Məhkəmə qərarları › İş №3(010)-2584/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-2584/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-2584/2025 15.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X2 və zərərçəkmiş şəxs X4 iştirakları ilə, xx xxx 1976-cı ildə Əli-Bayramlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, orta təhsilli, avtomobil alqı-satqısı ilə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal massivi ev 16-da kirayədə yaşayan, Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsindən daxil olmuş İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 06 may 2025-ci il tarixdə keçmiş həyat yoldaşı X6 döyərək ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Elnur Mənsimovun 27 may 2025-ci il tarixli qərarı ilə toplanmış material üzrə barəsində cinayət işinin başlanması rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İXMnin 157-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti 31-ci polis şöbəsinin müvafiq əməkdaşına həvalə edilmişdir. Buna görə də Şəxs barəsində 15 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X5 bildirdi ki, 07 may 2025-ci il tarixdə X1 RPİ-nin 31-ci PŞ-nə ərizə verərək bildirmişdir ki, həyat yoldaşı Şəxs tərəfindən döyülərək bədən xəsarətləri almışdır. Suraxanı RPİ-nin 31-ci PŞnin təhqiqatçısı polis kapitanı Elnur Mənsimov tərəfindən 27 may 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Bu qərara əsasən də hadisəni törədən Şəxs oğlnun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün toplanmış rədd materialı qəbul edilmiş qərarın surəti ilə birlikdə icra edilməsidən ötrü ona həvalə olunmuşdur. Təhqiqat araşdırması zamanı Şəxs şöbəyə dəfələrlə dəvət olunsa da gəlməkdən boyun qaçırtmışdır. Buna görə də, tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Bundan başqa o, bildirdi ki, əvvəllər də baş vermiş ailə-məişət zəminində mübahisələrə görə Aysel Həmzəyeva tərəfindən şöbəyə müraciət olunmuşdur. Hazırda tərəflərin boşanma işi Bakı Apellyyasiya Məhkəməsinin icraatındadır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməsində özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, zərərçəkmiş şəxs X3 boşanması ilə bağlı Suraxanı rayon Məhkəməsi qətnamə qəbul etsə də həmin qətnamədən şikayətçi olmuş və iş hazırda Bakı Apellyasiya məhkəməsində baxışdadır. X7 barışmaq istədiyini bildirsə də, X8 onunla barışmamışdır. Evli olduğu müddət ərzində ailəsinə və uşaqlarına yaxşı baxdığını bildirmişdir. X6 özü evli olan zaman kosmetoloq işinə düzəltmiş və aksesuarları da özü kredit yolu ilə almışdır. Hazırda həmin aksesuarların pulunu ödəyir. X8 işlədikdən sonra onu bəyənməməyə başlamışdır. Evli olan zaman evə gəldikdə dəfələrlə görmüşdür ki, keçmiş həyat yoldaşı evdə yoxdur, əşyalarını yığaraq digər kirayəyə evə getmişdir. xx.xx.2025-ci il tarixdə X8 evdə yemək olmadığını və uşaqların ac olduğunu bildirmişdir. Bu zaman o, bazarlıq edərək evə getmişdir. Evdə olan zaman X8 onu təhqir etməyə və pis küçə söyüşləri söyməyə başlamışdır. Bu zaman əsəbləşib ona bir dəfə şillə vurmuşdur. Sonda Şəxs əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül həddə inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 bildirdi ki, 2014-cü ildə Şəxs ilə ailə həyatı qurmuşlar. Onların 2 övladı vardır. Uşaqları onun himayəsindədir. 2025-ci ilin fevral ayında məhkəmə qərarı ilə boşanmışlar. İş hazırda Bakı Apellyasiya Məhkəməsindədir. xx.xx.2025-ci il tarixdə saat 22 radələrində gecə vaxtı qapı döyülmüş və pəncərənin setkasından baxan zaman görmüşdür ki, qapını döyən Anardır. Anar içəri girmiş və qızını görməyə gəldiyini bildirmişdir. Sonra o, Anara çay vermişdir. Anar ona əl-qol atmış, əxlaqsız hərəkətlər etməyə başlamış və o, Anara çıx get demişdir. Bu zaman Anar ona Bakı Apellyasiya Məhkəməsində boşanmamasını və barışmaq istədiyini bildirmişdir. O, Anara barışmayacağını deyən zaman Anar onun sözündən qəzəblənərək ona şillə vurmuş və döyməyə başlamışdır. Bu zaman əlini mətbəx bıçağına atmış və Anar dərhal ordan uzaqlaşaraq çıxıb getmişdir. O, dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və növbəti gün Suraxanı RPİ-nin 31-ci PŞ-nə gedərək şikayət ərizəsi yazmışdır. Polis əməkdaşları onu ekspertizaya aparmışlar və xəsarəti ilə bağlı rəy verilmişdir. Anarın onu dəfələrlə döydüyünü bildirmişdir. Bildirmişdir ki, Anarı bununla 2-ci dəfədir ki, polisə verir. 1-ci dəfə Anar onu tozsoranın dəmiri ilə döymüş və o, da polisə şikayət etmiş, lakin şikayəti nəticəsiz qalmışdır. Keçmiş həyat yoldaşı Şəxs tərəfindən döyülməsi birinci hal olmadığından onun barəsində həbslə bağlı inzibati tənbehin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Çünki o, özünün və uşaqlarının həyatından narahatdır. Keçmiş həyat yoldaşı Şəxs boşanmaq istəməsinə baxmayaraq o, müxtəlif təzyiqlər və hədələr gələrək onu barışmağa məcbur edir. Hazırda Anar barəsində həbs seçilmədiyi təqdirdə Anar ona qarşı qanunsuz hərəkətlərini davam etdirəcək və buna görə də çox narahatdır. Məhkəməyə zərərçəkmiş şəxs X8 ərizə təqdim edərək bildirmişdir ki, boşanmaqda olduğu həyat yoldaşı Şəxs tərəfindən yaşadığı müddət ərzində dəfələrlə təhqir olunaraq döyülmüş və zorakılığa məruz qalmışdır. Şəxs ilə barışmadığını, barışmaq fikri olmadığını və onun inzibati qaydada həbs olunmasını məhkəmədən xahiş edir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 315 saylı rəyində göstərilmişdir ki, A.M.Həmzəyevanın bədənində aşkar edilmiş xəsarət- sifət nahiyəsində qançır küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. A.M.Həmzəyevanın bədənində müəyyən edilmiş xəsarətin xarakterinə və lokalizasiyasma görə həmin xəsarətin şəxsin özü-özünə yetirilməsi inandırıcı deyildir. xx.xx.2025-ci ildə X1 RPİ-nin 31-ci PŞ-nə ərizə verərək bildirmişdir ki, 2014-cü ildə Şəxs ilə ailə həyatı qurmuşdur. Onların 2 övladı var. 2025-ci ilin fevral ayında məhkəmə qərarı ilə boşanmışlar. xx.xx.2025-ci il tarixdə saat 22 radələrində Anar uşaqları görmək üçün yaşadığı evə gəlmişdir. Orada Anarla aralarında yaranmış mübahisə zamanı Anar onu döyərək xəsarət yetirmişdir. İnzibati xəta haqqında işin materiallarını ətraflı tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri kifayət qədər sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən İXM-nin 157-ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-nin 53.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Hazırkı iş üzrə tərəflər arasında barışıq olmamış, əksinə zərərçəkmiş şəxs X12 Həmzəyevdən şikayətçi olmasını və onun həbs olunması ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. Həmçinin hadisənin baş verdiyi 06 may 2025-ci il tarixdən hazırki günədək Şəxs tərəfindən barışığa cəhd olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Hazırki iş üzrə zərərçəkmiş şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsin izahatları, məhkəmə tibbi ekspertizasının rəyi, iş materiallarına əlavə edilmiş digər sənədlərlə Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi kifayət qədər sübuta yetirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs İXM-nin 32 və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Qeyd olunan istisna hallardan heç biri Şəxs aid edilmir. Məhkəmə qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi məqsədəmüvafiq deyildir. Çünki şəxs barəsində artıq ikinci dəfədir ki, şöbəyə şikayət daxil olmuş və onun inzibati cərimə olunması gələcəkdə növbəti münaqişələrin baş verməsinə şərait yaradacaq, həmçinin tərəflər arasında barışıq olmamış, zərərçəkmiş şəxs qarşı tərəfindən qanunsuz hərəkətlərinin davam edəcəyindən və bunun gələcəkdə daha ağır cinayət əməli ilə nəticələnəcəyindən narahatdır. Şəxs azadlıqda olması zərərçəkmiş şəxs üçün hazırki vəziyyətdə təhlükəlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 157-ci maddəsinin sanksiyasında daha ağır inzibati tənbeh olaraq iki ayadək inzibati həbs nəzərdə tutulduğundan İXM-nin 31.4-cü maddəsinə əsasən həmin cəzanın yuxarı həddinin dörddə biri 15 gün müddət sayılır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı qərarın elan olunduğu 15 iyul 2025-ci il tarixdən, saat 12:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar