Məhkəmə qərarları › İş №3(010)-2529/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-2529/2025

30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-2529/2025 30.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, X3 qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Şəxs MMC-nin hüquq şöbəsinin müdiri Nümayəndə iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Mərkəzi Bankının hüquq və təşkilati işlər departamentinin inzibati icraat və məhkəmə işləri şöbəsinin aparıcı hüquq məsləhətçisi X1 tərəfindən Şəxs barəsində 02 iyul 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında 07 iyul 2025-ci il tarixli, EP № ******* saylı protokoldan görünür ki, "xxxx" MMC tərəfindən 4132334,91 Rusiya rublu məbləğində vəsait bank vasitəsilə 16 may 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürüİmüşdür.Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri- rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 4132334,91 Rusiya rublu məbləğində vəsait hesabına alman mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 17 may 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Şəxs MMC-nin hüquq şöbəsinin müdiri Nümayəndə izahatında etiraz bildirərək göstərmişdir ki, "xxxx" MMC tərəfindən 2023-cü ildə Rusiya Federasiyasının "xxxx" MMC ilə bağlanmış müqaviləyə əsasən 4132334,91 rubl məbləğində ödəniş həyata keçirilmişdir. Müqavilənin şərtlərinə əsasən, qarşı tərəf məhsulları Azərbaycan Respublikasına göndərməli idi. Lakin təəssüf ki, "xxxx" MMC öhdəliklərini pozaraq məhsul göndərməmişdir. Bununla əlaqədar "xxxx" MMC 2024cü il tarixdə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, iş hazırda Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsi vasitəsilə hüquqi yardım prosedurları çərçivəsində icra edilməkdədir. Bu proses beynəlxalq hüquq normalarına uyğun şəkildə həyata keçirildiyindən, müəyyən vaxt tələb edir və "xxxx" MMC-nin nəzarətindən kənardır. Qeyd olunan halları nəzərə alaraq bildirir ki, "xxxx" MMC heç bir halda valyuta qanunvericiliyini pozmaq niyyətində olmamış, əksinə müqavilə üzrə yaranmış problemin hüquqi yolla həll olunması üçün bütün lazımı addımlan atmışdır. Məsələ hal-hazırda Bakı Kommersiya Məhkəməsinin icraatındadır və qarşı tərəfə qarşı iddia təmin olunarsa, ödənilmiş məbləğin geri alınması mümkün olacaqdır. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikasının İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında materialda göstərilmişdir ki, 05 may 2023-cü il tarixdə "xxxx" MMC Rusiya Federasiyasında qeydiyyatdan keçmiş "xxxx" MMC ilə № 05052023 saylı alqı-satqı müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən, "xxxx" MMC Azərbaycan Respublikasına müəyyən məhsullar göndrəməli idi. Bu müqavilə çərçivəsində "xxxx" MMC tərəfindən 4132334,91 (dörd milyon yüz otuz iki min üç yüz otuz dörd rubl doxsan bir qəpik) rubl məbləğində ödəniş həyata keçirilmişdir. "xxxx" MMC müqavilə öhdəliklərini yerinə yetirməmiş, yəni ödənişə baxmayaraq məhsulları göndərməmişdir. Bununla bağlı "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə pretenziya və iddia məktubu göndərilmişdir. Lakin "xxxx" MMC tərəfindən müsbət cavab alınmadığı üçün Bakı Kommersiya Məhkəməsinə iddia qaldırılmışdır. İş hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsindədir, çünki cavabdeh tərəf xarici (Rusiya Federasiyasında) hüquqi şəxs olduğundan beynəlxalq hüquqi yardım prosedurları tələb olunur. Bu hal mülki hüquqi mübahisə mahiyyəti daşıyır və mübahisənin həlli hazırda məhkəmə müstəvisindədir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, inzibati protokol tərtib edən orqan mövcud hüquqi vəziyyəti yoxlamamış, tərəflərin arasında protokolun predmeti olan pul vəsaitini geri qaytarılması ilə əlaqədar yaranmış mülki hüquqi mübahisəyə dair iddianın mövcud olub-olmamasını, həmin iddiaya dair hüquqi nəticələrinin mövcud olubolmamasını yoxlamadan inzibati protokol tərtib etmişdir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.1-106.0.3-cü maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aiddirmi, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi kimi məsələləri həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işə baxan hakim, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda inzibati xəta haqqında protokolu onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin material əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müvafiq inzibati xətanı törədibtörətməməsini müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından 02 iyul 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol Azərbaycan Respublikası Mərkəzi Bankına qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 02 iyul 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol Azərbaycan Respublikası Mərkəzi Banknə qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar