Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-2547/2025 07.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, hüquqi şəxs Şəxs səlahiyyətli nümayəndəsi Hüquq şöbəsinin müdiri X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 14 iyul 2025-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təqdim edilmiş 07 iyul 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, “X4" MMC tərəfindən 1170798.00 Rusiya rublu məbləğində vəsait bank vasitəsilə 05 iyun 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 1170798.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 06 iyun 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə 07 iyul 2025-ci il tarixdə hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs səlahiyyətli nümayəndəsi X2 izahatında göstərmişdir ki, hazırda məhkəmənin icraatında bir müqavilə üzrə 5 dənə ayrı-ayrılıqda inzibati xəta haqqında material vardır. Həmin materialların bir icraatda birləşdirilərək baxılmasını məhkəmədən xahiş etmişdir. Bildirmişdir ki, xx.xx.2023cü il tarixdə “X4" MMC şirkəti ilə Rusiya Federasiyasının "xxxx" şirkəti arasında müqavilə bağlanmışdır. “X4" MMC tərəfindən 1170798.00 Rusiya rublu məbləğində vəsait bank vasitəsilə 05 iyun 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. Lakin, alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. "xxxx" şirkəti ilə əlaqə saxlanılan zaman bildirmişlər ki, maliyyə çətinlikləri ilə əlaqədar olaraq 3-4 ay malların gəlməsi gecikəcəkdir. Şirkətin hüquqşünası "xxxx" şirkətinin hüquqi ünvanına getsə də bir nəticə olmamış və buna görə də Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər. Məhkəmə Beynəlxalq Əməkdaşlıq İdarəsinə məhkəmə tapşırığı vermişdir. Beynəlxalq Əməkdaşlıq İdarəsi prosesin gecikəcəyini bildirmiş və müharibə dövrünə düşdüyünə görə məhkəmə prosesi uzanmışdır. Buna görə də məhkəmə icraatın dayandırılması barədə qərardad qəbul etmişdir. Bununla bağlı şirkət banka məlumat vermək üçün məktub göndərsə də, bankdan heç bir cavab gəlməmişdir. Hazırda iş Bakı Kommersiya məhkəməsinin icraatında olduğuna görə inzibati xəta haqqında materiala baxılması mümkün deyildir. Həmçinin bildirmişdir ki, şirkət öz öhdəliklərini tam icra etsə də avans yolu ilə köçürülmüş pulun müqabilində malın gəlməsi və ya pulun geri qaytarılması Ronikon şirkətinin müqavilə tələblərini pozmasına görə yarandığından onların bu iş üzrə heç bir məsuliyyəti yoxdur. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 05 iyun 2023-cü il tarixli köçürmə ərizəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin tarixdə 1170798.00 Rusiya rublu məbləğində vəsait bank vasitəsilə avans olaraq ölkə xaricinə köçürülmüşdür. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli 020623-AR saylı alqı-satqı müqaviləsindən görünür ki, Şəxs ilə Ronikon şirkəti ilə müqavilə bağlanmışdır. Belə ki, iş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1518/2025 nömrəli qərardadından görünür ki, iddiaçı Şəxs MMC-nin cavabdeh "xxxx" OOO-ya qarşı “pul" tələbinə dair iş üzrə iddia ərizəsi, məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişinin cavabdeh "xxxx" OOO-ya təqdim edilməsi barədə məhkəmə tapşırığı Rusiya Federasiyasının aidiyyəti məhkəməsinə göndərilmişdir. Məhkəmə tapşırığına cavab alınanadək hazırkı iş üzrə icraat dayandırılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Mərkəzi Bankına məktub göndərərək bildirmişdir ki, "X4"xxxx"Ronikon MMC ilə bağlanmış müqaviləyə əsasən 10 733 406.7 (on milyon yeddi yüz otuz üç min dord yüz altı rubl, o cümlədən 70 qəpik) rubl məbləğində ödəniş həyata keçirilmişdir. Müqavilənin şərtlərinə əsasən, qarşı tərəf məhsulları Azərbaycan Respublikasına göndərməli idi. Lakin təəssüf ki, "xxxx" MMC öhdəliklərini pozaraq məhsulu göndərməmişdir. Məsələ hal-hazırda Bakı Kommersiya Məhkəməsinin icraatındadır və iddia təmin olunarsa, ödənilmiş məbləğin geri alınması mümkün olacaqdır. Bu səbəbdən, cəmiyyətə qarşı inzibati məsuliyyət tədbirlərinin tətbiq edilməməsi və cərimə qərarının ləğvi barədə müvafiq hüquqi qiymət verilməsi xahiş olunmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə etiraz göndərərək "X4" MMC-yə qarşı Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsinə əsasən başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanladığı 18 iyun 2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3 bəndinə əsaslanaraq xx/xx/2023 ci il tarixində VTB Bank (Azərbaycan) tərəfindən Respublikadan kənara mal üçün qabaqcadan ödəniş etmiş və köçürmələrin 2 il tamam olmasına baxmayaraq gömrük bəyannaməsini təqdim etməyən və ya gömrük bəyannaməsində uyğunsuzluqlar olduğuna görə bəyannaməni bağlaya bilmədikləri müştərilərin adlarını və köçürmələrin bütün təsdiqedici sənədləri təqdim etmişlər. Hazırki iş materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Şəxs MMC-nin cavabdeh "xxxx" OOO-ya qarşı “pul" tələbinə dair iş üzrə iddia ərizəsi, məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişinin cavabdeh "xxxx" OOO-ya təqdim edilməsi barədə məhkəmə tapşırığı Rusiya Federasiyasının aidiyyəti məhkəməsinə göndərilmişdir. Məhkəmə tapşırığına cavab alınanadək hazırkı iş üzrə icraat dayandırılmışdır. Bakı Kommersiya Məhkəməsinin icraatında olan iş üzrə icraat dayandırıldığından inzibati xəta haqqında materialın icraata qəbul edilərək baxılması mümkün deyildir. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məsuliyyətin yaranması şəxsin malların ölkə ərazisinə idxalını təsdiqləyən gömrük bəyannaməsini (xidmətlərin göstərilməsini təsdiq edən sənədi) təqdim etmək öhdəliyini pozması ilə şərtləndirilir. Bu baxımdan şəxsin fəaliyyəti vasitəçiliklə deyil, müqavilə predmetini təşkil edən malların ölkə ərazisinə idxal edilməsi və ya xidmətlərin göstərilməsi ilə əlaqədar olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair 17 may 2021-ci il tarixli Qərarına əsasən bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair 28 fevral 2020-ci il tarixli Qərarına əsasən - sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən sahələr üzrə sahibkarın həyata keçirdiyi müstəqil bir iqtisadi fəaliyyət növüdür. Göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd olunanlar yəni, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Oxşar hal hüquqi şəxsin fəaliyyətində də mövcuddur. Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.1-106.0.3-cü maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aiddirmi, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi kimi məsələləri həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işə baxan hakim, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda inzibati xəta haqqında protokolu onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən İXM-nin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan və Bakı Kommersiya Məhkəməsinin icraatında olan eyni iş üzrə icraat dayandırıldığından, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından 07 iyul 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının Mərkəzi Bankına qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 07 iyul 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının Mərkəzi Bankına qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-2547/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-2547/2025
07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver