Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2526/2025 23.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, X1 qızının katibliyi ilə, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə 30 iyun 2025-ci il tarixli, 00200-04394/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, xx.xx.2025-cı ıl tarixində Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Gürcüstan Respublikasından (ixracatçı: X2 Geo) Azərbaycan Respublikasına (idxalatçı: "xxxx" MMC) gələn Gürcüstan Respublikasının vətəndaşı Gasanov Mukhtarın (pasport: 23AA59379) idarə etdiyi “MAN TGA 26.400” markalı, HH521EE dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qeydiyyatı zamanı mal müşayiət sənədlərində uyğunsuzluq aşkarlanmışdır. Materialın araşdırılması zamanı “MAN TGA 26.400” markalı, HH521EE dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Gürcüstan Respublikasının vətəndaşı Həsənov Muxtar öz izahatında malların iki fərqli xarici şirkətin ünvanından ayrı-ayrı vaxtlarda yükləndiyindən ona iki müxtəlif mal müşayət sənədlərinin (CMR və İnvoys) şirkət tərəfindən təqdim edildiyini bildirmişdir. Sürücü xx.xx.2025-ci il tarixində Gürcüstan Respublikasına 21,06.2025-ci il tarixli CMR və İnvoys sənədini təqdim etməsinə baxmayaraq “Qırmızı Körpü” gömrük postuna tamamilə fərqli məlumatları özündə əks etdirən 22.06 2025-ci il tarixli CMR və invoys sənədini təqdim etmək istədiyini ancaq gömrük əməkdaşları tərəfindən möhürsüz olduğuna görə qəbul edilmədiyini bildirmiş və yalnız bundan sonra Gürcüstan Respublikasının gömrük orqanında qeydiyyata alınan mal müşayət sənədlərini “Qırmızı Körpü” gömrük postunun əməkdaşlarına təqdim etdiyini bildirmişdir. Qeyd olunan faktla bağlı Tovuz Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1 -ci maddəsi ilə xx.xx.2025- cı il tarixdə, 00200-04394/25 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Araşdırma ərzində Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs direktoru lusıfov Valıaddın sorğu sual edilmişdir Sorğu sual zamanı şəxs malların yüklənməsinin iki fərqli xarici şirkətdən ediləcəyi ilə bağlı əvvəlcədən məlumatsız olduqlarını, bunu sonradan qərara alındığını bildirmişdir. Həmçinin şəxs sənədlərdə uyğunsuzluq olduğunu bildiyindən sürücüyə “Qırmızı Körpü” gömrük postuna xx.xx.2025-ci il tarixli CMR və invoys sənədlərinin təqdim etməsini deyib ancaq gömrük əməkdaşları həmin mal müşayət sənədlərində möhür olmadığından sənədlərin əsli kimi qəbul edilmədiyini bildirmişdir. Şəxs eyni zamanda öz sayıqlıqları nəticəsində qanunvericiliyin tələblərini pozduqlarını bildiklərini və bunun qarşılığında məsuliyyət daşımağa hazır olduqlarını qeyd etmişdir. Qeyd olunanları nəzərə alaraq “Qırmızı Körpü” gömrük postunda xx.xx.2025-ci il tarixində qeydiyyata alınan xx.xx.2025-ci il tarixli CMR və invoys sənədləri ilə mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada təqdim edilən qısa idxal bəyannaməsi arasında mallara dair məlumatların uyğunluğu yoxlanılmış nəticədə göndər xarici şirkətin adının, malların çəkisinin və inovys dəyərinin düzgün qeyd edilmədiyi və qısa idxal bəyannaməsi ilə uyğunsuzluq təşkil etdiyi faktı aşkara çıxarılmışdır. Nəticədə Şəxs tərəfindən İXM-nin 485.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin səlahiyyətli nümayəndələri gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük idarəsinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Şəxs MMC-nin nümayəndəsi Həsənov Muxtar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsində verdiyi izahatından görünür ki, o, sürücü olaraq 17 il olar ki, çalışır, artıq 3 ildir “MAN” markalı HH521EE dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Şəxs MMC-nin sürücüsü olaraq fəaliyyət göstərir. xx.xx.2025-ci il tarixində Gürcüstan Respublikasında yerləşən Agro Plast MMC-dən qarışıq “avto ehtiyyat hissələri” yükünü yüklədikdən sonra tərtib edilmiş mal-müşayət sənədləri ona təqdim etmişlər. Ondan 1 gün sonra yəni 22 06.2025-cı il tarixində Şəxs MMC-nın nümayəndəsi onunla əlaqə saxlayaraq başqa yükün də yüklənməli olduğunu bildirdi. Daha sonra o şirkət nümayəndəsinin dediyi yerə gedərək digər bır şirkət olan "xxxx" MMC-dən yükün geri qalan hissəsini yüklədi. Bundan sonra yükün çəkisinin artması səbəbindən sənədlərin yenidən yazılması zərurəti yarandığından yeni bir mal müşayiət sənədləri tərtib edildi və o, Azərbaycan Respublikasına doğru yola düşmüşdür. O, xx.xx.2025-ci il tarixində Gürcüstan Respublikasının gömrük postundan keçərkən "xxxx" MMC-dən yüklədiyi yük üçün tərtib edilmiş 21 06.2025-ci il tarixli CMR və invoys sənədlərini təqdim etmiş və heç bir problemlə üzləşməmişdir. Sənədlər möhürlənərək onun özünə qaytarılmışdır. “Qırmızı Körpü” gömrük postunda yükə dair sənədləri təqdim edərkən tərəddüd etmişdir. Bu zaman o, ikinci mərhələdə yüklənən mallara dair xx.xx.2025-ci il tarixli CMR və invoys sənədlərin təqdim etmişdir. “Qırmızı Körpü” gömrük postunun əməkdaşları ona bu sənədlərin üzərində möhür olmadığını və sənədlərin əslini təqdim etməli olduğunu bildirmişlər. Bu zaman o nəqliyyat vasitəsindən Gürcüstan Respublikasına təqdim etdiyi sənədləri gətirərək onları təqdim etmişdir. Daha sonra gömrük əməkdaşları sənədlərin qeydiyyatını apararkən gömrük orqanları əvvəlcədən təqdim edilən qısa idxal bəyannaməsi ilə xx.xx.2025-ci il tarixli CMR və invoys sənədləri arasında uyğunsuzluq olduğunu və qanunvericiliyin tələblərinin pozulduğunu bildirmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 485.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-2526/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2526/2025
23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver