Məhkəmə qərarları › İş №3(010)-2521/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2521/2022

21.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2521/2022 21.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X5, X1nın və X2 iştirakı ilə xx xxxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X5 21 iyun 2022-cu ildə tərtib etdiyi MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən 11 fevral 2021-ci ildə verilmiş 10 fevral 2021-ci il tarixli 2(010)- 313/2021 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 05 iyul 2014-cü il təvəllüdlü X7 anası X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 10 fevral 2021-ci il tarixdən hesablanmaqla, hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X6 xeyrinə ödənilməlidir. Bundan başqa Yasamal Rayon Məhkəməsi tərəfindən 05 may 2011ci ildə verilmiş 16 mart 2011-ci il tarixli 2(004)-1964/2011 nömrəli icra vərəqəsinə əsasən Aydanın saxlanması üçün onun yetkinlik yaşına çatana qədər hər ay 80 manat aliment Şəxs tutulub X3 verilməlidir. İnzibati xəta haqqında protokoldan və icra işindən görünür ki, icra sənədləri Suraxanı rayon İcra şöbəsinə daxil olmuş, icraata başlanaraq borclu Şəxs müvafiq qərarlar və bildirişlər göndərilmişdir. Borclu Şəxs aliment borcu yarandığından onun əmlak vəziyyəti və gəlirinin yoxlanılması üçün aidiyyəti orqanlara sorğu ilə müraciət edilmiş, lakin tələbin yönələ biləcəyi əmlakı və gəliri müəyyən etmək mümkün olmamışdır. Borcluya dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq o, aliment borcunu lazımi qaydada ödəməmiş, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, çağırışlara gəlməmiş, icra məmurundan gizlənmişdir. Hazırda Şəxs X8 olan aliment borcu 2.000 manat X3 olan aliment borcu isə 8.880 manat təşkil edir. Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X10 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Göstərilənlərə əsasən ona qanunla nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs alimenti vaxtlıvaxtında ödəmədiyini maddi imkansızlığı ilə izah edir. X1 və X4 işin məhkəmə baxışı zamanı bildirmişlər ki, Şəxs alimenti ödəmək üçün kifayət qədər maddi imkana malikdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan uzun müddət ərzində həm icra məmurundan, həm də onlardan gizlənmiş, sonuncunu polis vasitəsilə tapmaq mümkün olduqdan sonra isə yalan vədlər verərək aliment məbləğlərini qısa müddət ərzində ödəyəcəyini bildirmişdir. Ona güzəştə gedərək hətta alimenti daha az miqdarda ödəməsinə razılıq vermişlər. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs sonradan yenidən gizlənmiş və ödənişləri razılaşdıqları qaydada etməmişdir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını xahiş edirlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarları və icra məmurunu dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə qərarı ilə müəyyən edilmiş aliment məbləğini üzrsüz səbəbdən ödəməmişdir. Məhkəmə iş üzrə yekun qərara gələrkən onu da nəzərə alır ki, aylıq aliment miqdarları müvafiq olaraq 150 manat və 80 manat təşkil etdiyi halda (göründüyü kimi bunlar çox da böyük məbləğlər deyil), Şəxs tələbkarlara olan aliment borcu 8.880 manat və 2.000 manat təşkil edir. Bu hal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin uzun müddət ərzində aliment ödəmədiyini təsdiq edir. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 21 iyun 2021-ci il saat 19.50-dən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar