Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2472/2024 24.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Zərərçəkmiş şəxs, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və əlavə olunmuş materiallara Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə 21 may 2024-cü il tarixli MN seriyalı ******* inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs Zərərçəkmiş şəxs 2000 manat maddi ziyad vurmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar baxılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 22 may 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında protokolla qismən razı olduğunu, belə ki, əslində dəymiş ziyanın biraz daha yuxarı həddə, yəni 5000 manatdan çox olduğunu bildirmiş, sonda o, qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə məlumatlandırılmasına baxmayaraq barəsində protokol tərtib edilmiş şəxs və protokol tərtib etmiş şəxs məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışlar. İş materialında olan Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Hüseyn Əliyevin qəbul etdiyi xx.xx.2024-cü il tarixli cinayət işinin rədd olunması barədə qərarından görünür ki, vətəndaş Şəxs etibarnamə əsasında idarə etdiyi vətəndaş Zərərçəkmiş şəxs məxsus “Renault Megan” **-VG-*** d.q.n-lı avtomobili yandıraraq sonuncuya 2000 (iki min) manat maddi ziyan vurduğunu bildirmişdir. Fakt vətəndaş Zərərçəkmiş şəxs ərizə və izahatında, həmçinin vətəndaş Şəxs izahatında öz təsdiqini tapmışdır. Daxil olmuş müraciətlə bağlı avtomobilə və ümumi olaraq baxış keçirilərək fotoşəkilləri çəkilmiş, müvafiq protokollar tərtib olunaraq təhqiqat materialına əlavə edilmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş Zərərçəkmiş şəxs DİN-in 102 «Xidməti-Zəng» mərkəzi sisteminə etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, hadisəni törətmiş Şəxs əməlində AR.İXM-nin 232-1-ci maddəsinin tərkib əlamətləri yarandığından müəyyən edilərək barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın surəti aidiyyəti əməkdaşa həvalə edilməsi, qəbul edilmiş qərarın surəti məlumat üçün qanunla müəyyən edilmiş maraqlı tərəflərə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi, toplanmış material saxlanması üçün Suraxanı RPİ-nin 32-ci PB-nin arxivinə verilməsi qərara alınmışdır. Material üzrə ərizə və alınmış izahatında Şəxs ərizə və izahatında 1 ilə yaxındır ki, “Renault Megan” markalı, **-VG-***-d.q.n-h avtomobili kredit yolu ilə Zərərçəkmiş şəxs almışdır. Qeyd olunan avtomobil üçün aylıq 450 manat ödəniş etmiş, hazırda 4500 manat pul ödəsə də, 900 manat borclu qalmışdır. O, xx.xx.2024-cü il tarixdə qalan 900 manatı ödəyib avtomobili öz adına rəsmiləşdirmək istəsə də, Sevindikonunlaə razılığa gəlməyib, qardaşı Elçinin ona borclu olduğunu deyib ümumillidə 5400 manat ödədiyi təqdirdə avtomobili adına keçirə biləcəyini demişdir. O, onunla dəfələrlə razılığa gəlmək istəsə də, Sevindik onunla söhbət etməyərək pulun tam ödənməsini istəmişdir. Qeyd olunan tarixdə o, spirtli içkinin təsiri altında Qaraçuxur qəsəbəsi ünvanında əsəbləşərək avtomobilin ön hissəsinə yəni, motorxana hissəsinə benzin tökərək yandırdırmışdır. Qısa müddət sonra ünvana polis əməkdaşları və FHN-nin əməkdaşları gələrək yanğını söndürüb onu PB-nə dəvət etdilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs təqsiri işdə olan digər sübutlarla sübuta yetirilir və o Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini və dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyasında müəyyən olunmuş hədd daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 36.1, 114.1.1, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində, yəni 2000 (iki min) manat cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-2472/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2472/2024
24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver