Məhkəmə qərarları › İş №3(010)-2537/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2537/2022

15.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2537/2022 15.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1997-ci il tarixdə Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, Fin: xxxxxxx, Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 25 dekabr 2021-ci il tarixdə, saat 10:00 radələrində idarə etdiyi “DAEWOO NEXİA minik” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətindən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi istiqamətinə saatda 70 km sürətlə hərəkət etdiyi zaman ara məsafə saxlamadığı üçün idarə etdiyi avtomobil X2 idarə etdiyi “Toyota Prius’' markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində “DAEWOO NEXİA minik” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan X1 alın-təpə nahiyəsinin əzilmiş-cırılmiş yarası kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri və həmin sərnişin qismində olan X4 baldırın şişkinliyi və qançırı (hematoması) kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri almışlar. Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X7 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 yanvar 2022-ci il tarixli qərarı ilə toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd olunmuş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan, Şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X13 göndərilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 25 dekabr 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs göstərdi ki, 6 aydır ki, “DAEWOO NEXİA minik” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 25 dekabr 2021-ci il tarixdə saat 10 radələrində o, idarə etdiyi avtomobil ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətindən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi istiqamətinə saatda 70 km sürətlə hərəkət etdiyi zaman idarə etdiyi avtomobil “Toyota Prius” markalı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Toqquşma nəticəsində o xəsarət almamışdır, lakin avtomobildə olan sərnişinlər xəsarət almışlar. Avtomobildə sərnişin qismində olan bir nəfər təcili tibbi yardım vasitəsi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılmışdır. Sonradan ona məlum olmuşdur ki, ikinci sərnişin də xəsarət almışdır. İdarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə və yüksüz olmuşdur. Avtomobili idarə etmək üçün bütün lazımi sənədlər qaydasında olmuşdur. Hadisə zamanı ayıq olmuşdur. Sonda Şəxs məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxslər X6 və X8 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Bakı şəhər Suraxanı rayon Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan canlı şəxsin ekspertizasının 12 yanvar 2022-ci il tarixli, 1414 saylı rəyindən görünür ki, X3 bədən səthində aşkar edilmiş sağ alın-təpə nahiyəsinin əzilmiş-cırılmiş yarası kimi xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilən 25 dekabr 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan canlı şəxsin ekspertizasının 14 yanvar 2022-ci il tarixli, 11 saylı rəyindən görünür ki, X5 bədən səthində aşkar edilmiş sağ baldırın şişkinliyi və qançırı (hematoması) kimi xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilən 25 dekabr 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan 25 dekabr 2021-ci il tarixli, 2/38311 nömrəli “Sərxoşuluq vəziyyətinin tibbi müayinəsi” aktının kserosurətindən görünür ki, yol nəqliyyat hadisəsi zamanı Şəxs ayıq olmuşdur. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X7 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 yanvar 2022-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən rədd olunmuş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan, onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X13 göndərilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 -130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə tətbiq edilsin. AE seriyalı, 814243 nömrəli sürcülük vəsiqəsi Şəxs qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar