Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-2532/2022 24.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsi tərəfindən məhkəməyə təqdim olunmuş 24 iyun 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 22 aprel 2022-ci il tarixdə X1 və azyaşlı nəvəsi X2 döyərək dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, habelə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını araşdırır. Məhkəmə yuxarıda göstərilən məsələləri araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin 63.1-ci maddəsinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir». MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin yuxarıda göstərilən tələbi pozulub. Belə ki, işin faktiki hallarından görünür ki, X3 06 avqust 2011-ci il təvəllüdlü olduğundan qanuni nümayəndə ilə təmsil edilməli idi. Yuxarıda qeyd olunduğu kimi, inzibati xəta haqqında iş üzrə icraat aparılarkən qanunvericiliyin yuxarıda istinad olunan tələbi pozulmaqla, nəticədə zərərçəkmiş şəxsin prosessual hüquqları da pozulmuşdur. Göstərilənlərlə yanaşı, inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İXM-nin 100.1.3-cü maddəsinin tələbinə zidd olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin fərdi identifikasiya nömrəsi qeyd olunmayıb. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərar qəbul edilir. Göründüyü kimi inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, həmçinin məhkəməyə təqdim olunmuş sənədlər natamamdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair 24 iyun 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol geri qaytarılsın. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-2532/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-2532/2022
24.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver