Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2480/2024 23.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Nicat Vəlizadənin, tələbkar X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə 09 avqust 1980-cı ildə Ermənistan Respublikası, Çəmbərək rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, M Ü Ə Y Y Ə N E T D İ: Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Nicat Vəlizadə tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 23 may 2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokola və Abşeron Rayon Məhkəməsinin 11 yanvar 2017-ci il tarixli icra vərəqəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 03 noyabr 2014-cü il tarixli 2(012)-4202/2014 saylı qətnaməsi ilə tutulması qət edilmiş hər ay hər bir uşaq üçün 103 manat, cəmi 206 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək borclu Şəxs 01 avqust 2008ci il təvəllüdlü X4 və 08 may 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 136.6 manat, cəmi 273.2 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 ödənilməlidir. Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Nicat Vəlizadə işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Əlavə olaraq qeyd edir ki, borclu icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd etmişdir ki, o, icra sənədinin icrasından yayınmır, sadəcə imkanı olmadığı üçün borcu bir dəfəyə ödəyə bilmir, lakin gücü çatdığı qədər hissə-hissə ödəniş edir. Məhkəmə iclasında tələbkar X5 borclu tərəfindən borcun tam şəkildə ödənilməsini tələb edir. Azərbaycan Respublikası İXM-nin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, habelə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını araşdırır. Həmin məsələyə baxaraq məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarından görünür ki, Şəxs müəllim, ümumi təhsil məktəbi, bədən tərbiyəsi kimi çalışır və aylıq əmək haqqısı 1.413,11 manat təşkil edir. Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Nicat Vəlizadə isə bu halı araşdırmamış və İcra haqqında Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsində qeyd edilən məcburi tədbirlərinə tam riayət etməmişdir. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: -borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; -tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; -tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; -icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; -bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Müəyyən olunur ki, borclunun əmək haqqı İcra haqqında Azərbaycan Respublikasının Qanununun 68-ci maddəsində nəzərdə tutulmuş tələbin yönəldilməsinə yol verilməyən pul məbləğinə aid deyildir. Buna baxmayaraq, icra məmuru tərəfindən tələb borclunun əmək haqqına yönəldilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iş yeri barədə məlumatı əhəmiyyətli sayır. Belə ki, icra sənədləri üzrə məbləğlərin onun əmək haqqına yönəldilməsi ilə bağlı zəruri tədbirlərin icra məmuru tərəfindən görülübgörülməməsi Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə yekun qərara təsir göstərə bilər. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən «inzibati xəta hadisəsi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq. QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-2480/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2480/2024
23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver