Məhkəmə qərarları › İş №3(010)-254/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-254/2021

18.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-254/2021 18.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin (hüquqi ünvanı: ünvan 1 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 11:20-də Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində fəaliyyət göstərən Şəxs MMC-də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması faktı aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, inzibati xəta haqqında iş üzrə icraatda hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Qeyd edir ki, Şəxs MMC-nin bütün mağazalarında işçilərin gün ərzində insanlarla yaxın təmasda olduqları nəzərə alınaraq, onlara tibbi maskadan, əlcəkdən, həmçinin dezinfeksiya məhlulundan istifadə etmələrinə dair şirkət rəhbərliyi tərəfindən zəruri göstərişlər verilmişdir. Bir halda ki, MMC epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət olunması ilə bağlı üzərinə düşən vəzifələri yuxarıda qeyd olunan qaydada tam icra edib, o cümlədən işçiləri tibbi maskalarla, əlcəklərlə və dezinfeksiyaedici məhlullarla təmin edibsə, şirkətin əməkdaşının və ya mağazaya gələn şəxslərin müvafiq qaydalara riayət etmədiyinə görə MMC məsuliyyət daşıya bilməz. Nümayəndə göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə həmin idarənin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs MMC-nin yuxarıda təsvir olunmuş inzibati xətanı törətməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş materiallarına əlavə edilmiş qəbzlə, fotoşəkillərlə və aktla təsdiq olunur. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə həmçinin aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin 11-ci maddəsinə əsasən «11.1. Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 11.2. İnzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 11.3. İnzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur». Müvafiq inzibati xəta xx xxxxxx 2020-ci ildə törədilib. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinin sanksiyası inzibati xətanın törədildiyi dövrdə aşağıdakı məzmunda olub: «fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir»; Həmin maddəyə xx xxxxxx 2020-ci il tarixli 224-VİQD nömrəli Qanunla dəyişiklik edilərək hüquqi şəxslərə tətbiq olunan cərimənin məbləği altı yüz manat miqdarında müəyyən edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinin inzibati xətanın törədildiyi vaxt qüvvədə olmuş sanksiyası eyni maddənin hazırda qüvvədə olan sanksiyasından yüngüldür. İXM-nin yuxarıda istinad edilən 11-ci maddəsinin tələbini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə tənbeh İXM-nin 211.2-ci maddəsinin inzibati xətanın törədildiyi vaxt qüvvədə olmuş sanksiyası çərçivəsində təyin olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən «Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114 – 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar