Məhkəmə qərarları › İş №3(010)-2528/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2528/2023

16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2528/2023 16.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı rayon İcra Şöbəsinin böyük icra məmuru Eminov Əzizxanın, X1nın, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A. Rzayev küçəsi, 1849 nömrəli keçid, bina 4, mənzil 53 ünvanında qeydiyyatda olan və Suraxanı rayonu, X. Ələkbərov küçəsi, 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Suraxanı rayon İcra Şöbəsinin böyük icra məmuru Eminov Əzizxanın tərtib etdiyi 16 iyun 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, borclu Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(03)-14899/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 14798 (on dörd min yeddi yüz doxsan səkkiz) manat 50 (əlli) qəpik və 45 (qırx beş) manat məbləğində dövlət rüsumunu X2 xeyrinə ödəməlidir. Lakin borclu Şəxs tərəfindən cəmi 920 (doqquz yüz iyirmi) manat məbləğində ödəniş olunmuşdur. Bundan başqa Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 2(03)-14899/2019 nömrəli icra vərəqəsinə əsasən X3 ilə Şəxs arasında bağlanmış və Bakı şəhəri 44 saylı notariat kontorunda reyestrdə 3M-259 nömrə ilə qeyd edilmiş kredit müqaviləsi ləğv edilmiş, cavabdeh Şəxs 14,150 (on dörd min yüz əlli) manat məbləğində əsas borc və pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə 648 (altı yüz qırx səkkiz) manat, 50 (əlli) qəpik, cəmi 14,798 (on dörd min yeddi yüz doxsan səkkiz) manat 50 (əlli) qəpik pul tutulub iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir. İnzibati xəta haqqında protokoldan, icra işindən və böyük icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, müvafiq icra sənədi üzrə icraata başlamaq haqqında qərar verilmiş, həmin qərarın surəti və borcun 10 gün müddətində könüllü ödənilməsi ilə bağlı bildiriş borcluya təqdim edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(010)-336/2021 nömrəli qərardadına əsasən borclu Şəxs ölkədən getmək hüququ icra sənədi icra olunanadək müvəqqəti məhdudlaşdırılmışdır. X1 işə məhkəmədə baxılması zamanı ərizə təqdim edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14899/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs 14,798 (on dörd min yeddi yüz doxsan səkkiz) manat 50 (əlli) qəpik və 45 (qırx beş) manat dövlət rüsumu ona verilməlidir. Hər ay 1000 (min) manat məbləğində tələbkara ödəniş edilməsi barədə razılığa gəlmişlər. Ödəniş hər ayın 10-12-si tarixində ödənilməsi şərtilə müəyyənləşdirilmişdir. Bu səbəbdən məhkəmədən heç bir tələbi yoxdur. X1 inzibati protokola xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı ərizə təqdim edərək bildirmişdir ki, tələbkarın xeyrinə hər ayın 10-12-də 1000 (min) manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüş, bu barədə razılığa gəlmişlər. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə böyük icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və tələbkarı dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar böyük icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya böyük icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən «inzibati xəta hadisəsi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar