Məhkəmə qərarları › İş №3(010)-2481/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-2481/2024

23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-2481/2024 23.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Suraxanı Rayon Məhkəməsinin hakimi Kərimov Namiq Həsrət oğlunun, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X4, tələbkar X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, MÜƏYYƏNETDİ: Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X4 tərtib etdiyi 23 may 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən 18 yanvar 2016-cı ildə verilmiş 14 dekabr 2015-ci il tarixli 2(010)- 9907/2015 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 12.000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 12.030 manat məbləğində pul vəsaiti alınaraq tələbkar X2 verilməlidir. Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X6işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Əlavə olaraq qeyd edir ki, borclu icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd etmişdir ki, o, icra sənədinin icrasından yayınmır, sadəcə imkanı olmadığı üçün borcu bir dəfəyə ödəyə bilmir, lakin gücü çatdığı qədər hissə-hissə ödəniş edir. Məhkəmə iclasında tələbkar X3 borclu tərəfindən borcun tam şəkildə ödənilməsini tələb edir. Azərbaycan Respublikası İXM-nin 106.0.3-cü maddəsinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini araşdırır. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Göstərilən məsələlərlə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Şəxs barəsində icra məmuru tərəfindən daha əvvəllər də inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Suraxanı Rayon Məhkəməsinə təqdim olunmuşlar. Belə ki, Suraxanı Rayon Məhkəməsi icra məmuru tərəfindən 21 noyabr 2023-cü ildə tərtib olunmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxmış və Şəxs Suraxanı Rayon Məhkəməsi tərəfindən 18 yanvar 2016-cı ildə verilmiş 14 dekabr 2015-ci il tarixli 2(010)-9907/2015 nömrəli icra vərəqəsi üzrə hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığına görə Suraxanı Rayon Məhkəməsinin 3(010)-5533/2023 nömrəli iş üzrə 06 dekabr 2023-cü il tarixli qərarla başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Suraxanı Rayon Məhkəməsinin 3(010)-5533/2023 nömrəli iş üzrə 06 dekabr 2023cü il tarixli qərarından tələbkar X3 narazı qaldığından apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-92/2024 nömrəli iş üzrə 19 yanvar 2024-cü il tarixli qərarı ilə tələbkar X3 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair 3(010)-5533/2023 saylı 06 dekabr 2023-cü il tarixli qərarı ləğv edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 500 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Göründüyü kimi, Şəxs bir il ərzində Azərbaycan Respublikası İXM-nin eyni maddəsi ilə eyni əmələ görə məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, qeyd olunan nöqsanların mövcudluğu şəraitində işə baxılması mümkün deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, natamam tərtib olunduğuna görə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu məhkəməyə göndərmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 23 may 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol geri qaytarılsın. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar