Məhkəmə qərarları › İş №3(010)-259/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-259/2022

24.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-259/2022 24.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X5 X1nun iştirakı ilə xx xxxxxx 1968-ci ildə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X5 tərtib etdiyi 11 fevral 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Bakı Apelyasiya Məhkəməsi tərəfindən 23 noyabr 2020-ci ildə verilmiş 31 avqust 2020-ci il tarixli 2(103)- 6558/2020 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs avtomobilin dəyəri olan 13500 manat məbləğində pul vəsaiti tutularaq X1na verilməlidir. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, icra sənədi icraata daxil olduqdan sonra müvafiq olaraq icraatına başlanmış, bu barədə icra sənədi üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrasına dair bildiriş məktubu borcluya rəsmi olaraq göndərilmişdir, həmçinin 12.02.2021-ci il tarixdə ona şəxsən təqdim edilmişdir. Tələb könüllü icra müddətində təmin olunmadığından borclu Şəxs barəsində məcburi icra tədbirlərinin tətbiqinə başlanmış, tələbin ona məxsus əmlaka yönəldilməsi məqsədi ilə müvafiq əmlak sorğuları verilmiş və tədbirlər görülmüş, lakin adında tələbin yönəldilə biləcəyi dövlət qeydiyyatından keçən daşınar və ya daşınmaz əmlak, habelə digər qiymətli əmlaklar aşkar edilməmişdir. İcra sənədi üzrə yaranmış borcun ödənilməsini təmin etmək məqsədi ilə borclu Şəxs dəfələrlə icra şöbəsinə çağırılaraq izahatları alınmış, ondan mövcud 13500 manatı dərhal tam şəkildə ödəmək tələb olunmasına baxmayaraq hazıradək o cəmi 120 manat ödəmiş, qalıq 13380 manat borcun ödənilməsini təmin etməmişdir. Buna səbəb kimi borclu Şəxs qanunla üzrlü sayılan hər hansı bir əsas gətirməmiş, izahatında rəsmi işləmədiyini bildirsə də, qeyri-rəsmi əmək fəaliyyətindən gəlir əldə etdiyini qeyd etmiş, bununla belə uzun müddət ərzində 13380 manat borcun ödənilməsini hazıradək təmin etməmişdir. Borclu faktiki olaraq işləməsinə baxmayaraq Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6558/2020 saylı, 31.08.2020-ci il tarixli icra sənədi hazıradək mövcud 13380 manat borcun ödənilməsini həyata keçirməmişdir. Borclu Şəxs sonuncu dəfə 17.01.2022-ci il tarixdə izahatı alınmaqla ona mövcud borcunun ödəmək üçün 24.01.2022-ci il tarixədək vaxt verilmiş, lakin o, bu borcun ödənilməsini hazıradək təmin etməmişdir. 11.02.2022-ci il tarixdə icra məmurunun icra sənədi üzrə 13380 manat borcu dərhal ödəmək tələbinə dair izahat verərək borcu dərhal ödəmədiyini, məhkəmənin qərarından narazı olduğunu, əslində bu borcu o ödəməli olmadığını bildirmiş, məsələ ilə bağlı müvafiq qurumlara şikayət etdiyini və zəruri sübutları əldə etdikdən sonra qərardan əlavə kassasiya qaydasında şikayət verəcəyini bildirmişdir. Borcluya bir daha Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məsuliyyət barədə xəbərdarlıq edilməklə hüquq və vəzifələri ona izah edilmiş, bununla o borcu dərhal tam şəkildə ödəməmişdir. Qeyd olunur ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6558/2020 saylı, 31.08.2020-ci il tarixli qərarından borclu tərəfindən kassasiya şikayəti verilmiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.09.2021-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş, kassasiya olunan qərar qüvvədə saxlanılmışdır. Borclu Şəxs qeyd olunan icra sənədi üzrə borcu ödəməkdən yayınmış, edilən xəbərdarlıqlardan heç bir nəticə çıxarmamış, borcu ödəməməklə icra məmurunun qanuni tələblərini icra etməmiş, bununla da bu hərəkətlər onun qərəzli olduğunu göstərməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb olunması üçün kifayət qədər əsaslar yaratmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, bu məsələdən onun xəbəri olmayıb və borcun ona heç bir aidiyyəti yoxdur. Belə ki, Babayev Elxan adlı şəxs tələbkardan maşın götürüb onun adına və o, bununla bağlı Elxana etibarnamə vermişdir. Lakin Elxan onun aldadaraq pulu götürüb qaçmışdır. Hal-hazırda Elxanı tapa bilmir ki, maşını satıb borcu bağlasın. X1 işin məhkəmə baxışı zamanı icra məmurunun bildirdiklərinə uyğun məzmunlu ifadə verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulmuş tənbeh tətbiq olunmasını xahiş edir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş pul məbləğlərini üzrsüz səbəbdən ödəməmişdir. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən nəzərə alır ki, borclu ötən bir ildən çox müddət ərzində tələbkarın xeyrinə cəmi 120 manat məbləğində ödəniş etmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, borclunun qadın olması iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar