Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-258/2021 29.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, X1, Borclu Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra və probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 1(011)-5146/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, Şəxs xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 20000 ABŞ dolları, bank faiz uçot dərəcəsinə görə 5250 ABŞ dolları olmaqla cəmi 25250 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, ödənilmiş dövlət rüsumuna görə 30 manat X4 xeyrinə tutulmalıdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 1(010)- 395/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, Şəxs 10000 (on min) manat borc, hüquqi yardım üçün ödənilmiş 100 (bir yüz) manat və 30 otuz manat dövlət rüsumu alınaraq iddiaçı X2 xeyrinə ödənilməlidir. Dəfələrlə icra vərəqələrinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu Şəxs icra vərəqələrinin icrasından yayınmışdır. Məhkəmədə izahat verən Şəxs törətdiyi inzibati xətanı etiraf edərək bildirmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 1(011)-5146/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, ondan xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 20000 ABŞ dolları, bank faiz uçot dərəcəsinə görə 5250 ABŞ dolları olmaqla cəmi 25250 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, ödənilmiş dövlət rüsumuna görə 30 manat X4 xeyrinə tutulmalıdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 1(010)-395/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, ondan 10000 (on min) manat borc, hüquqi yardım üçün ödənilmiş 100 (bir yüz) manat və 30 otuz manat dövlət rüsumu alınaraq iddiaçı X2 xeyrinə ödənilməlidir. O, qeyd olunan icra sənədləri ilə müəyyən olunmuş borc məbləğlərini ödəməyə maddi imkanı yoxdur. Belə ki, o borcunu hissə-hissə ödəyə bilər. Məhkəmədə izahat verən tələbkar X3 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 1(010)-395/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 10000 (on min) manat borc, hüquqi yardım üçün ödənilmiş 100 (bir yüz) manat və 30 otuz manat dövlət rüsumu alınaraq onun xeyrinə ödənilməlidir. Borclu hazırki vaxtadək borcundan hər hansı məbləğ ödəniş etməmişdir. Məhkəmədə izahat verən Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 göstərmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 1(011)-5146/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, Şəxs xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 20000 ABŞ dolları, bank faiz uçot dərəcəsinə görə 5250 ABŞ dolları olmaqla cəmi 25250 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, ödənilmiş dövlət rüsumuna görə 30 manat X4 xeyrinə tutulmalıdır. Bundan əlavə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 1(010-395/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, Şəxs 10000 (on min) manat borc, hüquqi yardım üçün ödənilmiş 100 (bir yüz) manat və 30 otuz manat dövlət rüsumu alınaraq iddiaçı X2 xeyrinə ödənilməlidir. Dəfələrlə icra vərəqələrinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu Şəxs icra vərəqələrinin icrasından yayınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 1(011)-5146/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 20000 ABŞ dolları, bank faiz uçot dərəcəsinə görə 5250 ABŞ dolları olmaqla cəmi 25250 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, ödənilmiş dövlət rüsumuna görə 30 manat X4 xeyrinə tutulmalıdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 1(010)-395/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, Şəxs 10000 (on min) manat borc, hüquqi yardım üçün ödənilmiş 100 (bir yüz) manat və 30 otuz manat dövlət rüsumu alınaraq iddiaçı X2 xeyrinə ödənilməlidir. İş materiallarından müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli, MN ******* saylı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokola əsasən icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu Şəxs icra vərəqəsinin icrasından yayınmışdır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tərtib edilmiş iş materialları ilə sübuta yetir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı iə»də (xx xxxx 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (x xxx 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini «xxxx» MMC Rusiya Federasiyasına qarşı» işdə (xx xxxx 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "xxxx» ASC Rusiya Federasiyasma qarşı" (xx xxxx 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir. Məhkəmə, Şəxs cəza təyin edərkən, onun ilk dəfə olaraq inzibati xəta törətdiyini məsuliyyətini yüngülləşdirən hal kimi və məsuliyyətini ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, barəsində inzibati cərimə tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Bu zaman, məhkəmə onu da nəzərə alır ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı Protokolun (Konvensiyaya və ona dair Birinci Protokola artıq daxil edilənlərdən başqa, bəzi hüquq və azadlıqların təmin olunması haqqında) 1-ci maddəsinə əsasən heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43-48, 106- 115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə Qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 1000 (min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-258/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-258/2021
29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver