Məhkəmə qərarları › İş №3(010)-251/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-251/2023

02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-251/2023 02.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili X6 və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, Şəxs, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 03 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 578.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. 13 yanvar 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokoldan görünür ki, Türkiyə Respublikasının vətəndaşı Tos Berkin iş icazəsi olmadan qeyd olunan Şəxsndə haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunmuşdur. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Buna görə 13 yanvar 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 578.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və vəkili X10 inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları inkar edərək göstərdi ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsi tərəfindən tərtib olunmuş protokol düzgün tərtib olunmamışdır. Belə ki, protokol tərtib olunarkən Şəxs nümayəndəsinin iştirakı təmin olunmamış, hüquq və vəzifələri izah edilməmiş, protokol Şəxs nümayəndəsi tərəfindən imzalanmamış, protokolun sürəti Şəxs nümayəndəsinə təqdim edilməmişdir. X10 məhkəmədə suallara cavab olaraq bildirmişdir ki, Tos Berk Şəxsnə iş üçün müraciət etsə də, lakin işə qəbul olunmasından imtina olunmuşdur. Tos Berkin işə qəbul edilməsindən imtina edilməsi sonuncunun Şəxsndə işləməsi mənasına gəlmir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Tos Berkin iş icazəsi olmadan qeyd olunan Şəxsndə haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunmasına dair mötəbər sübut təqdim edə bilmir. Belə ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti baş idarəsinin baş inspektoru X7 iş üzrə səthi araşdırma apararaq inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması qənaətinə gəlmiş və sübut qismində Türkiyə Respublikasının vətəndaşı Tos Berkin 12 yanvar 2023-ci il tarixli izahatına istinad edərək Şəxs barəsində Tos Berkin izahatından 01 gün sonra, yəni 13 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Beləliklə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilməsinə hər hansı əsas mövcud olmamışdır. Buna görə də X10 qeyd olunanları nəzərə alaraq Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X3 göstərdi ki, Türkiyə Respublikasının vətəndaşı Tos Berkin iş icazəsi olmadan qeyd olunan Şəxsndə haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunmuşdur. Bu fakt Türkiyə Respublikasının vətəndaşı Tos Berkin yazılı izahatı ilə təsdiq edilir. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəməyə kifayət qədər sübutlar təqdim edilmişdir. Şəxs nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, Tos Berki ümumiyyətlə tanımırlar, lakin şahidlər ifadələrində bildirdilər ki, Tos Berk iş üçün müraciət edib və sınaq üçün işləyib. Tos Berk Şəxs tərəfindən qanunsuz olaraq işlədilib. Bundan başqa, onun tərəfindən Şəxs rəhbərliyi ilə əlaqə saxlanılmış, nümayəndə dəvət olunmuş, lakin cəmiyyət tərəfindən nümayəndənin iştirakı təmin edilməmişdir. Buna görə də, protokol Şəxs nümayəndəsinin iştirakı olmadan tərtib edilmişdir. X1 Şəxs Azərbaycan Respublikası İXMnin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şəxsndə baş aşpaz vəzifəsində işləyən Hasan Öztürk bildirdi ki, o, Tos Berki işlədiyi şirkətdə cəmi bir dəfə görmüşdür. Belə ki, o, iş başında olan zaman Tos Berk onu çölə çağıraraq tanışlıq yaratmış və iş üçün onun işlədiyi şirkətə müraciət etmək istədiyini bildirdi. Bundan sonra Tos Berk onun işlədiyi şirkətə iş üçün müraciət etdi. Şirkət tərəfindən Tos Berk 01 saatlıq müddət ərzində sınaq üçün yoxlanılmış, lakin sonuncunun işi şirkət rəhbərliyinin xoşuna gəlmədiyindən işə qəbul edilməmişdir. Həmin bir necə saatlıq müddət ərzində Tos Berk şəkil çəkdirməyi xahiş etdiyindən onlar birlikdə şəkil çəkdirdilər. Bundan sonra o, bir daha Tos Berki işlədiyi şirkətdə görməmişdir. Şəxs Tos Berkin işə qəbul olunması üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edib etməməsi barədə hər hansı məlumati yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şəxsndə çörək ustası vəzifəsində işləyən X9 bildirdi ki, Tos Berk onun işlədiyi şirkətə iş üçün müraciət etmişdi. Şirkət tərəfindən Tos Berk 01 saatlıq müddət ərzində sınaq üçün yoxlanılmış, lakin sonuncunun işi şirkət rəhbərliyinin xoşuna gəlmədiyindən işə qəbul edilməmişdir. X17 bir daha şirkətdə görməmişdir. Tos Berk barədə ətraflı təfərrüatları bilmir və onun şirkətdə şəkil çəkdirməsi barədə məlumatı yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şəxsndə menecer vəzifəsində işləyən X5 bildirdi ki, o, Şəxsnə məxsus “Bal Badəmdə” menecer vəzifəsində işləyir. Tos Berk onun işlədiyi şirkətə iş üçün müraciət etmiş, şirkət tərəfindən Tos Berk 2-3 saatlıq müddət ərzində sınaq üçün yoxlanılmış, lakin sonuncunun işi şirkət rəhbərliyinin xoşuna gəlmədiyindən işə qəbul edilməmişdir. İşə qəbul məsələləri şirkət rəhbərliyi tərəfindən həyata keçirilir. Şirniyyatların hazırlandığı mətbəxdə şəkil çəkdirmək qadağandır və Tos Berkin çəkdirdiyi şəkillər onların şirkətinə məxsus mağazada çəkilməmişdir. O, Tos Berki cəmi bir dəfə görmüşdür. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsini və şahidləri dinləyərək, məhkəmə hesab edir ki, əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Şəxs rəhbəri X4 əcnəbi işçinin cəlb edilməsi zəruriliyinin əsaslandırılması barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisinə ünvanlanmış arayışdan görünür ki, TÜRKİYƏ RESPUBLİKASİ vətəndaşı Tos Berk haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin verilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin rəisi İsmayıl Abdullayevin 09 mart 2022ci il tarixli qərarından görünür ki, Şəxs Türkiyə Respublikasının vətəndaşı 05 fevral 1991-ci il təvəllüdlü Tos Berkə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün icazəsinin verilməsinə dair 17 fevral 2022-ci il tarixli müraciəti təmin edilməmişdir. İş materiallarında olan 13 yanvar 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və 13 yanvar 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə qərarından görünür ki, Türkiyə Respublikası vətəndaşı Tos Berk iş icazəsi olmadan Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması müəyyən edilmişdir. Bu səbəbdən də Tos Berk Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 manat məbləğində cərimə edilirək 90 gün ərzində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmış və Azərbaycan Respublikasına gəlmək hüququ 05 il müddətinə məhdudlaşdırılmışdır. İş materiallarında olan əmək müqaviləsi bildirişindən və əmək müqaviləsindən görünür ki, Hasan Öztürk Şəxsndə şirniyyat ustası (baş aşpaz) vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan əmək müqaviləsi bildirişindən və əmək müqaviləsindən görünür ki, X9 Şəxsndə çörək ustası vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan əmək müqaviləsi bildirişindən və əmək müqaviləsindən görünür ki, X5 Şəxsndə menecer vəzifəsinə işə qəbul olunmuşdur. Beləliklə iş materialları ilə təsdiq olunur ki, Şəxs tərəfindən işə qəbul yalnız rəsmi qaydada və qanuna uyğun formada həyata keçirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinə əsasən İşəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, Şəxs tərəfindən Türkiyə Respublikasının vətəndaşı Tos Berkin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi iş materialları ilə təsdiq edilməmişdir. İnzibati xəta haqqında protokol Tos Berkin izahatı və iş materiallarına əlavə edilmiş Tos Berkin şirniyyat mağazasında çəkilmiş fotoşəkilləri əsasında tərtib edilmiş, lakin məhkəmə baxışı zamanı qeyd olunan izahat və fotoşəkillər digər sübutlarla təsdiq edilməmiş, əksinə təkzib edilmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş fotoşəkillərə münasibətdə qeyd edir ki, həmin fotoşəkillərə məhkəmə iclasında baxış keçirilən zaman Tos Berkin şirniyyat mağazasında müxtəlif şəxslərlə şəkillər çəkdirməsi görünsə də, lakin həmin fotoşəkillərdə olan mağazanın adı və hansı şirkətə məxsus olması müəyyən olunmamış, Tos Berkin üzərində olan ağ rəngli paltarda hər hansı şirkətin və ya mağazanın emblemi və ya şirkətin adı qeyd olunmamış, bununla da, sözügedən fotoşəkillərin Şəxsnə məxsus mağazada çəkdirilməsi sübuta yetirilməmişdir. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, 12 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti baş idarəsinin baş inspektoru X7 tərəfindən Tos Berkin yazılı izahatı alınmış, 13 yanvar 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 578.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 99.1, 99.1.1-99.1.3-cü maddələrinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi, dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması, fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlarİnzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Beləliklə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti baş idarəsinin baş inspektoru X7 icraatında olan inzibati xəta haqqında işə baxarkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən inzibati xətanın olub-olmamasını, işin düzgün həlli üçün əhəmiyyətli olan bütün zəruri halları müəyyən etmək məqsədilə iş üzrə inzibati araşdırma aparmaqla əldə edilmiş sübutların məcmusunu hərtərəfli, tam və obyektiv surətdə qiymətləndirməli olduğu halda, iş üzrə səthi araşdırma apararaq inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması qənaətinə gəlmiş və sübut qismində Türkiyə Respublikasının vətəndaşı Tos Berkin 12 yanvar 2023-ci il tarixli izahatına istinad edərək Şəxs barəsində Tos Berkin izahatından 01 gün sonra, yəni 13 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.1 və 61.1.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sübutlar təqdim etmək hüquqları vardır. Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X3 tərəfindən Şəxs rəhbərliyi ilə əlaqə saxlanıldığını, nümayəndə dəvət olunduğunu, lakin cəmiyyət tərəfindən nümayəndənin iştirakı təmin edilmədiyini bildirsə də, lakin qanunvericilikdə nəzərdə tutulmuş qaydada Şəxsnə rəsmi məlumat verilməsinə dair iş materiallarına heç bir sübut əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.5.1-57.5.21-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan, bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda, ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir. Bununla da işin faktiki hallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti baş idarəsinin baş inspektoru X7 Şəxs nümayəndəsinin iştirakı olmadan sonuncunun barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamış, bununla da Şəxs inzibati xəta haqqında iş üzrə sübutlar təqdim etmək hüququndan məhrum edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsində 13 yanvar 2023-cü il tarixdə inzibati xəta haqqında işə baxılarkən Şəxs nümayəndəsinin iştirakı təmin edilsə idi, sonuncu məhkəməyə təqdim etdiyi sübutları inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxsə təqdim edib inzibati xətanın əlamətlərinin olmadığını sübuta yetirməklə Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanmamasına nail olmuş olardı. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi qanunverici əməlin inzibati xəta hesab edilməsi üçün digər əlamətlərlə yanaşı təqsirin mövcud olmasını zəruri şərt olaraq nəzərdə tutmuşdur. Halbuki, məhkəmə araşdırmaları zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxsn Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması müəyyən edilməmişdir. İşin müəyyən edilmiş qeyd edilən mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs tərəfindən ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) əməl (hərəkət və ya hərəkətsizlik) törədilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə dair normalar xətada təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı qərarda həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Azərbaycan Respublikası İXM-nin 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulan xətanı törədilməsinə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar