Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-2523/2025 23.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, X12 qızının katibliyi, Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru X2, borclu Şəxs, tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati 09 iyul 2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmiş baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Suraxanı rayon icra şöbəsinin icra məmuru X5 izahatında bildirdi ki, Suraxanı Rayon Məhkəməsinin qərarına əsasən borcludan 3 uşağın saxlanılması üçün hər ay cəmi 310 manat məbləğində pul xx.xx.2023-cü il tarixdən tutularaq tələbkara ödənilməli idi. Bu icra sənədi xx.xx.2023-cü il tarixdə icra şöbəsinin icraatına daxil olub. Borclunun əmlak vəziyyəti yoxlanılıb, adına qeydiyyatlı əmlak müəyyən edilməyib. Daha əvvəl borclu barəsində protokol tərtib edilib və 8 gün müddətində inzibati həbs edilib. Hazırda icra işi Əzizxan Eminovun icraatındadır və şəxs 2000 manat ödəniş edib deyə tərtib edilmiş protokola xitam verilib. Hazırda 3-cü dəfə barəsində protokol tərtib edilib. Borclunun hazırda 4380 manat məbləğində borcu var. O, hər dəfə əskik ödəyib deyə qalıq borcları yığılıb. Hər ay 350 manat ödəniş etməsinə dair qəbzlər var. Borclunun qanunla müəyyən edilmiş qaydada barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirdi ki, keçən ay 2000 manat məhkəmə iclasında ödəniş etmiş və protokola xitam verilmişdir. Hər ay 350 manat ödəniş edir, 160 manatdan borclar yığılır. Məhkəmə iclası dövründə yenidən 1000 manat ödəniş etmiş, 3380 manat borcu qalmışdır. O, aybaay ödənişlərini edəcəyini, keçən ayın 18-i yenidən barəsində protokol tərtib edildiyini və ödəniş etdiyi üçün protokola xitam verildiyini, həmin vaxtdan 1 ay keçməmiş yenidən barəsində protokol tərtib edilərək məhkəməyə göndərildiyini bildirdi. O, maddi vəziyyətinin bütün borc məbləğini ödəməyə imkan vermədiyini, hər ay 350 manat ödədiyini, qalıq məbləğlərin borc olaraq yığıldığını, hər ay 1000 manat ödəyəcəyini, əvvəlki protokol tərtib ediləndən sonra qısa müddət keçdiyini, ödəniş edilməsi üçün ona möhlət verilmədiyini bildirdi və protokola xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, o, yalnız uşaqlarının haqqlarını tələb edir. Şəxs təsərrüfatla məşğuldur və hər gün 30 banka qatıq satır, bununla da hər ay cəmi ən azı 930 manat qazanır. Məhkəmə tərəfindən hər ay 510 manat aliment qərarı var, özbaşına hər ay 350 manat ödəniş edir. O, yalnız uşaqlarının haqqını tələb edir. Məhkəmə iş üzrə təqdim edilmiş materialları araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçı Zərərçəkmiş şəxs iddia ərizəsi əsasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1462/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 510 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Suraxanı Rayon Məhkəməsinin 3(010)-2261/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı Rayon icra şöbəsinin icra məmuru Əzizxan Eminov tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 11 iyun 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokol inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilmişdir. Belə ki, borclu 18 iyun 2025-ci il tarixdə hər ay mütəmadi olaraq 350-500 manat arası ödənişlər etmiş, məhkəmə iclasında da 2000 manat məbləğində ödəniş etmiş və hər ay ödəniş edəcəyinə söz vermişdir. Borclu Şəxs xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixdə barəsində tərtib edilmiş protokola xitam verildiyindən hazırki protokola da xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud tərtib edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyul 2017-ci il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati xəta haqqında protokol, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad) blankların aidiyyəti orqanların sifarişi əsasında hazırlanması, saxlanılması, uçotu və təqdim edilməsi Qaydaları” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.5 və 114.4-cü maddələrində nəzərdə tutulan protokol, qərar (qərardad) blanklarının aidiyyəti orqanların sifarişi əsasında hazırlanması, saxlanılması, uçotu və təqdim edilməsi qaydalarını müəyyən edir. Qaydaların 1.2-ci bəndinə əsasən protokol, qərar (qərardad) blanklarının hazırlanmasına sifarişin verilməsi, onların bölgüsü, protokol, qərar (qərardad) blanklarının istifadəsinin uçotunun və hesabatının aparılması Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İXM-nin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətində hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən sonra dərhal baxılması üçün hakimə göndərilir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikası İXM-in tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon icra şöbəsinin icra məmuru Əzizxan Eminov tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 11 iyun 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokol Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində ilə bağlı inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilmişdir. Belə ki, borclu 18 iyun 2025-ci il tarixdə hər ay mütəmadi olaraq 350-500 manat arası ödənişlər etmiş, məhkəmə iclasında da 2000 manat məbləğində ödəniş etmiş və hər ay ödəniş edəcəyinə söz vermişdir. Sonradan qeyd olunan protokola xitam verildikdən sonra 1 ay müddət keçmədən, yəni 09 iyul 2025-ci il tarixdə barəsində yenidən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Borcu tərəfindən ödənişlərin mütəmadi olduğunu və bu barədə qəbzlərin olduğunu, protokolların arasında müddət fərqi az olduğunu nəzərə almadan, həqiq işin faktiki halları araşdırılmadaq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə əlaqədar protokol tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100 və 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş 09 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhər, Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-2523/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-2523/2025
23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver