mühitə atılan tullantıların kəmiyyət və keyfiyyət göstəriciləri üzrə hesabatların tərtib olunması, AR Nazirlər Kabinetinin 1992-ci il 03 mart tarixli, 122 saylı Qərarına və digər qanunvericilik aktlarının tələblərinə riayət edilməsi, ətraf mühitə atılan tullantılarla bağlı qanunvericilikdə müəyyən olunmuş ödəmələrin Ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna köçürülməsinin təmin olunması Şikayətə əlavə edilmiş 04 may 2023-cü il tarixli, 000584 nömrəli AKT-dan görünür ki, “X10 Limited” Şirkətinin Azərbaycan Respublikasında olan Filialının Suraxanı rayonunda yerləşən qeyd edilən mədən ərazilərində Ekoloji Təhlükəsizlik Xidmətinin baş məsləhətçisi B.Seyidov, 11 saylı RETSİ-nin məsləhətçi müfəttişi S.Əhmədov, SOCAR-ın baş ofisinin ekologiya şöbəsinin böyük mühəndisi R.Tahirov, SOCAR Upstream baş mütəxəssisi İ.İbrahimova, Əməliyyat şirkətinin ekologiya üzrə meneceri Anar Bədəlovun iştirakı ilə monitorinq keçirilmişdir. Şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X17 və Təbii Sərvətlər İdarəsinin rəisi X16 X19 30 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarından görünür ki, “X10 Limited” Şirkətinin Azərbaycan Respublikasında olan Filialının rəhbəri X1 barəsində tərtib edilmiş 15 may 2023-cü il tarixli, ******* nömrəli inzibati protokol əsasında “X10 Limited” Şirkətinin Azərbaycan Respublikasında olan Filialı DEEA tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ER-22/283 nömrəli ekoloji ekspertiza rəyinin tələblərinin yerinə yetirilmədiyi, X13sının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən fəaliyyətin həyata keçirildiyinə görə X3 Azərbaycan Respublikası İXM-nin 275.1.1 və 541-ci maddələri ilə nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası İXMnin 541-ci maddəsi ilə 3.000 manat məbləğində inzibati cərimə olunmuşdur. Şikayətə əlavə edilmiş Abşeron ƏŞ-nin İstehsalat məsələləri üzrə vitse-prezidenti V.P.Rıkovun 04 may 2023-cü il tarixində keçirilmiş ekoloji monitorinq zamanı aktda qeyd olunmuş nöqsanlara dair arayışından görünür ki, 1724 saylı quyunun qazılması zamanı qazma şlamı anbarının tikintisində torpağın üst münbit qatı mövcud olunmamışdır, belə ki, bu sahə əvvəlcədən bataqlıq sahəsi olmuşdur. ƏŞ tərəfindən anbarın rekultivasiya işlərindən sonra, həmişə olduğu kimi, bu sahəyədə münbit torpaq qatı tökərək, yaşıllıq sahəsi salınacaqdır. İndiyədək bu tip sahələrdə minlərlə ağac əkilmişdir və bu proses gələcəkdə də davam etdiriləcəkdir. ƏŞ hesab edir ki, ƏMTQ sənədində qeyd olunan koordinatlardan əhəmiyyətsiz məsafədə yerləşən sahədə 261 saylı quyunun qazılması zamanı ƏMTQ sənədində dəyişikliklərin aparılmasına ehtiyac yoxdur, belə ki, sahənin flora, faunası ƏMM baxımından eynidir və bu barədə AR ETSN X9 Agentliyinə dəfələrlə müvafiq məktublar göndərilmişdir. 261 saylı quyunun yerləşdiyi ərazinin hasaıianmasınm əsas səbəbi çoxsaylı torpaq zəbtləri aşkar edilməsidir. Bununla əlaqədar olaraq müvafiq dövlət orqanları, yerli icra hakimiyyəti orqanları və SOCAR tərəfindən yaradılan komissiya məsələ ilə bağlı araşdırmalar aparır. Həmin ərazilər yaşayış üçün yararlı olmadığı və təhlükəli olduğu üçün Əməliyyat şirkəti öz növbəsində ərazidə torpaqların zəbtinin qarşısının alınması və təhlükə potensial 11 obyektlərin qorunması məqsədilə orada hasarlama işləri aparmışdır. Torpaq zəbtlərinin və qanunsuz tikinti işlərinin qarşısının alınması üçün ərazilərin çəpərlənməsi SOCAR tərəfindən də ƏŞ-ə tövsiyə olunmuşdur. Şikayətə əlavə edilmiş 30 may 2023-cü il tarixli məktubdan görünür ki, X2 barəsində inzibatı xəta faktı əsasında aparılmış inzibati araşdırmanın nəticəsi kimi xx.xx.2023-ci il tarixli MN ******* saylı protokol tərtib olunmuş və xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərar ilə İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi əsasında inzibati qaydada 3000 (üç min) manat məbləğində cərimə tətbiq edilməsi bildirilmişdir. Şikayətə əlavə edilmiş “X10 Limited” Şirkətinin filial rəhbəri Ruslan Muxametzyanovun 14 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X13 X7 sədrinə ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbərinin dəvəti ilə 03 iyun 2022-ci il tarixdə “Kontrakt sahəsində yerləşən Zığ gölü və onun mühafizə zonası" məsələsi ilə əlaqədar keçirilmiş iclasda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X13 Agentliyinə “X22 Qiymətləndirilməsi" layihəsində dəyişikliklərin olunması, quyuların Zığ gölünün şimal-şərq hissəsində deyil, cənub hissəsində deyil, qazılmasına, yəni koordinatların dəyişilməsinə dair normativ sənədlərin təqdim olunması tapşırılmışdır. Qeyd etmək lazımdır ki, həmin ərazidə Saziş qüvvəyə mindiyi tarixdən "X10 Limited“ Əməliyyat Şirkəti tərəfindən qazma işləri aparılır və qeyd olunan neft yatağı qazma prosesinin 4-cü mərhələsindədir. Bundan əlavə neft-qaz sahəsindəki uzun illərə söykənmiş təcrübəmizə əsasən əminliklə deyə bilərik ki, neft quyularının koordinat məsələsi heç zaman müzakirə edilməmiş və ƏMTQ-nin əsas məqsədi ətraf mühitin qorunması olmuşdur. Misal olaraq deyə bilərik ki, ölkəmizdə fəaliyyət göstərən əməliyyat şirkətlərindən biri Şirvan qoruğu ərazisində quyu qazanda gündəlikdə duran məsələ belə qazmanın mümkünsüzlüyü deyil, təbiəti mühafizə etmə tədbirləri, flora və faunanın qorunması məsələsi və s. olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, layihəyə müvafiq dəyişikliklərin daxil edilməsi üçün dəyişikliklərin zəruriliyini əks etdirən normativ sənədləri konkret istinadlarla göndərməkləri xahiş olunmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X17 və Təbii Sərvətlər İdarəsinin məsləhətçisi-müfəttişi X15 tərəfindən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1 və 541-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 15 may 2023-cü il tarixli X19 protokolda qeyd olunmuşdur ki, 04 may 2023-cü il tarixdə X1 rəhbəri olduğu “X10 Limited” Şirkətinin Azərbaycan Respublikasında olan Filialında aparılmış monitorinqin nəticəsində “X10 Limited” Şirkətinin Azərbaycan Respublikasında olan Filialı DEEA tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ER-22/283 nömrəli ekoloji ekspertiza rəyinin tələblərinin yerinə yetirilmədiyi, X13sının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən fəaliyyətin həyata keçirilməsi aşkar edilmişdir. Lakin, həmin monitorinqin aparılması barədə X2 və “X10 Limited” Şirkətinə əvvəlcədən rəsmi məlumat verilməmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, “SOCAR”ın əməkdaşları və X18 Monitorinq İdarəsinin əməkdaşları heç bir dövlət qurumundan rəsmi icazə almamışdır. Beləliklə, məhkəmə qeyd edir ki, vəzifəli şəxs X3 barəsində inzibati xata haqqında iş üzrə icraat Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbləri kobud şəkildə pozulmaqla aparılmışdır. Belə ki, Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 20 oktyabr 2015-ci il tarixli, 1410-İVQ nömrəli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2024-cü il yanvarın 1-dək dayandırılmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2015-ci il tarixli, 660 nömrəli fərmanına əsasən həmin fərmanın qoşmasında qeyd edilən Siyahının 1-ci hissəsində nəzərdə tutulmamış, lakin insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan təxirəsalınmaz hallarda yoxlamalar müstəsna qaydada aidiyyəti yoxlayıcı orqanın əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin razılığı ilə anarılır. Bu halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi sahibkarların hüquqlarının müdafiəsi üçün zəruri hesab etdikdə yoxlama həmin Nazirliyin əməkdaşının iştirakı ilə aparılır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununun 2.1-ci maddəsinə əsasən “Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir”. Həmin qanununun 3.2.-ci maddəsinin tələblərinə əsasən “yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olumnuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz”. Həmin Qanunun 16.11-ci maddəsinə əsasən, plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Həmin qanunun 31-ci maddəsinə əsasən yoxlama aktında digər məlumatlarla yanaşı yoxlama suallarının siyahısının konkret suallarının nömrələri göstərilməklə aşkar olunmuş qanun pozuntularının məzmunu, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri, əgər varsa, sahibkarın izahatı, iradı və ya etirazı, yoxlama aktına əlavə edilən sənədlərin siyahısı və sahibkarın və ya onun səlahiyyətli nümayəndəsinin imzaları göstərilməlidir. Yoxlama aktına yoxlama suallarının siyahısı, habelə yoxlama aktında göstərilən məlumatları təsdiqləyən və yoxlamanın nəticələri üzrə qərarın qəbul edilməsi üçün əhəmiyyət kəsb edən digər sənədlər əlavə edilir. Həmin qanunun 31.5-ci maddəsinə əsasən yoxlama aktı yoxlamanın basa çatdığı gündən gec olmayaraq yoxlamada iştirak edən bütün yoxlayıcılar tərəfindən imzalanır. Yoxlama aktını imzalamış yoxlayıcılar yoxlama aktına və yoxlama suallarının siyahısına daxil edilmiş qeyd və məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyırlar. Həmin qanunun 31.8-ci maddəsinə əsasən Sahibkar yoxlama aktının məzmunu və (və ya) ona əlavə edilmiş sənədlərlə (yoxlama suallarının siyahısı da daxil olmaqla) və ya yoxlayıcının hərəkəti (hərəkətsizliyi) ilə razılaşmadığı halda, yoxlama aktında yoxlama aktını imzalamadan əvvəl müvafiq qeyd aparmaqla öz izah, irad və etirazını bildirə bilər. Həmin qanunun 31.9-cu maddəsinə əsasən Yoxlama aktı iki nüsxədə tərtib edilir. Yoxlama aktının və ona əlavə edilmiş sənədlərin bir nüsxəsi sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir, digər nüsxəsi isə yoxlayıcı orqanda qalır. Həmin qanunun 31.10-cu maddəsinə əsasən “Sahibkar yoxlama aktını almaqdan və (və ya) onu imzalamaqdan imtina etdikdə, bu barədə yoxlayıcılar tərəfindən yoxlama aktında müvafiq qeydlər aparılır. Bundan sonra yoxlama aktının müvafiq surəti alınmasını təsdiq edən istənilən vasitə ilə yoxlama basa çatdığı tarixdən növbəti iş günü ərzində sahibkara göndərilir. Həmin qanunun 31.6-cı maddəsinə əsasən Yoxlama aktı yoxlamada iştirak etmiş yoxlayıcılar tərəfindən imzalandıqdan sonra sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə imzalanmaq üçün təqdim edilir. Həmin qanunun 33.3-cü maddəsinə yoxlamanın nəticələri üzrə qərar yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanır. Yoxlamanın nəticələri üzrə qərarın surəti çıxarıldığı vaxtdan üç iş günündən gec olmayaraq sahibkara təqdim edilir və ya alınmasını təsdiq edən poçt vasitəsi ilə göndərilir, qərarın əsli isə yoxlayıcı orqanda saxlanılır. Beləliklə məhkəmə iclasında isə müəyyən olunmuşdur ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 20 oktyabr 2015-ci il tarixli, 1410-İVQ nömrəli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2024-cü il yanvarın 1dək dayandırıldığı halda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “SOCAR”-ın və X18 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin razılığı alınmadan, həmin Nazirliyin əməkdaşının iştirakı təmin edilmədən X1 rəhbəri olduğu “X10 Limited” Şirkətinin Azərbaycan Respublikasında olan Filialında qanunsuz olaraq plandandankənar yoxlama keçirilmişdir. Bu səbəbdən də qanunvericiliklə imperativ qaydada sahibkara və ya onun nümayəndəsinə təqdim edilməsi nəzərdə tutulan üç zəruri sənəddən biri, yəni yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış sonuncuya təqdim edilməmiş və nəticədə, yoxlamanın aparılmasının qanunvericilikdə nəzərdə tutulmuş prosessual qaydası pozulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, X1 rəhbəri olduğu “X10 Limited” Şirkətinin Azərbaycan Respublikasında olan Filialında plandandankənar yoxlamanın keçirilməsi qeyri-qanuni hesab edilməli və həmin yoxlama zamanı toplanmış matreriallar X1 inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilməz. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində göstərilir ki, ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hər hansı bir qanuni tələb və ya qərarının X1 ünvanına göndərilməsi və ya onun tərəfindən qəbul edilməsi faktını təsdiq edəcək sübut (reyestr, xəbərnamə, qəbz və s.) əlavə edilməmişdir. Bu hal məhkəmə tərəfindən şəxsin əməlində İXM-nin 541ci maddəsinin tərkibinin olmaması kimi qiymətləndirilir. Beləliklə məhkəmə hesab edir ki, ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hər hansı bir qanuni tələb və ya qərarını almamış şəxsin əməlində inzibati xəta tərkibi yoxdur. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan inzibati pozuntu ilə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, protokolun və X19 qərarın tərtibi zamanı vəzifəli şəxsə bu barədə hər hansı bir rəsmi məlumat verilməsi öz əksini tapmamışdır. Məhkəmə araşdırması zamanı iş materiallarında 22 may 2023-cü il tarixli məktubundan aydın olur ki, X2 həmin tarixdə məktub göndərilərək onun barəsində 15 may 2023-cü il tarixli protokol tərtib edildiyini və bu protokol əsasında barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılması ilə bağlı 30 may 2023-cü il tarixdə saat 10:00-da 11 X17 və Təbii Sərvətlər İdarəsinə gəlməsi xahiş edilsə də, lakin 15 may 2023-cü il tarixli X19 protokol tərtib edilərkən X1 iştirakı təmin edilməmiş, həmçinin, X1 iştirakı olmadan, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün əsaslana bildiyi hər cür faktik məlumatları, yəni iş üzrə sübutları, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmalı olduğu halda qeyd edilənlərə əməl edilməyərək X1 barəsində 30 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Məhkəmə hesab edir ki, təqsirliliyi sübuta yetirilmədiyi təqdirdə Q.A.Süleymanovun Azərbaycan Respublikası İXM-nin 275.1.1 və 541-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi yol verilməzdir. Belə ki, məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X17 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi barəsində X19 iş üzrə icraat aparılan vəzifəli şəxs X2 barəsində X19 protokol tərtib edilərkən və inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən sonuncunun iştirakının təmin edilməsi üçün müvafiq məktubların göndərilməsini və həmin məktubların şəxs tərəfindən alınmasını təsdiq edəcək reyestr, xəbərnamə və ya qəbz təqdim etməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X17 və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X15 tərəfindən tərtib olunmuş X19 protokolda protokolun seriya və nömrəsi MN ******* kimi göstərilmiş və əlavə olaraq 200/xx.xx.2023 qeydi də əlavə olunmuşdur. Bu hal məhkəmə tərəfindən İXM-nin 100-cü maddəsinin tələblərinin kobud şəkildə pozulması kimi qiymətləndirilir. Belə ki, İXM-nin 100.5-ci maddəsində göstərilir ki, protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 15 may 2023-cü il tarixli MN ******* saylı X19 protokol X3 tərəfindən imzalanmamış, bu hal isə protokolda öz əksini tapmamış, yalnız izahat verməkdən imtina etməsi öz əksini tapmışdır. Bu hal məhkəmə tərəfindən İXM-nin 100-cü maddəsinin tələblərinin kobud şəkildə pozulması kimi qiymətləndirilir. Həmin Məcəllənin 100.4-cü maddəsində göstərilir ki, protokol onu tərtib etmiş şəxs, barəsində X19 iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində X19 iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Bununlada məhkəmə iclasında da X1 təqsirli olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X17 və Təbii Sərvətlər İdarəsi tərəfindən həmin şəxsin təqsiri sübuta yetirilə bilməmişdir. Beləlikə X19 işə məhkəmədə baxıldığı zaman “X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1 və 541-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların olmasına dair kifayət qədər əsaslı şübhələrin olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 4-cü bəndinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Göstərilən səbəblərdən də, X19 protokol və toplanmış digər materiallar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən X19 iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində X19 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X19 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən X19 iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X19 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X19 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların X19 iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında X19 iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) X19 işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda X19 iş üzrə icraata xitam verilməsi və ya X19 iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə görə X19 işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda X19 iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən X19 iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək X19 iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133 - 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 275.1.1 və 541-ci maddələri ilə nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsi ilə 3.000 manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X17 və Təbii Sərvətlər İdarəsinin rəisi X16 30 may 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ləğv edilsin. İnzibati xəta tərkibi olmadığına görə X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1 və 541-ci maddələri ilə başlanılmış X19 iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-2438/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2438/2023
13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver