Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2476/2024 22.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Axundzadə (Əzizova) Cavidə Vidadi qızının iştirakı ilə 10 avqust 1977-ci ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Axundzadə (Əzizova) Cavidə Vidadi qızının Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, M Ü Ə Y Y Ə N E T D İ: Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 22 may 2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokola və Suraxanı Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli 2(010)-877/2020 nömrəli icra vərəqəsinə əsasən borclu Axundzadə (Əzizova) Cavidə Vidadi qızından 11.500 manat və 30 manat dövlət rüsumu tələbkar X2 xeyrinə tutulmalıdır. Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X4 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Əlavə olaraq qeyd edir ki, borclu icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Axundzadə (Əzizova) Cavidə Vidadi qızı qeyd etmişdir ki, o, icra sənədinin icrasından yayınmır, hər ay onun işlədiyi "xxxx" MMC tərəfindən onun əmək haqqısının 50 faizi, yəni 164,50 manat məbləğində pul köçürülməli olur. Azərbaycan Respublikası İXM-nin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, habelə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını araşdırır. Həmin məsələyə baxaraq məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarından görünür ki, Axundzadə (Əzizova) Cavidə Vidadi qızı "xxxx" MMC-də idarə qulluqçusu, poçt kimi çalışır və aylıq əmək haqqısı 360 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs tərəfindən 01 oktyabr 2021-ci il tarixindən 06 mart 2024-cü il tarixinədək (fevral 2024-cü il daxil olmaqla) X2 hesabına 3311,50 manat məbləğində vəsait köçürülmüşdür. Şirkət tərəfindən Şəxs əmək haqqısının 50 faizi (164,50 manat) məbləğində pul Suraxanı rayon Məhkəmə İcrasının X1 hesabına köçürülmüşdür. Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X4 isə bu halı nəzərə almamış və İcra haqqında Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsində qeyd edilən məcburi tədbirlərinə tam riayət etməmişdir. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: -borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; -tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; -tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; -icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; -bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Müəyyən olunur ki, borclunun əmək haqqı İcra haqqında Azərbaycan Respublikasının Qanununun 68-ci maddəsində nəzərdə tutulmuş tələbin yönəldilməsinə yol verilməyən pul məbləğinə aid deyildir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iş yeri barədə məlumatı əhəmiyyətli sayır. Belə ki, göründüyü kimi, artıq borc borclunun əmək haqqısına yönəldilərək tutulmalar aparılır. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, borclu Axundzadə (Əzizova) Cavidə Vidadi qızının əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən «inzibati xəta hadisəsi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq. QƏRARAALDİ: Axundzadə (Əzizova) Cavidə Vidadi qızının Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-2476/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2476/2024
22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver