Məhkəmə qərarları › İş №3(010)-2527/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-2527/2025

10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-2527/2025 10.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Kərimov Namiq Həsrət oğlu Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru X2 inzibati tənbeh vermə haqqında 18 iyun 2025-ci il tarixli EP seriyalı ******* nömrəli qərarı ilə bağlı X5 tərəfindən verilmiş şikayəti baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Mərkəzi Bankının barəsində qəbul etdiyi 18 iyun 2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, X5 barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən EP seriyalı ******* nömrəli, 04 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında EP seriyalı ******* nömrəli, 18 iyun 2025-ci il tarixli inzibati xəta haqqında qərar qəbul olunmuşdur. X3 barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi üzrə qəbul olunmuş 18 iyun 2025-ci il tarixli qərarı nə vaxt alması barədə iş materiallarına heç bir sübut əlavə etməmişdir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər». Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin məsələyə baxaraq belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında qərardan verilmiş şikayət geri qaytarılmalı, X4 inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatət vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİM: Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru X2 inzibati tənbeh vermə haqqında 18 iyun 2025-ci il tarixli EP seriyalı ******* nömrəli qərarı ilə bağlı X5 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılsın. X1 inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatət vermək hüququ izah edilsin. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar