Məhkəmə qərarları › İş №3(010)-2572/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2572/2024

27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2572/2024 27.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X24 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Vəkil, tərcüməçilər X9 və X7, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Bakı şəhəri Suraxanı RPİnin 30-cu PB-nin polis sahə inspektoru, polis mayoru X8 iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istehlak etmiş, həmçinin polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PB-nin polis sahə inspektoru, polis mayoru X13 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə xx.xx.2024-cü il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin polis sahə inspektoru, polis mayoru X13 protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-nin 206-cı və 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq məzmunda xx.xx.2024-cü il tarixli protokol tərtib olunduğunu bildirərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək, barəsində inzibati tənbeh tətbiq olunmamasını xahiş etmişdir. Müdafiəçi Vəkil məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında inzibati həbslə bağlı olmayan qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan aydın olur ki, Şəxs narkotik vasitələrin istifadəsində şübhəli olduğuna görə, həmçinin polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X20 Şəxs tərəfindən verilən narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli, 1436 nömrəli aktın surətindən görünür ki, müayinə zamanı Şəxs preqabalin, yəni digər adıyla lirika, metamfetamin və marixuana aşkar olunmuşdur. X5 Suraxanı RPİ-nin 30-cu PŞ-nə verdiyi izahatdan görünür ki, xx.xx.2024-cü il tarixində axsam saatlarında dostu Şəxs ona zəng edərək görüşmək istədiyini bildirmişdir. O, həmin vaxt İçərişəhərdə yerləşən Sunday otelində olmuşdur. O, Conatanla razılaşıb olduğu yeri ona demiş və gece saatlarında Conatan gəlib onu olduğu yerdən götürmüşdür. Bir neçə saat onunla birlikdə şəhərdə gəzdikdən sonra Conatan ona Hövsan qəsəbəsinə getməyi bildirmişdi. Bunun səbəbin ondan soruşduqda bildirdi ki, “bir nəfərlə danışıb, həmin adam Hövsan qəsəbəsinə konum atıb, gedək ordan narkotik vasitə götürüm, sonra geri qayıdarıq.” O, Conatana heçnə deməmiş və onunla birlikdə Hövsan qəsəbəsinə gəlmişdir. Conatan avtomobildən düşmüş, ona da bildirmişdir ki, “düş mənə kömək elə narkotik vasitəni tapaq”. O, aşağı düşüb Conatanın baxdığı yerlərə baxmağa başlamışdır. Bu zaman oradan keçən PPXB-nin avtomobili onları görüb yaxınlaşıb özlərini təqdim edərək onlardan sənəd istəmiş, onlar üzərlərində heç bir sənəd olmadığını bildirmiş, onlardan burada nə iş gördüklərini soruşduqda isə onlar qeyri-adekvat cavablar verdiklərinə görə onları polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində onun üzərinə baxış keçirilən zaman üzərindən ona məxsus olan olan 01 ədəd İphone 12 markalı mobil telefon aşkar edilmiş, əlavə hər hansı qanuna zidd əşya aşkar olunmamışdır. O, səmimi olaraq bildirmişdir ki, ara-sıra narkotik vasitə olan marixuana və ektazi dərmanı qəbul edir. O, müayinə olmaq ücün Narkoloji dispanserə göndərilmiş və onun sidiyindən TNC və MCİ aşkarlanmışdır. O, sonuncu dəfə may ayının 14-də ekztazi qəbul etmişdir. Etdiyi əmələ görə peşmandır. Narkoloji dispanserdən çıxıb Polis şöbəsinə qayıdan zaman dostu Conatan heç bir səbəb, əsas olmadan onun ünvanına ağıza alınmaz küçə söyüşləri söymüş və onun üz nahiyəsinə yumruq, kəllə zərbəsi endirmişdir. X6 Suraxanı RPİ-nin 30-cu PŞ-nə verdiyi izahatdan görünür ki, xx.xx.2024-cü il tarixində PŞ-nə şübhəli şəxs qismində gətirilmiş Namiqi və Şəxs Narkoloji Dispanser mərkəzinə yoxlanış üçün aparmışdır. Yoxlanış zamanı hər iki şəxsin sidiyində narkotik vasitələr aşkar olunmuşdur. Oradan çıxıb Polis şöbəsinə geri qayıdan zaman avtomobildə olan Şəxs qeyri-adekvat hərəkətlər edərək yanında əyləşən dostu Namiqin ünvanına nalayiq küçə söyüşləri söyərək ona qarşı fiziki güc tətbiq edərək üz nahiyyəsinə yumruq və kəllə zərbəsi endirməyə başlamış, o, Conatanı sakitləşdirib Polis şöbəsinin inzibati binasına gətirmiş, lakin Conatan yenidən qeyriadekvat hərəkətlər edərək inzibati binanın içərisində nəlayiq küçə söyüşləri söyərək əlində olan enerji içkisini polis şöbəsinin inzibati binasının divarına vurmağa başlamış və kobud sürətdə polisin iş rejimini pozmuşdur. X3 Suraxanı RPİ-nin 30-cu PŞ-nə verdiyi izahatdan görünür ki, xx.xx.2024-cü il tarixində Suraxanı RPİ-nin 30-cu PŞ-də əməliyyat qrupunda məsul növbətçi olaraq xidmətdə olan zaman PŞ-nə şübhəli şəxs qismində gətirilmiş Şəxs Narkoloji dispanserdən gətirilən zaman PŞ-nin inzibati binasına daxil olarkən yüksəs səslə nalayiq küçə söyüşləri söyərək və əlində olan enerji içkisini PŞ-nin divarına vurub iş rejimini kobud surətdə pozmuşdur. Onlar Conatanın qanunsuz hərəkətlərinin qarşısını almaq üçün dəfələrlə onu sakitləşdirmək istəsələr də, Conatan onların qanuni tələblərinə riayət etməyərək öz əməllərinə davam etmişdir. X2 Suraxanı RPİ-nin 30-cu PŞ-nə verdiyi izahatdan görünür ki, xx.xx.2024-cü il tarixində Suraxanı RPİ-nin 30-cu PŞ-də Növbətçi Hissədə əməliyyat növbəsində növbətçi köməkçisi kimi xidmətdə olan zaman PŞ-nə şübhəli şəxs qismində gətirilmiş Şəxs Narkoloji dispanserdən gətirilən zaman PŞ-nin inzibati binasına daxil olarkən yüksəs səslə nalayiq küçə söyüşləri söyərək və əlində olan enerji içkisini PŞ-nin divarına vurub iş rejimini kobud sürətdə pozmuşdur. Onlar Conatanın qanunsuz hərəkətlərinin qarşısını almaq üçün dəfələrlə onu sakitləşdirmək istəsələr də, Conatan onların qanuni tələblərinə riayət etməyərək öz əməllərinə davam etmişdir. X4 Suraxanı RPİ-nin 30-cu PŞ-nə verdiyi izahatdan görünür ki, xx.xx.2024-cü il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-də xidmətdə olan zaman PŞ-nə şübhəli şəxs qismində gətirilmiş Şəxs Narkoloji dispanserdən gətirilən zaman PŞ-nin inzibati binasına daxil olarkən yüksəs səslə nalayiq küçə söyüşləri söyərək və əlində olan enerji içkisini PŞ-nin divarına vurub iş rejimini kobud sürətdə pozmuşdur. Onlar Conatanın qanunsuz hərəkətlərinin qarşısını almaq üçün dəfələrlə onu sakitləşdirmək istəsələr də, Conatan onların qanuni tələblərinə riayət etməyərək öz əməllərinə davam etmişdir. X11 tərəfindən Suraxanı RPİ-nin 30-cu PŞ-nə verdiyi izahatdan görünür ki, xx.xx.2024-cü il tarixində Suraxanı RPİ-nin 30-cu PŞ-də xidmətdə olan zaman PŞ-nə şübhəli şəxs qismində gətirilmiş Froqley X1 dispanserdən gətirilən zaman PŞ-nin inzibati binasına daxil olarkən yüksəs səslə nalayiq küçə söyüşləri söyərək və əlində olan enerji içkisini PŞ-nin divarına vurub iş rejimini kobud surətdə pozmuşdur. Onlar Conatanın qanunsuz hərəkətlərinin qarşısını almaq üçün dəfələrlə onu sakitləşdirmək istəsələr də, Conatan onların qanuni tələblərinə riayət etməyərək öz əməllərinə davam etmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli, AZA 022587 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 15:25-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 27 may 2024-cü il tarixdən, saat 15:25-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar