Məhkəmə qərarları › İş №3(010)-249/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-249/2023

21.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-249/2023 21.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə inspektoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1980-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda yaşayan, Şəxs Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsi tərəfindən təqdim edilmiş 21 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Şəxs 21 yanvar 2023-cü ildə ünvan 2də dini yığıncağı və digər dini mərasimlərini təşkil etməklə keçirərək qanunla müəyyən edilmiş qaydalarını pozmuşdur. Məhkəmə iclasında iştirak edən Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə inspektoru X5 tərtib etdiyi 21 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokolu müdafiə edərək bildirmişdir ki, 21 yanvar 2023-cü il tarixdə saat 12:15 radələrində ünvan 2 ünvanında yaşayan X1 yaşadığı evində dini tədbir təşkil etdiyi və eləcədə əvvəlcədən tanıdığı dindar şəxsləri sosial şəbəkə vasitəsi ilə evinə dəvət etməsi tərəflərindən aşkar edilmişdir. Bununla bağlı qeyd olunan ünvanda olan zaman orada Şəxs və digər üç nəfər şəxsin dini toplantı təşkil etməklə toplantıda iştirak etmələri aşkar edilmişdir. Odur ki, Şəxs barəsində İXM-nin 515.0.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Şəxs məhkəmə iclasında bildirmişdir ki, o, X2 ilə məsciddə tanış olmuşdur. X1 evinə gedib-gələn adamdır,hərdən ailəvi də evlərində yığışaraq dini söhbətlər aparmışlar. M.Ələsgərov Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən nömrəsiz evini yeni təmir etdirmişdir. O, digər üç nəfər şəxslərlə birlikdə M.Ələsgərovun evinə ayda bir dəfə və ya iki aydan bir dini tədbirlər keçirmək məqsədilə qonaq gedirdilər. Sonuncu dəfə, yəni 21 yanvar 2023-cü ildə Məhərrəmin evində dini ayələr ətrafında söhbət əsnasında polis əməkdaşları gəlmişlər və barəsində 515.0.2-ci maddəsi ilə inzibati protokol tərtib etmişlər. Materialda olan izahatı o, yazı xətti pis olduğu üçün yazmamış, sadəcə ona oxunaraq imza atmışdır. İş materialları ilə Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməsi halı təsdiq olunur. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən «Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşağının və onkoloji xəstə olan həyat yoldaşının olması, uşağının biri əlil olması iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114 – 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsi ilə təqsirli bilinərək 1.500 (min beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar