Məhkəmə qərarları › İş №3(010)-249/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-249/2022

15.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-249/2022 15.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, X2, 31 iyul 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 5MRJ4BP, evli, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zahid Əliyev küçəsi, 4D nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikası İXM-nin 211.2-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində qəbul edilmiş 16 dekabr 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 14 oktyabr 2021-ci il tarixdə X2 barəsində Azərbaycan Respublikası İXM-nin 211.2cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin rəisi X1 qəbul etdiyi 16 dekabr 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla E.E.Məlikov Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə olunmuşdur. X5 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin rəisi X1 qəbul etdiyi 16 dekabr 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətini 08 fevral 2022-ci il tarixdə Bakı şəhər Suraxanı rayon Məhkəməsinin dəftərxanasına təqdim etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, E.E.Məlikovun şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Barəsində inzibati qərar çıxarılmış şəxs X2 isə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin rəisi X1 qəbul etdiyi 16 dekabr 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti Bakı şəhər Suraxanı rayon Məhkəməsinin dəftərxanasına 08 fevral 2022-ci il tarixdə daxil olmuşdur. Bununla da E.E.Məlikov barəsində qəbul edilmiş 16 dekabr 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli qərardan qanunla müəyyən edilmiş şikayət vermə müddəti bitdikdən 01 ay 13 gün sonra şikayət vermişdir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Barəsində inzibati qərar çıxarılmış şəxs X5 tərəfindən verilmiş şikayətə buraxılmış müddətin bərpa edilməsinə dair hər hansı bir vəsatət əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılması zamanı hakim inzibati xəta haqqında icraatı rədd edən halların mövcudluğu məsələsini həll Buna görə də məhkəmə hesab edir ki, E.E.Məlikov Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin rəisi X1 qəbul etdiyi 16 dekabr 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan qanunla müəyyən edilmiş şikayət vermə müddətini ötürdüyünə görə onun şikayətinə inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma icraat qaydasında baxılması qeyri-mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin rəisi X1 qəbul etdiyi 16 dekabr 2021-ci il tarixli, EPQ seriyalı, ******* inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət X3 qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddəində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar