Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2561/2022 07.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, X2 Vəkil oğlunun iştirakı ilə, İsmayılov Aqil Vəkil oğlunun Bakı şəhəri X3 İdarəsinin inzibati tənbeh vermə haqqında 08 iyun 2022-ci il tarixli, TP ******* nömrəli qərarından verdiyi şikayətə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İsmayılov Aqil Vəkil oğlu həmin şikayət ilə məhkəməyə müraciət edərək bildirir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYP İdarəsinin 08 iyun 2022-ci il tarixli, TP ******* saylı inzibati xətalarla bağlı çıxarılan inzibati təhbehvermə haqqında elektron Qərarı ilə barəmdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə 100 (bir yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməsi haqqında Qərarı ləğv edərək inzibati icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İsmayılov Aqil Vəkil oğlu şikayət ərizəsinə uyğun inzahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYP İdarəsinin 08 iyun 2022-ci il tarixli, TP ******* saylı inzibati xətalarla bagh çıxarılan inzibati təhbehvermə haqqında elektron Qərarı ilə barəmdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə 100 (bir yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qeyd edir ki, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar qərəzlidir, qanunsuz və əsasızdır. Belə ki, o, ‘‘MEDİLAND HOSPİTAL"-da təcili tibbi yardım şöbəsində sürücü vəzifəsində işləyir. Xidməti avtomobilim xüsusi təyinatlı olmaqla MERCEDES BENZ markalı. ** JA *** dövlət nömrə nişanlı avtomobildir. xx.xx.2022-ci il tarixdə saat 19:28 radələrində xidmətdə olduğu zaman qeyd olunan qanunsuz inzibati təhbehvermə haqqında elektron qərar qəbul edilmişdir. Xidməti avtomobilin həmin tarixdə çağırışda olması barədə avtomobil xidmətinin yol vərəqəsi "MEDİALND HOSPİTAL" tərəfindən təqdim edilmiş və o, çağırışda olduğu zaman barəsində qanunsuz olaraq qərar qəbul edilmişdir. O, xidməti çağırışla əlaqədar hərəkətdə olmuşdur, yolda hərkətdə olduğum zaman sui- istifadə halına yol verməmişdir. O, xidmət vaxtı polis əməkdaşına xidməti yol vərəqəsini təqdim etsə də, buna məhəl qoyulmamış, qanunsuz qərarı qəbul etmişdir. Məsələ ilə əlaqadar araşdırma aparılan zaman müəyyən olunar ki. təcili tibbi yardım xidmət zamanı qayda pozuntusu yerinə yetiribsə o halda onun barəsində tərtib olunan inzibati cərimə ləgv edilməklə inzibati icraata xitam verilir. Hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar qanunsuz olduğundan ləgv edilməli, inzibati işin icraatına xitam verilməlidir. Odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər DYP İdarəsinin 08 iyun 2022-ci il tarixli, TP ******* saylı inzibati xətalarla bağlı çıxarılan inzibati təhbehvermə haqqında elektron Qərarı ilə barəmdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə 100 (bir yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməsi haqqında Qərarı ləğv edərək inzibati icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Bakı şəhəri BPİ-nin X3 İdarəsinin məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmasına baxmayaraq, nümayəndəsinin məhkəməyə gəlməməsinə qiymət verərək, Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətçinin izahatını dinləyib hesab edir ki, şikayət qismən təmin olunması üçün əsaslıdır. İş materiallarında olan Bakı şəhəri BPİ-nin X3 İdarəsinin 08 iyun 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən İsmayılov Aqil Vəkil oğlu Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan görünür ki, İsmayılov Aqil Vəkil oğlunun istifadəsində olan “Mercedes Benz Xüsusi Təyinatlı” minik markalı **-JA-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Tblisi prospekti ilə Şəfayət Mehdiyev küçəsində hərəkətdə olarkən 1.1,1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməsi müəyyən edilmişdir. İş materiallarında olan AZE 17627317 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İsmayılov Aqil Vəkil oğlu ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsinə əsasən, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 128.1-ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə qeyd edir ki, hər bir şəxs ictimai münasibətlərə uyğun davranmalı, ictimai münasibətlərin pozulmasına yönələn hərəkətlərdən çəkinməlidir. Hüquqazidd əməl nəticəsində ictimai münasibətlərə qəsd edən şəxs inzibati məsuliyyətə cəlb edilir. Qanunun tələblərindən də göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutların biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur. İnzibati xəta törədən şəxs barəsində iş aparılarkən onun iştirakının təmin edilməsi üçün məlumat verilməli, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat əldə edildikdən sonra, onun iştirakı olmadan, yaxud iştirak etdiyi təqdirdə iştirakı ilə barəsində olan inzibati materiala baxılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 19-cu maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və ya hüquqlarını, dövlətin və ya cəmiyyətin mənafeyini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur. Məhkəmə, şikayətə əlavə olunmuş materiallardan inzibati protokoldan görünür ki, İsmayılov Aqil Vəkil oğlu idarə etdiyi “Mercedes Benz” Xüsusi Təyinatlı markalı **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2022-ci il tarixdə saat 19:12-də “Mediland Hospital” avtomobil xidmətinin yol vərəqəsi əsasında sifarişlə RDM-Mingəçevir istiqamətində yolda etdiyi hərəkət, o cümlədən protokola və qərarda göstərilən “Mercedes Benz” Xüsusi Təyinatlı markalı **-JA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkəti son zərurət vəziyyətində, o cümlədən barəsində təcili tibbi yardımın çağırılması ilə əlaqədar sifariş edilmiş şəxsin -xəstənjn həyatını və ya sağlamlığını, qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət inzibati xəta hesab olunmur. Həmçinin şikayət verən tərəf bildirir ki, həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildi, yolda tıxac yaradılmış, təcili-tibbi yardım maşınında sifarişə gedən bütün həkim tərkibi, tibb bacısı da olmuşdur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X1 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi müəyyən edildiyi üçün mübahisəli qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 8, 40, 43, 49-51, 53.0.2, 69,114,128-131 və 333.1-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ Şikayət təmin edilsin. İsmayılov Aqil Vəkil oğlu barəsində Bakı şəhəri X3 İdarəsinin inzibati tənbeh vermə haqqında 08 iyun 2022-ci il tarixli, TP ******* nömrəli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-2561/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2561/2022
07.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver