Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-245/2022 07.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X6, X2nun iştirakı ilə 08 avqust 1982-ci ildə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, ünvan 2, nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X6 tərtib etdiyi 07 fevral 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən 10 fevral 2017-ci ildə verilmiş 30 dekabr 2016-cı il tarixli 2(010)- 11910/2016 nömrəli icra vərəqəsinə əsasən borclular Şəxs və X7 müştərək qaydada 30.000 manat məbləğində əsas borc, 500 manat hesablanmış faiz və 30 manat dövlət rüsumunun əvəzi, cəmi 30.530 manat məbləğində pul alınaraq tələbkar X4 verilməlidir. Bundan başqa Binəqədi Rayon Məhkəməsi tərəfindən 11 sentyabr 2019-cu ildə verilmiş 31 avqust 2018-ci il tarixli 2(001)-105/2018 nömrəli icra vərəqəsinə əsasən X2nun şərəf və ləyaqətini ləkələyən həqiqətə uyğun olmayan məlumatlar yaydığına görə borclular X1 10.000 manat, Şəxs 10.000 manat, X5 10.000 manat, X8 10.000 manat və X3 10.000 manat məbləğində mənəvi zərər tutulub X2na verilməli, həmçinin müvafiq şəxslər barəsində yayılmış həqiqətə uyğun olmayan məlumatlarla bağlı icra sənədi ilə müəyyən edilmiş qaydada təkziblər verilməlidir. Suraxanı rayon İcra şöbəsinin icra məmuru X11 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, icra sənədləri şöbənin icraatına daxil olmuş və icraata başlanaraq bu barədə iş üzrə borclu həmin qərar tələbin könüllü icrası barədə bildirişlə birlikdə rəsmi qaydada göndərilmişdir. Bildirişdə borcluya 10 gün könüllü icra müddəti müəyyən edilməsinə baxmayaraq bu günədək məhkəmə qərarı üzrə müəyyən edilmiş tələb borclu tərəfindən təmin edilməmişdir. Suraxanı rayon Məhkəməsinin 16 fevral 2018-ci il tarixli qərardadına əsasən borclunun ölkədən getmək hüququ icra sənədi icra edilənədək məhdudlaşdırılmışdır. Suraxanı Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli qərardadına əsasən borclunun ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudlaşdırma ləğv edilmişdir. 03 fevral 2020-ci ildə borclu barəsində axtarış elan edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qərardadına əsasən borclunun ölkədən getmək hüququ icra sənədi icra edilənədək məhdudlaşdırılmışdır. Bundan əlavə borclunun mülkiyyətində tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak və gəlir aşkar edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcunu tam ödəməməsinin səbəbini maddi imkansızlığı ilə izah etmişdir. Qeyd edir ki, iş üzrə tələbkarlardan birinə o, və digər borclu tərəfindən ümumilikdə 6.000 manat pul ödənilib. Borclu icra sənədinə əsasən verməli olduğu təkziblərlə bağlı bildirir ki, həmin təkzibləri verməyə hazırdır. Sadəcə olaraq təkziblərin mətnini tələbkarla razılaşdırmaq məqsədilə onunla əlaqə saxlamış, sadəcə sonuncu ona təkzib mətnini göndərməmişdir. X2 işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, Şəxs həbs olunmasını istəmir. Eyni zamanda sonuncudan icra sənədinin tam icra olunmasını tələb edir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş borcunu ödəməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 (səkkiz yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-245/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-245/2022
07.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver