Məhkəmə qərarları › İş №3(010)-2441/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2441/2022

28.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2441/2022 28.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxx 1994-cü il tarixdə Quba rayonu, Susay kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, Fin: xxxxxxx, Quba rayonu, Susay ərazi dairəsi, Susay kəndində qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 01 may 2022-ci il tarixdə, saat 15:30 radələrində idarə etdiyi “Toyota Prius minik” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan yolunda “Halikarnas balıkçısı” istiqamətindən Zığ qəsəbəsi istiqamətinə hərəkətdə olduğu zaman X2 idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Hadisə nəticəsində avtomobilin sürücüsü X1 qabırğaaltı nahiyənin və döş qəfəsinin şişkinlik və qançırı (hematoması), döş qəfəsinin, hər iki budun qançırları, sol dirsək oynağının sıyrığı, sol topuq nahiyəsinin şişkinliyi kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri almışdır. Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X3 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 may 2022-ci il tarixli qərarı ilə toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd olunmuş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan, Şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X7 göndərilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 18 may 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs göstərdi ki, 01 may 2022-ci il tarixdə təxminən saat 15:30 radələrində Zığ-Hövsan yolunda “Halikarnas balıkçısı” istiqamətindən Zığ qəsəbəsi istiqamətinə təxminən 20 km/saat sürətlə hərəkət etdiyi zaman yol ayırıcında sol tərəfdə Hövsan qəsəbəsi istiqamətində hərəkət edən “Ford” markalı avtomobilin hərəkət yoluna çıxdığı üçün toqquşma baş vermişdir. Həmin vaxt avtomobildə tək olmuş, xəsarət almamışdır. Avtomobili idarə etmək üçün bütün sənədləri qaydasında olmuşdur.Sonda Şəxs məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Bakı şəhər Suraxanı rayon Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan canlı şəxsin ekspertizasının 12 may 2022-ci il tarixli, 493 saylı rəyindən görünür ki, X2 bədən səthində aşkar edilmiş sağ qabırğaaltı nahiyənin və döş qəfəsinin şişkinlik və qançırı (hematoması), döş qəfəsinin, hər iki budun qançırları, sol dirsək oynağının sıyrığı, sol bayır topuq nahiyəsinin şişkinliyi xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 05 may 2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozalmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan yol-nəqliyyat hadisəsi sxeminin kserosurətindən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan yolunda baş vermişdir. İş materiallarında olan 01 may 2022-ci il tarixli, 2/14395 nömrəli “Sərxoşuluq vəziyyətinin tibbi müayinəsi” aktının kserosurətindən görünür ki, yol nəqliyyat hadisəsi zamanı Şəxs ayıq olmuşdur. İş üzrə zərəçəkmiş şəxs X2 ibtidai araşdırma zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 01 may 2022-ci il tarixdə təxminən saat 15:30 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsində Hövsan istiqamətində təxminən 60-70 km/saal sürətlə hərəkət etdiyi zaman “Halikarnas Balıkçısı” restoranından hərəkət edən bir “Totoya Prins'’ markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Hadisə nəticəsində xəsarət aldığı üçün X8 çağırmış və onun 3 saylı şəhər kliniki xəstəxanasına aparmışlar. Hadisə zamanı avtomobildə tanımadığı iki nəfər şəxs olmuş, lakin həmin şəxslər xəsarət almamışlar. Avtomobili idarə etmək üçün bütün sənədləri qaydasında olmuşdur. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X3 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 may 2022-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən rədd olunmuş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan, onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X7 göndərilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxsa cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 -130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə tətbiq edilsin. AE seriyalı, 625154 nömrəli sürcülük vəsiqəsi Şəxs qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar